Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Birqit
Birqit (24 sentyabr 1988, Kohilla kənd bələdiyyəsi[d]) — 24 sentyabr 1988-ci ildə anadan olan Estoniyalı müğənni. Birqit 2013 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Et Uus Saaks Alguse" mahnısı ilə təmsil edib. == Karyerası == Birgit 2007-ci ildə "Eesti otsib superstaari" milli televiziya şousunun 1-ci mərhələsinin qalibi olmuşdu. Elə həmin ildə də o, Uilyam Şekspirin "Veroniyalı iki centlmen" pyesi əsasında çəkilmiş eyniadlı filmdə Silviya obrazını canlandırır. 2007-ci ildə bunlardan başqa o, "L'Olivo d'Oro" (qızıl zeytun) italyan mədəniyyət festivalında qeyri-italyan kimi çıxış edərək birinci yerə çıxır və mükafatlandırılır. == Şəxsi həyatı == Birgit 15 mart 2015-ci il tarixində Indrek Sarrapla Taylandda ailə həyatı qurdu. Bu cütlüyün Simeon adlı oğlu və Helen adlı qızı var. == Diskoqrafiyası == Albomları Birgit Oigemeel (15 yanvar 2008) Ilus aeg (11 noyabr 2008) Teineteisel pool (19 noyabr 2009) Uus algus (3 dekabr 2013) Mahnıları Kas tead, mida tähendab?
Ciruft
Ciruft— İranın Kirman ostanının şəhərlərindən və Ciruft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 95,031 nəfər və 19,926 ailədən ibarət idi.
Kirkit
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Çırçır
Çırçır (Sevan)
Şirbit
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Carvis adası
Carvis adası – ABŞ-nin Sakit okeanda yerləşən qeyri-məskun adası. Ümumi sahəsi 4,5 km²-dır.
Ciruft mədəniyyəti
Ciruft mədəniyyəti — Erkən Tunc dövrünə (e.ə. III minillik) aid arxeoloji mədəniyyəti. İndiki İranın Sistan və Bəlucistan və Kirman ostanlarında yerləşir. == Qazıntılar == Bu mədəniyyət haqqındakı məlumat, xüsusilə Xəlil çayı hövzəsindəki Ciruft yaxınlığındakı Konar Sandal başda olmaqla Sistan və Bəlucistan, Kerman bölgələrində son zamanlarda kəşf edilən bir sıra ərazilərdə aparılan çox millətli arxeoloji qazıntılara dayanmaqdadır. Bu sahədə ən azı 12 ədəd yer qazılmışdır, ən qədiminin 7 min yaşında olduğu düşünülür. Digər mühüm yerlər Şehr-i Suhta (Yanıq şəhər), Bambur təpə, Espidej, Şahdad, İblis və Yahya təpədir. Bu mədəniyyətdə qazıntılara Cənubi Azərbaycanlı Yusif Məcidzadə rəhbərlik etmişdir. Onun bildirdiklərinə görə bu mədəniyyət Hind vadisi mədəniyyəti ilə Elam mədəniyyətinin arasında mövcud olmuşdur. Onun versiyasına görə, Ciruft mədəniyyəti itmiş Aratta krallığının qalığıdır. Lakin bir çox arxeoloqlara görə bu versiya əsassızdır.
Ciruft şəhristanı
Ciruft şəhristanı — İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ciruft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 181,300 nəfər və 38,307 ailədən ibarət idi.
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin.
Typhlodromus cervix
Typhlodromus cervix (lat. Typhlodromus cervix) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus cervix Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Çirçik çayı
Çirçik çayı (özb. Chirchiq) — Özbəkistanın Daşkənd vilayəti ərazusindən axan, Sırdəryanın ən gursulu qolunu təşkil edən çay. Çirçik hidronimi öz növbəsində kiçildici xüsusiyyət daşıyır. Çir sözü burada Sırdəryada olan Sır kompanenti ilə əlaqədardır. Ümumilikdə götürdükdə isə Çirçik sözü «Kiçik Sır (dərya)» mənasını verir. Çir çayının adı Baburnamə şeyrlər toplusunda çəkilir. Bu əsəs təqribi olaraq eylə 1518/19—1530 illərdə yazılmışdır. Son yüz illiklərdə isə çayın hazırkı, hidronimi yazılır. Orta əsrlərdə ərəblər Çirçik çayını Nehri-Türk yəni «türklərin çayı» və ya Parak (Farak) — «istiqamətlənmiş, uçan (çay)» olaraq adlandırırdılar. Çayın uzunluğ 155 km, hövzəsinin sahəsi 14,9 min.
Çırçır (Meşkinşəhr)
Çırçır (fars. چرچر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Çırçır (Mərənd)
Çırçır (fars. چرچر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (77 ailə).
Çırçır (Sevan)
Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı Sutökülən olmuşdur. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Çirçir formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözünün dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.
Şirbit (Əhər)
Şirbit (fars. شيربيت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (28 ailə).
Şirvin I
Şərvin Bavəndi — Təbəristan şahı. II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi. Madelung, W. (1975).
Çivi
Çivi — maşın hissələrini birləşdirmək üçün tətbiq olunan hissədir. Onlar ən qədim və sadə maşın hissələrindəndir. Çivilər silindrik və konusformalı olurlar. Çivi ilə birləşən hissələr bir-birinə nəzərən həm hərkətli, həm də sərt bərkidilə bilərlər. Onlar qüvvə ötürmə qabiliyyətinə malikdirlər. Çivilərin ölçüləri onlara düşən yükdən asılı olaraq kəsilməyə, əyilməyə aparılan hesabatlar nəticəsində tapılır. Bu ölçülər standartlaşdırlmışdır.
Çıvı
Çıvı — altay və türk xalq inancında döyüş cini. Çığı və ya Çiği də deyilir. Gecələri bir-birlərinə ox atdıqları deyilər. Bu səbəblə bu varlıqların olduğu bilinən yerlərdə çölə çıxmaqdan qorxurlar və məcbur olub çıxanda da təmkinli davranırlar. Söz mənası, sürətli getmək, çarpıb istiqamət dəyişdirmək, axmaq deməkdir. Divan-ı Lüğət-it Türk də belə yazmaqdadır: "Çıvı cinlərdən bir tayfadır. Türklər buna inanardı ki, iki dəstə bir-biriylə vuruşduğu zaman bu iki bölüğün vilayətlərində oturan cinlər belə öz vilayətlərinin xalqını gözləmək üçün çarpışırlar. Cinlərdən hansı tərəf yenerse onlardan yana çıxdığı vilayət xalqı da yener. Gecə bu cinlərdən hansı qaçsa, onların olduğu vilayətin xaqanı da qaçar. Türk əsgərləri gecə cinlərin atdıqları oktan qorunmaq üçün çadırlarında saxlanarlar.
Eldar Çiviç
Eldar Çivik (bosn. Eldar Ćivić; d. 28 may, 1996, Tuzla, Bosniya və Herseqovina) — Çexiya Birinci Liqasının Sparta Praqa futbol klubu və Bosniya və Herseqovina milli futbol komandasında sol cinah müdafiəçisi mövqeyində mübarizə aparan bosniyalı peşəkar futbolçu.