Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəlilli
Cəlilli — Azərbaycan Respublikasının Tovuz rayonunun Cəlilli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Cəlilli kəndi Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cəlilli kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Haqverdibəyli olmuşdur. Cəlil Məmmədquluzadənin şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Tanınmışları === Zeynallı İlqar Ayaz oğlu (1995-2020) — Tovuz döyüşləri şəhidi. Hökümə Xəlilova == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Cəlilli kənd kitabxana filialı, Cəlilli kənd klubu fəaliyyət göstərir. 2000-ci ildə Aşıq Abbas Tufarqanlıdan bəhs edən "Abbas və Gülgəz" filmi bu kənddə çəkilmişdir.
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlali eli
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlali üsyanları
Cəlali üsyanları — XVI əsrdə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş qiyamlar. == Tarixi == Bu hərəkat Osmanlı imperiyasında XVI əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinə yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodalların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,"tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi". Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər. Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin "Qeydlərində", Övliya Çələbiyyənin "Səyahətnaməsində" və başqa əsrlərdə məlumatlar verilir.
Canallı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Gülallı
Gülallı (keçmiş adı: Qurudərə) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi adlandırılməşdır. == Toponimikası == Gülallı kəndi dağlıq ərazidədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 133 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014).
Fərid Cəlalov
Fərid Cəlalov – Azərbaycan kişi milli voleybol komandasının üzvü və eyni zamanda qadınlardan ibarət İqtisadçı voleybol komandasında köməkçi məşqçi. Millimizdə kapitanlıq da etmiş mütəxəssis 2013-cü ilin avqustunda bir neçə oyunda "İqtisadçı"nın baş məşqçisi də olmuşdu. Buna səbəb komandanın baş məşqçisinin zamansız istefaya göndərilməsi idi. == Həyatı == Fərid Yasər oğlu Cəlalov 1987-ci ildə Azərbaycan SSR-nin Masallı rayonunda anadan olmuşdur. Ailəlidir, 2 övladı var.
Həsən Xəyallı
Həsən Xəyallı (Həsən Məhərrəm oğlu Hacıyev; 1902, Daşkənd, Yeni Bəyazid qəzası – 10 aprel 1966, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan şairi. == Həyatı == Həsən Xəyallı 1902-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Kiçik yaşlarından dayısı Hacı Rəhimdən, anası Başxanım Şəfiqızından dini təhsil almış və eyni zamanda saza-sözə çox böyük maraq göstərmişdir. Göyçə ədəbi mühitində böyüyən Həsən Xəyallı hazırcavablığı ilə erkən yaşlarından hamının diqqətini cəlb etmişdir. Həsən Xəyallı öz zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs, yeni çalar gətirmiş sənətkarlardan olmuşdur. Müxtəlif sənət adamları ilə dostluq etmiş, (xüsusən Aşıq Ələsgər ocağından Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa ilə) deyişib dərdləşmişdir. Bədii yaradıcılıqla məşğul olmaqla bərabər, dinin mükəmməl bilicisi kimi də el arasında böyük şöhrət qazanmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsinə getmiş və Krım cəbhəsində döyüşmüşdür. Qüdrətli söz sənətkarı, ustad şair ömrünün 64-cü baharında, 10 aprel 1966-cı ildə əbədiyyətə qovuşmuşdur, məzarı doğma Daşkənd kəndindədir. Ölümündən sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır.
Cəfalı (Marağa)
Cəfalı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Qavdul kəndistanında, Marağa şəhərindən 42 km cənub-şərqdədir.
Cəlalə Nəzəroğlu
Cəlalə Natiq qızı Nəzəroğlu (17 avqust 1984, Masallı rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı. == Həyatı == == Fəaliyyəti == Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff" mağazalar şəbəkəsinin direktoru olub. ASAN radioda yayımlanan “Ana dili”, REAL televiziyasında efirə gedən “Redaktor” layihələrinin müəllifi olmuşdur. Rəhbərlik etdiyi Diksiya Akademiyası MMC "ASAN xidmət"lə birlikdə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatı keçirib. Hazırda Diksiya Akademiyası MMC-yə rəhbərlik etməkdədir. === Kitabları === "Danışığınla həyatı qazan" === Mükafatları === "İlin ən yaxşı radio aparıcısı 2017" == İstinadlar == == Xarici keçidlər == Bizimkilər - Cəlalə Nəzəroğlu: "İlk dəfə efirə çıxanda çənəm, əl-ayağım titrəyirdi" Cəlalə Nəzəroğlu. "Doğrudan", yoxsa "Doğurdan"?
Aşıq Canallı Məmməd
Aşıq Canallı Məmməd — Azərbaycanın ustad aşığı. == Həyatı == Aşıq Canallı Məmməd (Məmməd Mərdan oğlu Mərdanov) 1880-ci ildə Qazax mahalının Canallı kəndində anadan olmuşdur. Məktəbdə təhsil almayan aşıq saz sənətinə erkən yaşlarda başlamışdır. Bununla belə, yaradıcı aşıq olduğu söylənilir. Bir çox el məclislərində yaradıcı bir aşıq kimi iştirak edib. Aşıq Canallı Məmməd 1937-ci ildə vəfat etmişdir.
Cəlal-Abad
Cəlalabad (qırğ. Жалал-Абад) — Qırğızıstanın Cəlalabad vilayətinin mərkəzi.
Cəlal Abbasov
Cəlal Əşrəf oğlu Abbasov (d. 8 may 1957) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2007), BMT Mükafatı laureatı (1998), Azərbaycan Gənclər İttifaqı Mükafatı laureatı (1990) [mənbə göstərin], "Humay" Milli mükafatı laureatı (2022). == Həyatı == 1957-ci il mayın 8-də Bakıda anadan olub. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq" fakültəsini (Q. Qarayevin sinfi), 1984-cü ildə "Bəstəkarlıq" kafedrasınin assistent-stajorluq kursunu bitirib. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin müəllifidir. Elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri dəfələrlə ABŞ, Almaniya, Avstriya, Fransa, İtaliya, İndoneziya, Gənubi Koreya, Türkiyə, Norveç, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənmişdir. Əsərləri sirasinda dörd simfoniya (o cümlədən, III "Sülhün səsi", IV (Şuşaya həsr olunmuş) — "If I could see you again…"), beş kantata (o cümlədən, "Bahar mərasimi" — Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk əsər), orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya"("postlüdiya" janrının Azərbaycanda ilk nümunəsi), "Şən Bahar" ("Vesyolaya Vesna") uşaq operası (rusdilli uşaqlar üçün Novruz adət-ənənələrini nəql edən) və digərləri xüsusi diqqətə layiqdir. Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır ("bəstəkarlıq", "orkestrləşmə", "partitura qiraəti" fənləri).
Cəlal Qaryağdı
Cəlal Məhərrəm oğlu Qaryağdı (2 iyun 1914, Şuşa – 1 yanvar 2001, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1960). == Həyatı == Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir.
Cəlal Qasımov
Cəlal Qasımov (filoloq)
Cəlal Qurbanov
Cəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2019–2021). == Həyatı == Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.
Cəlal Rüstəmov
Cəlal Talabani
Cəlal Talabani (12 noyabr 1933[…] – 3 oktyabr 2017[…], Berlin) — İraq prezidenti (2005–2014). == Həyatı == Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani daha sonra liseyi Erbil və Kərkükdə oxudu. 1946-cı ildə hələ 13 yaşındaykən kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşuldu və 18 yaşına çatdıqda partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir mövqedə olduğundan hüquq təhsilinə davam edə bilmədi.
Cəlal Tələbani
Cəlal Talabani (12 noyabr 1933[…] – 3 oktyabr 2017[…], Berlin) — İraq prezidenti (2005–2014). == Həyatı == Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani daha sonra liseyi Erbil və Kərkükdə oxudu. 1946-cı ildə hələ 13 yaşındaykən kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşuldu və 18 yaşına çatdıqda partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir mövqedə olduğundan hüquq təhsilinə davam edə bilmədi.
Cəlal Vəzirov
Cəlal Bədirxan oğlu Vəzirov (5 dekabr 1993, Qaralılar, Beyləqan rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlal Vəzirov 5 dekabr 1993-cü ildə Beyləqan rayonunun Qaralılar kəndində anadan olmuşdur. == Hərbi xidməti == Cəlal Vəzirov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət etmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Cəlal Vəzirov də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Cəlal Vəzirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəlal Vəzirov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlal Ünsizadə
Cəlaləddin Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1854, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1933, Ankara, Türkiyə) — Azərbaycan şairi, tərcüməçi, publisist, tərəqqipərvər müəllim, "Kəşkül" qəzetinin redaktoru (1883–1891). == Həyatı == Cəlalələddin (Cəlal) Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı.C.Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşmüşdü. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktubda o, "Kəşkül" adlı jurnal çıxarmaq istədiyini bildirmişdi. Onun xahişi 1883-cü ildə yerinə yetirildi. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxdı. Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan iki həftədə bir çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi.
Cəlal İslamov
Cəlal Ağahüseyn oğlu İslamov (3 iyul 2001; Çarxı, Xaçmaz rayonu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlal İslamov 3 iyul 2001-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində Ağahüseyn İslamovun ailəsində anadan olmuşdur. 2007-2018-ci illərdə N. Abudov adına Xaçmaz rayon Çarxı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Cəlal İslamov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etdi. Azərbaycan Ordusunun əsgəri olan Cəlal İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəlal İslamov 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal İslamov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlal Şəngör
Əli Mehmet Cəlal Şəngör (24 mart 1955, İstanbul) — türk geoloq. İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunda elmi fəaliyyət göstərib. Şəngör ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasına seçilən ikinci türk professordur. Şəngör Alman Geologiya Cəmiyyəti tərəfindən Gustav Şteinman Medalına layiq görülmüşdür. Fransa, İngiltərə, Avstriya və Amerika Birləşmiş Ştatlarında qonaq professor olaraq çalışan Şəngör, başda geologiya, xüsusən də struktural yer elmi və tektonika sahəsindəki çalışmalarıyla tanındı. 1988-ci ildə Nevşatel Universitetinin Elm Fakültəsindən fəxri elmlər doktoru dərəcəsi aldı. Şəngör 1990-cı ildə Avropa Akademiyasına qəbul edildi və həmin ildə Avstriya Geologiya Xidmətinin müxbir üzvü, 1991-ci ildə Avstriya Geologiya Cəmiyyətinin fəxri üzvü oldu. 1991-ci ildə Mədəniyyət Nazirliyinin "Bilgi Dövrü" mükafatını aldı. 1992-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin Ümumi Geologiya Bölümü professoru oldu.
Cəlal Əliyev
Cəlal Əlirza oğlu Əliyev (30 iyun 1928, Naxçıvan – 31 yanvar 2016, Bakı) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor, AMEA Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisinin I, II, III və IV çağırış üzvü. == Həyatı == Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Cəlal Əliyev ailəli və bir qız atası idi. C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təbiat-coğrafiya üzrə orta, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə biologiya üzrə ali təhsil alıb. Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 2016-cı il yanvarın 31-də dünyasını dəyişib. Akademik Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. Azərbaycan,Rus və ingilis dillərini bilirdi. == Əmək fəaliyyəti == 1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Cəmilli
Cəmilli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəmil Cəmilli — Səməd bəy Cəmillinski — Kəndlər Cəmilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Cəmilli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Cəmilli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Xəlilli
Xəlilli — Azərbaycanda daha çox işlədilən soyad. Kəndlər Xəlilli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Xəlilli (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Xəlilli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Xəlilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Xəlilli (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Xəlilli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Çolaqlı
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cəmilli (Kəlbəcər)
Cəmilli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kəndin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağlıdır. == Yaylaqlar == Ayğır bulağının yurdu, Çalaçökək yurd, Əvəlikli yur, Fermadüşən yurd, Kalafalıq yurdu, Ağbulaq yaylağı, Xıdırdüşən yurd. == Bulaqlar == Sarı su, Qara bulaq, Soyuq bulaq, Məhərrəm bulağı, Ayğır bulağı, Eyvazlı bulaq, Daş bulaq, Komun suyu, Qoçu bulağı, Qafar bulağı, Bayram bulağı, Novlu bulaq, Feyruz bulağı, Behbud bulağı, Novçalı bulaq. == Meşhur yerler == Eyvazlı yalı, Kərəmli, Novun düzü, Əsgərçökəyi, Çaxçaxlı, Taxta, Qaraqaya, Göyxır, Qapaz, Şişqaya, Gendərə, Vəlidərəsi, Armudluq, İtölən, Qaratəpə, Mal oğurlanan, Mehdibiçən, Həsənalı tapı, Quzuqayası, Mehditapı, Arxacyeri, Daşın başı, Boyunyolu, İnəkuçan, Sərpyurd, Sarıyol, Ardışlı, Hüseyn çökəyi, Səmədbiçən, Həştərxan, İmamizi, Cəfalıçimən, İsmayılın ağılı (Xalxal), Ayğır çayı, Komun suyu, Bozlu, Seyidbiçən, Qonur dağ, Kraskalı dağ, Əyriarxac. == Binələr-Qışlaqlar == Qonur binəsi, Mal binəsi, Qoyun binəsi.
Cəmilli (Tərtər)
Cəmilli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəmilli Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir.
Cəmilli (Xocalı)
Cəmilli — Azərbaycan Respublikasının Xocalı rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == 1991-ci il 23 avqust tarixində qəsəbədə ermənilər tərəfindən 3 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb. == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
Jonas Pesalli
Jonas Enrike Pesalli (24 Sentyabr 1990 – 12 İyun 2017) Braziliya doğumlu yarımmüdafiəçidir. == Klub karyerası == Peşəkar karyerasına 2009-cu ildə "Qremio" klubunda başlamışdır. Daha sonra icarə əsasında "Qremio Barueri" və Fransanın "Anje" klublarında oynamışdır. 2016-cı ildə Azərbaycanın flaqmanı sayılan "Neftçi" komandasına transfer edilmişdir. === Neftçi Bakı === 2016-cı ildə Bakının "Neftçi" komandasına transfer edilmişdir. Keçirdiyi 14 matçda 4 dəfə fərqlənmişdir. Həmçinin Azərbaycan Kuboku çərçivəsində "Zirə"yə qarşə keçirdiyi matçda het-trik edərək 2016/17 müvsümündə klubun tərkibində het-trik etmiş yeganə oyunçu olmuşdur. == Vəfatı == 2017-ci ilin iyun ayının 12-də Pesalli idarə etdiyi maşını ilə avtomobil qəzasına uğrayaraq 26 yaşında həlak olmuşdur.
Murad Xəlilli
Murad Vəli oğlu Xəlilli (14 iyul 1994; Şərur rayonu, Azərbaycan — 30 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Xəlilli 1994-cü il iyulun 14-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Murad Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Xəlilli oktyabrın 30-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Şərur rayonunun Çomaxtur kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Xəlilli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Xəlilli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namiq Xəlilli
Namiq Həsən oğlu Xəlilli (25 fevral 1994; Ordubad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Xəlilli 1994-cü il fevralın 25-də Ordubad rayonunun Azadkənd kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Namiq Xəlilli 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Namiq Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Xəlilli oktyabrın 23-də Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Xəlilli
Nicat Əli oğlu Xəlilli (9 dekabr 1994; Muğanlı, Zaqatala – 8 oktyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Xəlilli 1994-cü il dekabrın 9-da Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 2001-2012-ci illərdə O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Nicat Xəlilli 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat Xəlilli oktyabrın 8-də Murovdağ döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xaqani Cəmilli
Xəqani Mənsur oğlu Cəmilli (22 fevral 1995, Varvara, Yevlax rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001–2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəqani Cəmilli 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəlilli (Ağsu)
Xəlilli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Xəlilli kəndi Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Xəlilli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Xəlilli (Babək)
Xəlilli — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Arazboyu düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Xəlilli kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Xəlilli (Cəlilabad)
Xəlilli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 671 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xəlilli (Xocalı)
Xəlilli — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı rayonunda kənd. Dağətəyi ərazidədir.