Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır.
Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.