Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəlayir
Cəlayir (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəlayir (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəlayir (Qax) — Azərbaycanın Qax rayonunda kənd.
Cəlayir (Ağsu)
Cəlayir — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəlair Ağsu rayonunun Kənd-oba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.
Cəlayir (Cəlilabad)
Cəlayir — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kəndoba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır; Cəlilabad r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri türkdilli cəlair/cəlayir tayfasının adını daşıyır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 988 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlayir (Meşkinşəhr)
Cəlayir (fars. جلاير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Şərqi Meşkin kəndistanında, Meşkin şəhərindən 27 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 714 nəfər yaşayır (165 ailə).
Cəlayir (Qax)
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. == Tarixi == XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Cəlayir (Əhər)
Cəlayir (fars. جلاير‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (16 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 22 km şimal-şərqdədir.
Cəlayir bələdiyyəsi
Cəlayir bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Cəlayir bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Cəlayir bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə.
Cəlayir bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəlayir bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəlayir bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təhmasib xan Cəlayir
Təhmasib xan Cəlayir — Səfəvi imperiyasının son dövrlərinin və Nadir şah Əfşarın ən məşhur və ən böyük sərkərdələrindən biri. O, Nadirin Xorasandan başlatdığı fəaliyyətinin ən erkən dövrlərindən etibarən onunla birlikdə olmuş və Nadirin yürüşləri dönəmində ən seçilən sərkərdəsinə çevrilmişdir. == Həyatı == Təhmasib xan Cəlair Nadirin fəaliyyəti dövründə baş vermiş döyüşlərin bir çoxunda və Nadir şahın vəliəhd şahzadəsi Rzaqulu Mirzə Əfşarın özbəklərə qarşı həyata keçirdiyi yürüşdə önəmli rol oynamışdır. O, Nadir şahın böyük qələbə qazandığı Karnal döyüşündə Əfşar ordusunun sağ cinahına komandanlıq etmişdir.Nadir şahın hakimiyyətinin son dövrlərində onda paranoya və s. kimi psixoloji problemlər yaranmışdı. Nadir şahın onu xain elan etməsindən sonra Nadir şahın qardaşı oğlu və ondan sonra taxta keçəcək şəxs olan Əliqulu xan Əfşar Təhmasib xanı yeganə çıxış yolunun Nadir şaha qarşı üsyan qaldırmaq olduğuna inandırmağı bacarmışdı. Üsyan başladıldıqdan sonra əməlindən peşman olan Təhmasib xan Nadir şahla barışmaq istədi və buna görə də, Əliqulu xan tərəfindən zəhərlənərək qətlə yetirildi. Xain olmadığı halda üsyana məcbur edilən və üsyan qaldırıldıqdan sonra şahla barışmaq istədiyinə görə qətlə yetirilən Təhmasib xanın ölümü çox ironik idi.Təhmasib xan Cəlairin öldürülməsindən sonra Nadir şah Əfşar taxt-tacı böyük təhlükə altına düşdü. Öz ən yaxın adamını itirən Nadir şah 1747-ci ildə qardaşının oğlu Əliqulu xan tərəfindən təşkil ediən sui-qəsd nəticəsində öldürüldü. Onun yerinə isə, qardaşı İbrahim xan Əfşarın oğlu Əliqulu xan Əfşar taxta çıxdı və Adil şah adını qəbul etdi.
Cəlayer
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. == Tarixi == XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Cəlayır eli
Cəlayır eli — azərbaycanlıların etnogenezində iştirak etmiş tayfa. == Tarixi == Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər. Cəlayırlar Azərbaycana və İrana monqol işğalları zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş tümənbaşı Bala-noyonu, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim Munkasar-noyonu, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqedey uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb. Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü. Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır.
Hüseyn Cəlayır
Sultan Cəlaləddin Hüseyn Sultan Şeyx Üveysin oğlu Cəlayır (v. 1382)—Cəlayırlar dövlətinin sultanı. == Hakimiyyəti == Sultan Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. == Həyatı == 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Əhməd Cəlayır
Sultan Qiyasəddin Əhməd Cəlairi — Cəlairilər sülaləsindən olan Azərbaycan sultanı. == Həyatı == Əhməd Cəlayır Şeyx Həsən Cəlayırın oğludur. Qardaşı Sultan Hüseyn dövründə Ərdəbil və ətrafını idarə edirdi. Sultan Hüseyn zəif şəxsiyyətə malik olduğu üçün idarəetmə əmirlərdən Adil ağanın əlinə keçmişdi. Bu səbəbdən Əhməd Cəlayır 1382-ci ildə Təbrizə basqın təşkil edərək qardaşını devirdi və Cəlayır taxtını ələ keçirdi. Bu dövrdə Sultaniyəyə qaçan qardaşı Bəyazid, Adil ağa tərəfindən hökmdar elan edildi. Digər qardaşı Şeyx Əli isə taxt üçün Bağdaddan Təbrizə doğru hərəkətə başlasa da, Qaraqoyunlu hökmdarı Qara Məhəmməd tərəfindən məğlub edildi. Bundan sonra Sultan Əhməd Qara Məhəmmədin qızıyla evlənərək Qaraqoyunlularla əlaqələrini möhkəmləndirdi. Digər qardaşı Bəyazidlə sülh bağlamağa nail olduqdan sonra isə Bağdada daxil oldu.Əhməd Cəlayır Təbrizin əvvəlcə Toxtamış, sonradan isə Əmir Teymur tərəfindən ələ keçirilməsi və ara müharibələri səbəbindən paytaxtı Bağdada köçürdü, lakin 1393-cü ildə Teymurun Bağdada yaxınlaşması ilə Məmlüklərə sığındı. Əmir Teymur Səmərqəndə döndükdən sonra yenidən Bağdada qayıtdı və burda bir neçə il hakimiyyətdə qaldı, lakin Əmir Teymurun üzərinə qoşun göndərməsi ilə yenidən Məmlüklərə sığındı.
Məlayir şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. == Ərazi == Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. == Əhali == Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər === Milli tərkib === Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri (məlayir)

Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Buğa qoyon Cəlayır
Buğa qoyon Kumın qoyon oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. == Həyatı == Buğa qoyon Cəlayır Çingiz xanın minbaşısı idi. O, Hülaku xanla bərabər Azərbaycana gəlmişdi. Mukali qoyonun qardaşı idi. Elxanlılara xidmət göstərmişdi. Arqun xanın yaxın yardımçılarından olmuşdu. Əhməd Təkudar xanın hakimiyyəti dövründə tamğaçı idi.
Mukali qoyon Cəlayır
Mukali qoyon Cəlayır (1182–1223) — Monqol ulusunun sərkərdəsi, Çingiz xanın silahdaşı == Həyatı == Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı. Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu. Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə — heç nə, — nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, o cümlədən qohumlarla amansız qanlı müharibələrdə formalaşmışdı. Bu vəziyyət Çingiz xanın andası (qan dostu) Van xanla birlikdə tatarlar üzərinə qalibiyyətli yürüş edən zaman curkinlər onun köçərilərinə basqın etmişdilər. Arxadan zərbə vuranlar amansızcasına cəzalandırıldı. Darmadağın edilmiş curkinlər düşərgəsində cəlairlər əyanlarının nümayəndələri də ələ keçirildi.
Sultan Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. == Həyatı == 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Sultan Əhməd Cəlayır
Sultan Qiyasəddin Əhməd Cəlairi — Cəlairilər sülaləsindən olan Azərbaycan sultanı. == Həyatı == Əhməd Cəlayır Şeyx Həsən Cəlayırın oğludur. Qardaşı Sultan Hüseyn dövründə Ərdəbil və ətrafını idarə edirdi. Sultan Hüseyn zəif şəxsiyyətə malik olduğu üçün idarəetmə əmirlərdən Adil ağanın əlinə keçmişdi. Bu səbəbdən Əhməd Cəlayır 1382-ci ildə Təbrizə basqın təşkil edərək qardaşını devirdi və Cəlayır taxtını ələ keçirdi. Bu dövrdə Sultaniyəyə qaçan qardaşı Bəyazid, Adil ağa tərəfindən hökmdar elan edildi. Digər qardaşı Şeyx Əli isə taxt üçün Bağdaddan Təbrizə doğru hərəkətə başlasa da, Qaraqoyunlu hökmdarı Qara Məhəmməd tərəfindən məğlub edildi. Bundan sonra Sultan Əhməd Qara Məhəmmədin qızıyla evlənərək Qaraqoyunlularla əlaqələrini möhkəmləndirdi. Digər qardaşı Bəyazidlə sülh bağlamağa nail olduqdan sonra isə Bağdada daxil oldu.Əhməd Cəlayır Təbrizin əvvəlcə Toxtamış, sonradan isə Əmir Teymur tərəfindən ələ keçirilməsi və ara müharibələri səbəbindən paytaxtı Bağdada köçürdü, lakin 1393-cü ildə Teymurun Bağdada yaxınlaşması ilə Məmlüklərə sığındı. Əmir Teymur Səmərqəndə döndükdən sonra yenidən Bağdada qayıtdı və burda bir neçə il hakimiyyətdə qaldı, lakin Əmir Teymurun üzərinə qoşun göndərməsi ilə yenidən Məmlüklərə sığındı.
Məlayer
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Sultan Tahir Cəlayır
Sultan Tahir Cəlayır ibn Sultan Əhməd ibn Sultan Hüseyn ibn Şeyx Üveys Cəlairi (?-?) - Əlincə qalası nın hakimi. == Həyatı == Cəlairi hökmdarı Sultan Əhməd [1382-1410, fasilələrlə]Əmir Teymurun ilk yürüşü dövründə (1386) Cəlairilərin xəzinəsini, öz ailəsini, oğlu Tahiri 300-ə qədər döyüşçü ilə Əlincə qalasında yerləşdirib Bağdada çəkilmişdi. Sultan Tahir 14 ilə yaxın qalanın müdafiəsinə başçılıq etmiş, son nəticə də Şəki və gürcü qoşun hissələrinin köməyi ilə mühasirədən çıxmış və xəzinəni götürüb yaxın adamları ilə birlikdə Bağdada getmişdir. == Ədəbiyyat == Piriyev V. Z., Teymurun və Toxtamışın Azərbaycana yürüşləri və işğalçıla raqarşı mübarizə,Azərb. EA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1983, № 1.
Kolayır
Kolayır (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Kolayır (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Kolayır (Samux) — Azərbaycanın Samux rayonunda kənd. 13 iyun 2008-ci ildə Samux qəsəbəsi ilə birləşdirilərək ləğv olunmuşdur.