Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Androsace caduca
Yarpaqtökən dəlikçiçək (lat. Androsace caduca) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Drosera caduca
Drosera caduca (lat. Drosera caduca) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Saccharum caducum
Saccharum spontaneum (lat. Saccharum spontaneum) — qırtıckimilər fəsiləsinin şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Imperata klaga Jungh. Imperata spontanea (L.) P.Beauv. Saccharum angustifolium Reinw. ex Buse [Invalid] Saccharum arenicola Ohwi Saccharum caducum Tausch Saccharum canaliculatum Roxb. Saccharum chinense Nees ex Hook. & Arn. Saccharum glaza Reinw. ex Blume Saccharum insulare Brongn.
Glycyrrhiza glabra var. caduca
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Cadu
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.
Elmar Qasımov (cüdoçu)
Elmar Qasımov — Halk ləqəbli Azərbaycanlı cüdoçu. Elmar Qasımov Avropa Çempionatının gümüş və bürünc medalçısıdır. 2009-cu ildə Ermənistanın İrəvan şəhərində keçirilən Gənclərin Avropa Çempionatının qızıl medalçısıdır. Azərbaycanı 2012-ci ildə XXX-cu Yay Olimpiya Oyunlarında təmsil etdi və 7-ci yeri tutdu. 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı və Azərbaycan xalqı ona bu medallara görə təşəkkür edir. == Həyatı == Elmar Qasımov 2 noyabr 1990-cı ildə Azərbaycanın Xırdalan şəhərində anadan olmuşdur. Elmar Qasımov 2000-ci ildən idman ilə məşğul olur. Elmar Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. == Karyerası == Elmar Qasımov birinci uğurunu 2007-ci ildə qazandı. O 20 yaşadək Azərbaycan Çempionatında gümüş, 23 yaşadək Azərbaycan Çempionatında isə bürünc medal qazandı.
Elxan Məmmədov (cüdoçu)
Elxan Əbülfəz oğlu Məmmədov (26 fevral 1982, Bakı) — Azərbaycanlı cüdoçudur. Müstəqil Azərbaycanın cüdo üzrə ilk və hələki yeganə Dünya Çempionu. Azərbaycanı 2008 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Elxan Məmmədov 26 fevral 1982-ci ildə Azərbaycan SSR-nın Bakı şəhərində anadan olmuşdur.
Hüseyn Rəhimli (cüdoçu)
Hüseyn Natiq oğlu Rəhimli (10 iyul 1995) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Hüseyn Rəhimli 1995-ci il iyulun 10-da anadan olub. == Karyerası == Hüseyn Rəhimli 2015-ci ildə Kvanju şəhərində (Cənubi Koreya) baş tutan tələbələr arasında Universiada Oyunlarının bürünc medalına sahib oldu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında çıxış edən Hüseyn Rəhimli, turniri bürünc medalla başa vurdu. Hüseyn Rəhimli 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirini isə Hüseyn Rəhimli bürünc medalla başa vurdu. 2019-cu ildə Hüseyn Rəhimli Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Hüseyn Rəhimli qızıl medala sahib oldu. Hüseyn Rəhimli 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.Hüseyn Rəhimli XVI Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsi çərçivəsində Birləşmiş Krallıq nümayəndəsi Daniel Povell ilə üz-üzə gəldi.
Leyla Əliyeva (cüdoçu)
Leyla Əliyeva (1 sentyabr 1997; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Leyla Əliyeva 1997-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. == Karyerası == Leyla Əliyeva 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi. Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Anastasiya Turçeva oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə Melisa Çaxmaqlı oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə məğlub oldu. Bununla da Leyla Əliyeva Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Müşviq Cəfərov (cüdoçu)
Müşviq Cəfərov (31 avqust 1968, Dəvəçi) — beynəlxalq dərəcəli idman ustası, SSRİ çempionu, cüdoçu, SSRİ Xalqlarının Spartakiadasının çempionu, Cüdo üzrə 2 qat dünya çempionu. == Həyat və fəaliyyəti == Müşviq Cəfərov 1968-ci il 31 avqustda Azərbaycan Respublikasının Şabran (Dəvəçi) şəhərində doğulub. Beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ çempionudur (1991). O, 1990-cı ildə SSRİ çempionatında II, Avropa çempionatı yarışlarında 1992-ci ildə III, 1993-cü ildə II, 1994-1995-ci illərdə III yerə, dünya çempionatlarında 1992-ci ildə II, 1994-cü ildə III yerə, 1992-ci ildə Dünya Kubokunda II yerə çıxmış, 1991-ci ildə isə SSRİ Xalqlarının Spartakiadasının çempionu olmuşdur. 2013-cü ildə İspaniyada veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 2014-cü ildə Dubayda veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-4 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının qızıl medalına layiq görülüb. 2019-cu il 14 oktyabr tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb.
Nazim Hüseynov (cüdoçu)
Nazim Hüseynov (2 avqust 1969, Bakı) — Azərbaycanlı cüdoçu. Nazim Hüseynov 1992 Barselona Olimpiadasının qızıl medalını qazanaraq tarixdə birinci Azərbaycanlı Olimpiya çempionu oldu. O, həm də 1992 və 1993-cü illərdə Avropa Çempionatının qalibi olmaqa ilə yanaşı iki dəfə Dünya Çempionatının medalını qazanıb. 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. == Həyatı == Nazim Hüseynov 1969-cu ilin 2 avqust tarixində Bakı şəhərində ləzgi ailəsində anadan olub. Hüseynovun atası əslən Qusar rayonunun Piral kəndidən, anası isə Dağıstanın Axtı rayonundandır. Nazim Hüseynovun birinci məşqçisi Azərbaycanın əməkdar məşqçisi Tərlan Həsənovdur. Ailəlidir, 2 övladı var. == Karyerası == === Olimpiya === Hələ uşaq yaşlarından idmana maraq göstərən Nazim bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı bir neçə dəfə də mükafatçılar siyahısında olub. Dünya dzü-do arenasında ilk dəfə 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Nəbi Məmmədov (cüdoçu)
Nəbi Məmmədov (7 avqust 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. == İdmançı kariyerası/nailiyyətləri == Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub.MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır"Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Ramil Qasımov (cüdoçu)
Ramil Famil oğlu Qasımov (13 avqust 1981; Gəncə, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2016-ci ildə XV Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Ramil Qasımov 1981-ci il avqustun 13-də Gəncə şəhərinin anadan olub. Şəxsi məşqçisi Əli Hacıyevdir. == Karyerası == Ramil Qasımov 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Ramil Qasımov birinci görüşdəcə Rusiya nümayəndəsi Alim Qadanova məğlub oldu və mübarizəsini dayandırdı. Növbəti illərdə Ramil Qasımovun gözündə problemlər əmələ gəldi və o, para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı. Ramil Qasımov 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının qızıl medalına sahib oldu. Ramil Qasımov 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Kuba nümayəndəsi Xerardo Rodrigeza qalib gələn Ramil Qasımov, 1/2 final mərhələsində Almaniya nümayəndəsi Niholay Kornhassa ipponla qalib gəldi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı.
Tofiq Məmmədov (cüdoçu)
Tofiq Faiq oğlu Məmmədov (10 mart 1980; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2008-ci ildə XIII Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Tofiq Məmmədov 1980-ci il martın 10-da Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Əhməddin Rəcəblidir. == Karyerası == Tofiq Məmmədov 2006-cı ildə Bromma şəhərində (Fransa) baş tutan Dünya Çempionatının qalibi oldu. 2007-ci ildə isə Tofiq Məmmədov Avropa Çempionatının qızıl medalına sahib oldu. Tofiq Məmmədov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Litva nümayəndəsi Yonas Stoshusa, 1/4 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Yuna qalib gələn Tofiq Məmmədov, 1/2 final mərhələsində Fransa nümayəndəsi Olivier Sevrisurtu ipponla məğlub elədi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Oleq Kretsul oldu. Həmin görüşdə rəqibinə məğlub olan Tofiq Məmmədov, XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Turan Bayramov (cüdoçu)
Turan Etibar oğlu Bayramov (4 aprel 2002, Gəncə)— Azərbaycanı təmsil edən cüdoçu. Tbilisidə keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb. == Həyatı == Turan Bayramov 4 aprel 2002-ci ildə Gəncə şəhərində anadan olub. O, təhsilini Göygöl rayonu Ərşad Məmmədov adına tam orta məktəbdə almışdır. 2009-cu ildə, o ilk dəfə idmanla məşğul olmağa başlamışdır. Ona idmanı ilk dəfə öyrədən müəllimi Xanəhməd Rzazədə olmuşdur. 2017-ci ildə 13 nömrəli uşaq gənclər mərkəzində məşqlərinə davam edib elə həmin ildən etibarən idmancı fəaliyyətini Məmməd Xudiyevin yanında davam etdirir. 2020-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Bir sıra döyüşlərdə iştirak etmiş və çempionluq əldə etmişdir. 2017-ci ildən etibarən idmancı fəaliyyətini Məmməd Xudiyevin yanında davam etdirir.
Elçin İsmayılov (cüdoçu)
Elçin İsmayılov (27 sentyabr 1982, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi, 2000, 2001 və 2005-ci illər Avropa Çempionatlarının qalibi. == Karyerası == Karyerasının birinci ciddi uğuruna Elçin İsmayılov 1998-ci ilin noyabrında imza atdı. Rumıniyanın Buxarest şəhərində baş tutan U-20 Avropa Çempionatında Elçin İsmayılov final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Daha sonra Elçin İsmayılov 1999-cu ildə İtaliyada və 2000-ci ildə Kiprda baş tutan U-20 Avropa Çempionatlarında bütün görüşlərdə rəqibləri üzərində qələbə qazanaraq turnirlərin qızıl medallarına sahib oldu. Hələ 16 yaşında "ulduzu parlayan" Elçin İsmayılov 2000-ci ilin mayında Polşanın Vrotslav şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Fransa nümayəndəsi Eri Despezelle üzərində qələbə qazanan Elçin İsmayılov 17 yaşında Avropa Çempionatının qızıl medalına sahib oldu. Son Avropa çempionu Elçin İsmayılov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Kişilər -60 Kq. turnirində mübarizə aparan Elçin İsmayılov olimpiadanın təsnifat mərhələsində Yeni Zelandiya nümayəndəsi Brendon Kroos oldu. Həmin görüşdə Elçin İsmayılov rəqibi üzərində ipponla qələbə qazandı və turnirin 1/16 final mərhələsinə adladı.
Pəri cadu
"Sehirli pəri" və ya "Pəri cadu" — 1901-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış faciə pyesi. 1901-ci ildə Şuşadan Bakıya qayıtdığı zaman pyesi bitirmişdir. Pyes milli dram qızıl fonduna daxil edilmiş, uğur qazanmışdır, Tiflis, İrəvan, Naxçıvan və digər şəhərlərdə səhnəyə qoyulmuşdur. 1924-cü ildə Mirseyfəddin Kirmanşahlı tərəfindən səhnələşdirilən Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində qoyulmuşdur. == Əsərin təhlili == "Pəri cadu" pyesində, «Azərbaycan tarixi» (Bakı, 1960, cild 2-ci) monoqrafiyasının müəlliflərinin fikrinə görə, "Bəxtsiz cavan" pyesində olduğu kimi Haqverdiyev işləyənlər üçün sevgisini və səmimiyyətini ifadə edirdi. Ədəbiyyatşünas Əziz Şərifin sözlərinə görə, "Pəri cadu" simvolik dramasında Haqverdiyev insanın şəxsi xoşbəxtliyini sorğulamışdır. Əziz Şərif qeyd edirdi: Teatr mütəxəssisi Cəfər Cəfərov qeyd edir ki, "Pəri cadu" pyesi onun canlılığı və doğruluğu üçün dəyərlidir. Cəfərovun sözlərinə görə N.Nərimanovun "Şamdanbəy", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxıb yağmura düşdük", "Hacı Qara" əsərləri kimi Haqverdiyev, pul mübadiləsi, mülkiyyət ideyalarını ortaya qoyur və onların bu faciəli nəticələrini aydın şəkildə nümayiş etdirir əlaqələr və fikirlər irəli sürür. Cəfərovun sözlərinə görə, "Pəri cadu" pyesin tərzi və forması Azərbaycan səhnəsinin tarixində tamamilə yeni bir fenomen idi. == İstinadlar == Mənbələr == Ədəbiyyat == Kamran Məmmədov (Önsöz yazarı).
Səxavət casusu (film, 1993)
Səxavət casusu (ing. Bounty Tracker) — 1993-cü ildə döyüş janrında çəkilən filmdir. == Məzmun == Erik Qauss adında mafiya qatillərinin idarəçisi şahidlərdən birinin mafiya başçısı Lui Sarazenə qarşı polislərə məlumat verəndən sonra şahidləri aradan götürməyə başlayır. Onların içində Pol Damon da olur. Pol Damon öldürüldükdən sonra onun qardaşı Conatan Los Anceles şəhərindən qayıdır. Conatan qatillərin əsl ovçusudur... == Rollarda == == Xarici keçidlər == Səxavət casusu — Internet Movie Database saytında.
Pəri cadu (pyes)
"Sehirli pəri" və ya "Pəri cadu" — 1901-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış faciə pyesi. 1901-ci ildə Şuşadan Bakıya qayıtdığı zaman pyesi bitirmişdir. Pyes milli dram qızıl fonduna daxil edilmiş, uğur qazanmışdır, Tiflis, İrəvan, Naxçıvan və digər şəhərlərdə səhnəyə qoyulmuşdur. 1924-cü ildə Mirseyfəddin Kirmanşahlı tərəfindən səhnələşdirilən Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində qoyulmuşdur. == Əsərin təhlili == "Pəri cadu" pyesində, «Azərbaycan tarixi» (Bakı, 1960, cild 2-ci) monoqrafiyasının müəlliflərinin fikrinə görə, "Bəxtsiz cavan" pyesində olduğu kimi Haqverdiyev işləyənlər üçün sevgisini və səmimiyyətini ifadə edirdi. Ədəbiyyatşünas Əziz Şərifin sözlərinə görə, "Pəri cadu" simvolik dramasında Haqverdiyev insanın şəxsi xoşbəxtliyini sorğulamışdır. Əziz Şərif qeyd edirdi: Teatr mütəxəssisi Cəfər Cəfərov qeyd edir ki, "Pəri cadu" pyesi onun canlılığı və doğruluğu üçün dəyərlidir. Cəfərovun sözlərinə görə N.Nərimanovun "Şamdanbəy", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxıb yağmura düşdük", "Hacı Qara" əsərləri kimi Haqverdiyev, pul mübadiləsi, mülkiyyət ideyalarını ortaya qoyur və onların bu faciəli nəticələrini aydın şəkildə nümayiş etdirir əlaqələr və fikirlər irəli sürür. Cəfərovun sözlərinə görə, "Pəri cadu" pyesin tərzi və forması Azərbaycan səhnəsinin tarixində tamamilə yeni bir fenomen idi. == İstinadlar == Mənbələr == Ədəbiyyat == Kamran Məmmədov (Önsöz yazarı).
Çaydüzü
Çaydüzü (əvvəlki adı: Novonikolayevka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi adlandırılmışdır. == Toponimikası == Çaydüzü Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim rus əhalisinin tərk edib gəldiyi ərazinin Nikolayevka adının əvvəlinə novo (rus. “yeni”) sözünün əlavə edilməsi ilə yaranmışdır və “yeni Nikolayevka kəndi” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 257 nəfər əhali yaşayır.
Çayüzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. == Tarixi == Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.