Harri Potter və Ölüm Hədiyyələri. II hissə (film, 2011)
Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part II) — ingilis yazıçı Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmiş Harri Potter filmlər seriyasında səkkizinci filmi və eyni zamanda həmin kitabın ekranlaşdırılmasının ikinci hissəsidir. Seriyanın üç əvvəlki filmlərin çəkilişlərinə qatılan rejissor Devid Yets və prodüser Devid Heyman bu kinolentin yaradılmasında da iştirak ediblər.
Harri Potter filmlər silsiləsində yeddinci və səkkizinci filmlərin kassa yığımı 1,3 milyard dolları ötəndən sonra, həmin film kinematoqrafiya tarixində ən çox gəlir gətirən filmlərin siyahısında səkkizinci yer tutub, və 2011-ci ilin ən gəlirli filmi hesab olunmuşdur.
== Məzmunu ==
Dobbini dəfn edəndən sonra, Harri Potter Qriphuk adında olan qoblindən Qrinqots bankında yerləşən və Bellatrisa Lestreyncə məxsus olan seyfi qarət edilməsində ona və dostlarına kömək göstərilməsini xahiş edir. Qriphuk razılaşır, amma əvəzinə vaxtilə Qodrik Qriffindora məxsus olan qılıncını tələb edir. Ollivander Malfoyların malikanəndən götürülmüş iki ədəd sehrli çubuğların Bellatrisa və Drakoya məxsus olduğunu, həmçinin Drakonun çubuğunun ona yox, Harriyə sadiq olmasını Potterə açıqlayır.
Bellatrisanın seyfində olarkən, Harri, Ron və Hermiona nəvaxtsa Helqa Puffenduya məxsus olan kubokunun əslində hortkuluq olduğunu aşkar edirlər. Harri kuboku götürən zaman Qriphuk qılıncı öz əlinə keçirir, trionu mühafizə dəstəsi ilə üz-üzə qoyub, onları tərk edir. Dostlar zirzəmidə olan keşikçi əjdahanı azad edir, onun kürəyinə minib, qaçırlar.