Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cadugərlik
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.
Oz ölkəsinin cadugəri (film)
Oz ölkəsinin cadugəri — rejissor Viktor Flemminqin 1939-ci ildə çəkdiyi film. Əsas rolları Cudi Qarlend, Rey Bolger, Jack Haley, Bert Lahr və Frank Morqan ifa edirlər. Film “Metro-Goldwyn-Mayer”dən Mervin LeRoy tərəfindən istehsal edilmiş. “Oz ölkəsinin cadugəri” Amerika Film İnstitutunun 100 Ən Yaxşı ABŞ Filmi siyahısının ilk onluğuna salınmış və Milli Film Registerində qeydiyyata alınmışdır. == Məzmun == Qasırğa Doroti və balaca iti Totonu evlə birlikdə göylərə qaldırır, sonra sehrli yaşıllığa endirir – Oz ölkəsinə. Sən demə, qasırğanın çərpələng kimi uçurduğu ev cadugərin üstünə düşərək onu öldürüb, zülmdən qurtulan yerlilər Dorotiyə təşəkkürlərini bildirir... Doroti Kanzasa qayıtmaq üçün Zümrüd şəhərində yaşayan Oz sehrbazını axtarmağa başlayır. Sarı kərpicli yol ilə gedən qız qəribə varlıqlarla qarşılaşır: içi saman dolu müqəvva, tənəkə adam, qorxaq aslan. Oz sehrbazını axtarmağa yollanan dostlar səfər zamanı sürprizlərlə, təhlükələrlə üzləşirlər. Dorotinin tək istəyi Kanzasa qayıtmaqdır, məntiqli və düşüncəli Müqəvva beynini, həssas və emosional Dəmir Odunçu ürəyini, çox güclü və qorxusuz Aslan isə cəsarətini axtarır...