Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çalmers Texnologiya Universiteti
Çalmers Texnologiya Universiteti — İsveçin Göteborq şəhərində yerləşən ali təhsil müəssisəsi; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Çalmers Texnologiya Universiteti informasiya texnologiya, təbiət elmləri və memarlıq sahəsində ixtisaslaşmış bir ali təhsil müəssisəsidir. İsveçin Göteborq şəhərində yerləşən universitet Avropanın ən yaxşı araşdırma mərkəzlərindən hesab olunur. "Swedish East İndia Company"nin sahibi Viliam Çalmersin ianəsi ilə 1829-cu ildə yaradılıb. 1937-ci ilə qədər özəl universitet statusu ilə fəaliyyət göstərib, 1994-cü ilə qədər dövlət, daha sonra isə özəl ali təhsil ocağı kimi fəaliyyətini davam etdirib. Çalmers İsveçdə şəxs adını daşıyan yeganə universitetdir. Ali təhsil ocağı 1937-ci ildə Gibraltar (Johannaberg) kampusuna köçürülüb, 1990-cı illərin əvvəllərində Hisingen adasında universitetin yeni Lindholmen kampusu tikilib. İsveçdə mühəndislik və memarlıq sahəsində çalışanların təqribən 40%-i Çalmers Texnologiya Universitetinin məzunlarıdır. Universitet bu günə qədər 30-a yaxın proqram üzrə təhsil prosesini həyata keçirib. Ali məktəb riyazi modelləşdirmə, ətraf mühit elmlər və nəqliyyat təhlükəsizliyi kimi 6 beynəlxalq araşdırma bölümünə ev sahibliyi edir.