Duzluluq
Duzluluq — təbii suların tərkibində olan güclü turşularla (Cl, SO4 və b.) əsasların (K, Na, Ca, Mg və b.) birləşməsi nəticəsində yaranan xassədir
== Haqqında ==
Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluq ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir.
== Duzluluq indikatorları ==
Duzluluq indikatorları çöküntütoplanma hövzələrinin duzluluq dərəcəsini (şirin su, şorumtul, normal duzlu, çoxduzlu-rapa) tam qətiyyətlə təyin etməyə imkan verən çökmə süxur komponentləridir. Şirin su hövzələri əsas etibarilə fauna (Unio, Paludina, Valvata və b.) qalıqlarına görə müəyyən edilir; bu hövzələrin çöküntülərində çox vaxt vivianitə rast gəlinir; autigen qlaukonit olmur. Şorumtul su çöküntüləri üçün normal dəniz formalarının dəyişilməyə uğramış spesifik - növ tərkibi kasıb, lakin fərdlərin sayına görə zəngin olan ikitayqabıqlı və qastropod faunası səciyyəvidir. Bu çöküntülərdə stenoqalin formalar (mərcan, krinoideya, dəniz kirpisi, ammonit, braxiopoda və b.) rast gəlmir. Krım-Qafqaz vilayətinin pliosen və pleystosen çöküntüləri üçün dreysenziya, didakna, monodaknalar, potamidlər, hidrobilər və s. səciyyəvidir.