Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Calvin Klein
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Carvis adası
Carvis adası – ABŞ-nin Sakit okeanda yerləşən qeyri-məskun adası. Ümumi sahəsi 4,5 km²-dır.
Erigeron calvus
Erigeron calvus (lat. Erigeron calvus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Neoseiulus salish
Neoseiulus salish (lat. Neoseiulus salish) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Os calcis
Daban sümüy (lat. calcaneus), (lat. os calcis) — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — lat. tuber calcanei deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — lat. facies talaris anterior (facies articularis anterior — BNA) ən kiçiyidir; orta oynaq aşıq səthi — lat. facies articularis talaris media (facies articularis media — BNA) əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — lat. sustentaculum tali adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — lat.
Alvis Hermanis
Alvis Hermanis (latış. Alvis Hermanis‎; 27 aprel 1965, Riqa) — Latviya əsilli teatr rejisoru, Yeni Riqa Teatrının bədii rəhbəri. == Bioqrafiya == Jurnalist və publisist Voldemar Hermanis ailəsində anadan olub. On beş yaşına qədər səhhətinə görə tərk etməli olduğu "Dinamo Riqa" hokkey klubunun idman məktəbində oxuyub. Robert Liqersin rəhbərliyi altında "Rigas Pantomime" VEF Mədəniyyət Sarayının özfəaliyyət ansamblının studiyasında iştirak etmişdir (1981–1982). Riqa kinostudiyasında Xalq kino aktyoru studiyasını bitirib (1985, müəllimlər Arnold Lininş və Aina Matisa). 1984–1988-ci illərdə Yazep Vitola adına Latviya Dövlət Konservatoriyasının teatr fakültəsində təhsil alıb (müəllimlər M. Kimele, E. Freibergs, I. Adermanis, M. Tenisons). == Kinoda aktyorluq işi == 1987 — Qadın və çöl donuzu ilə foto (rejissor A. Krievs, Riqa Kinostudiyası) — Karlis Valders. 1988 — Payız, Chertanovo … (rejissor İ. Talankin, Mosfilm) — Svyatoslav Navarzin, alim, Məryəmin əri. 1988 — Latviyalılar?
Fransisku di Paula Rodrigis Alvis
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Luis Alvis di Lima Silva
Luis Alvis di Lima və Silva (port. Luís Alves de Lima e Silva, Duque de Caxias; 25 avqust 1803, Duki-de-Kaşias[d] – 7 may 1880) - Hersoq Kaşias (25 avqust 1803 - 7 may 1880) — Braziliya marşalı. == Bioqrafiyası == 1851-ci ildə Braziliya ordusunun ali komandanı olaraq diktator Rosasa qarşı uğurlu əməliyyatlar keçirmişdir. 1857 və 1861-62 ci illərdə hərbi nazir və Kabinet başçısı, 1867-ci ildən isə Paraqvay müharibəsində Braziliya, Argentina və Uruqvayın ümumi ordu komandanı təyin edilir. 1869-ci ildə Paraqvayın paytaxtı Asunson zəbt edilir. Braziliya imperatoru II Pedro göstərişi ilə xəstəlik bəhanəsi ilə öz postunu Luis Filip Qaston di Orleansa təhvil verir. 1875 - 78 ci illərdə yenidən hərbi nazir və kabinet başçısı vəzifəsində calışır. == İstinadlar == == Mənbə == Árbol genealógico de Luis Alves de Lima e Silva, en Rodovid. Discurso del coronel Lima e Silva en la apertura de la Asamblea Legislativa de la Provincia de Maranhão, el 3 de mayo de 1840. Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Kabinet başçısı, Hərbi nazir Luis Alvis di Lima və Silva.
Çalış, nəfəs alma (film, 2006)
Çalış, nəfəs alma — Rejissor Alina Abdullayevanın çəkdiyi Azərbaycan filmi. Filmdə iki qəhrəman var — bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar — kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar. Filmdə əsas məqsədlərdən biri fikri təsvir dili ilə tamaşaçılara çatdırmaqdır. Buna görə də filmdə dialoqlardan çox az istifadə olunub. Film İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına çəkilib. Filmin büdcəsi 20 min manat təşkil edib.