Anklav
Anklav (ing. Enclave) — Bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına anklav deyilir, lakin sahib olduğu dövlətə münasibətdə bu eksklav adlandırılır. Misal üçün Naxçıvan Muxtar Respublikası bir dövlətlə əhatə olunmadığı üçün onu heç bir dövlətin anklavı adlandırmaq olmaz . Buna görə də Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının eksklavıdır.
== Anklavda yerləşən dövlətlər ==
== Dünyada olan anklavların siyahısı ==
Anqola — Kabinda
Azərbaycan — Naxçıvan Muxtar Respublikası, Kərki, Yuxarı Əskipara və Barxudarlı, Sofulu
Banqladeş — Kook Behar
Belçika — Baarle-Hertog
Bruney — Temburong
Şərqi Timor — Oecussi-Ambeno
Hindistan — Cooch Behar
İtaliya — Campione d'Italia
Almaniya — Büsingen am Hochrhein
Qırğızıstan — Barak
Malavi — Likoma Adası
Oman — Musandam və Madha
Rusiya — Kalininqrad
İspaniya — Ceuta, Llivia və Melilla
Tacikistan — Vorukh və Kayragach
BƏƏ — Nahva
ABŞ — Alyaska , Alburgh , Vermont , Minnesota
Şimali Kipr Türk Respublikası — Ərənköy
Özbəkistan — Shohimardon, Qal'acha və Khalmion
== Poluanklav ==
Okeana çıxışı olan və dövlətin əsas ərazisindən kənarda yerləşən ərazilər poluanklav adlanır. Rusiyanın Kalininqrad vilayəti, Anqolanın Kabinda əyaləti poluanklav hesab olunur.