Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adışirin Ələkbərov
Ələkbərov Adışirin Balaşirin oğlu (25 noyabr 1955, Bakı – 2 may 2016, Bakı) — geoloq, Geologiya-mineralogiya elmləri doktoru (2004) , Əməkdar Mühəndis (2014) == Həyatı == Ələkbərov Adışirin Balaşirin oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-hidrogeoloq ixtisası üzrə bitirmişdir. == Peşə fəaliyyəti == 1976–2001-ci illərdə Dövlət Geologiya Idarəsində (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Hidrogeologiya Ekspedisiyasında çalışmışdır, geoloq vəzifəsindən ekspedisiyanın rəisi vəzifəsinə qədər yüksəlmişdir. A. B. Ələkbərov 2001–2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hidrogeoloji və Mühəndis Geologiyası İdarəsinin rəisi işləmişdir. 2006-cı ildən "Azərsu" ASC-də şöbə rəisi və "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. A. Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraitinin intensivləşən gərginləşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə iştirakı və rəhbərliyi ilə Bakı – Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətli və fərqli miqyaslı hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiymətləndirilmiş, Xəzər dənizi sahillərində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, çoxsaylı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin–Bakı şəhərinin müxtəlif sahələrini, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Əzizbəyov və Neftçilər stansiyalarına neft sızması, neftlə çirklənmə, Sumqayıt ərazisində yeraltı sularda və süxurlarda civə metalının toplanması, palçıq vulkanlarının təzahürləri, yer səthinin çökməsi, Bayıl, Əhmədli, Zığ, Xırdalan və digər sahələrdə təhlükəli sürüşmə proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. tədqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6–7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşmə, bir neçə gün öncə proqnozlaşdırılmış, 8 saat öncə isə prosesin qaçılmaz olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşməyə qədər gecə ikən əhali məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazilərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfatı olmadan ötüşmüşdür.
Xanşirin xan Cavanşir
Xanşirin xan Cavanşir (?-1859) —Əfqanıstanın baş naziri (1842) == Həyatı == Xanşirin xan Cavanşir Barakzay sülaləsinin sevimlisi idi. 1839-1842-ci illərdə baş verən İngiltərə-Əfqanıstan müharibəsinin iştirakçısı olmuşdu. Xanşirin xan Cavanşir 1842-ci ilin mart ayından dekabr ayınadək Əfqanıstanın baş naziri olmuşdu. Xanşirin xan Cavanşir 1859-cu ildə vəfat edib. == Ailəsi == Xanşirin xanın oğulları Həbibulla xan və Əmir Məhəmməd xan Əfqanıstan dövlətinin seçkin adamlarından sayılırdılar. == Mənbə == Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007.
Aleksandr Baryatinski (canişin)
Aleksandr İvanoviç Baryatinski (rus. Александр Иванович Барятинский; 14 may 1815, Kursk quberniyası[d] – 9 mart 1879, Sankt-Peterburq) — Rusiya hərbçisi, Qafqaz canişini. == Həyatı == Aleksandr İvanoviç Baryatinski 1815-ci ildə doğulmuşdu. Aleksandr Baryatinski 1879-cu ildə vəfat edib. === A. İ. Baryatinski və Şeyx Şamil === 1859-cu il 6 iyununda Qunibdə General Baryatinskinin idarəsindəki 70.000 nəfərlik rus ordusuna yanında bir neçə yüz adam qalana qədər müqavimət göstərdikdən sonra təslim oldu. === A. İ. Baryatinski və çərkəzlər === 1857-ci ildə Qafqaz ordusunun o zamankı baş qərargah rəisi general-adyutant D.A.Milyutin dağlıların Şimal-Qərbi Qafqazdan köçürülməsi və boşalmış ərazilərə kazakların, ermənilərin və Rusiya İmperiyasının mərkəzi hissəsində yaşayanların yerləşdirilməsi təşəbbüsü ilə çıxış etdi. 1861-ci ildə isə artıq knyaz A.İ.Baryatinski həmin vaxt üçün Rusiya İmperiyasının hərbi naziri olan D.A.Milyutinə təklif etdi ki, “Qafqaz yaylasını həmişə düşmən olan əhalidən xilas etsin və bununla da gözəl və əlverişli torpaqları bizim kazak əhalimiz üçün açsın”. === Mülki məsələləri === Aleksandr İvanoviç Baryatiskinin canişinliyi dövründə (1856-1862-ci illər) ölkənin inzibati idarələrində bəzi dəyişikliklər aparılmasında cəhd edildi. Qafqaz canişini – General-Feldmarşal Knyaz Baryatinski tərəfindən 31 mart 1861-ci ildə təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin - gömrük hissəsinin yenidən təşkili və idarə edilməsi barədə Əsasnamə”yə görə, Bakı Karantin - Gömrük idarəsi Bakı Karantin-Gömrük kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinə tabe edilmişdir. Dairənin idarə edilməsi üçün 3 (Dairənin rəisi, tapşırıq üçün məmur və katib) ştat ayrılmışdır.
Qafqaz Canişin sarayı
Tbilisi Milli Gənclər Sarayı (gürc. საქართველოს მოსწავლე ახალგაზრდობის ეროვნული სასახლე), bəzən Qafqaz Canişin sarayı və ya Vorontsov sarayı (rus. Воронцовский Дворец) — Gürcüstanın Tbilisi şəhərində yerləşən saray. 1917-ci ilə qədər bu binada çarın Qafqazdakı canişininin iqamətgahı yerləşib. Hazırda bina Təhsil alan gənclərin sarayı kimi tanınır. == Etimologiya == Dövrümüzə gəlib çatan şəkillərin əksəriyyətində bina Böyük Knyaz Mixail Nikolayeviçin (Romanov) sarayı adlandırılır. Məhz onun dövründə saray Otto Simonson tərəfindən yenidən qurulub. Amma Tiflisdə binanı Mixail Vorontsovun adı ilə Vorontsov sarayı kimi də tanıyırdılar. == Tarixi == Canişin sarayının tarixi general Pavel Sisianovdan başlayır. Çarın Qafqazdakı canişini üçün ilk iqamətgah 1802-ci ildə Rusiya yolunda (sonradan Qolovinski, indiki Rustaveli prospektində) tikilib.