Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazpərvər xanım
Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı. Nazpərvər xanım 12 iyun 1870-ci ildə İstanbulun Beşiktaş səmtində dünyaya gəlmişdir. Aİləsi əslən abxaz olub, əsl adı Əminə idi. Sultan Əbdüləzizin xanımı Dürrünəv xanımın bacısı qızı idi. Bu səsəblə 4 yaşına çatan Əminə və bacısı Behiyə xanım İstanbula gətirildi və Osmanlı sarayında xalaları Dürrünəv xanımın himayəsinə verildi. Burada tamamilə türk və müsəlman ənənələrini öyrənən Əminənin adı dəyişdirildi və Nazpərvər qoyuldu. Sarayda Sultan Əbdüləziz cinayətinə şahid olanlardan biri idi.
Nazpərvər Xatun
Nazpərvər Xatun (1556, Valaxiya knyazlığı – 1595, Köhnə Saray, Konstantinopol, Osmanlı imperiyası) — 12-ci Osmanlı sultanı III Muradın xanımlarından biri. Əslən rumın olan Nazpərvər Xatun 1556-cı ildə dünyaya gəldi. Atası Valaxiya knyazı V Mirka olub, əsl adı Dobra olaraq qeyd olunur. Atasının 1559-cu ildə ölümünün ardından uşaq yaşdakı qardaşı Valaxiya knyazı, anası isə onun naibəsi elan olundu. Buna baxmayaraq mərkəzi hakimiyyətə tabe olmaq istəməyən yerli boyarlarla qanlı mübarizənin ardından anası bütün övladlarını da alaraq 1570-ci ildə İstanbula qaçdı. Burada Osmanlı sultanı II Səlimə sığınan ailəsinin istəyilə 14 yaşlı Dobra Topqapı sarayındakı hərəmə alındı. O əsnada Manisa sancaqbəyi olan oğlu Şahzadə Muradın hasəkisi Safiyə Sultana olan bağlılığından şikayətlənən və bu səbəblə, durmadan oğluna cariyələr təqdim edən Nurbanu Sultan tərəfindən himayə altına alınan Dobra dərhal təlim-tərbiyə edildi. İslam dinini qəbul edərək adı Nazpərvər olaraq dəyişdirildi. Ardından Nurbanu Sultanın istəyilə Manisa sarayına göndərildi. Nazpərvər Xatun ilk övladı olan Şahzadə Mahmudu 1572-ci ildə məhz Manisa sarayında dünyaya gətirdi.
Turqut Cansever
Turqut Cansever Turqut Cansever (12 sentyabr 1921, Antalya - 22 fevral 2009, İstanbul), türk memarı, şəhər plançısı, mütəfəkkir. O, dünyada yeganə memardır ki, üç dəfə Ağa Xan Memarlıq Mükafatını alıb. "Müdrik memar" kimi də tanınır. Şəhərdə, yenidənqurma, qoruma sahələrində bir çox vəzifə almış və Bəyazıd Meydanını dizayn etdi. Türkiyədə sənət tarixi üzrə ilk doktorluq dissertasiyasının sahibidir. 1921-ci ildə Antalyada anadan olub. O, həkim Həsən Ferit bəylə həyat yoldaşı Saime xanımın beş övladının ən böyüyüdür. Atası həkim Həsən Ferit bəy Kasımpaşa Turabi Təkyəsi şeyxi və Bab-ı Əlinin ən yüksək bürokratlarından biri olan Şeyx Əli Əfəndinin oğlu idi. Bürokrat olmaqdansa tibb təhsilini seçən, müharibə illərində Sinay Cəbhəsində Səhra başhəkimi işləmiş, Türk Ocaqlarının qurucuları arasında yer alan Həsən Ferit bəy, dövlət ideologiyasına müxalifətdə qalan, Ankarada yüksək vəzifə təkliflərini rədd edərək Antalya və Adanada malyariya ilə mübarizədə iştirak etməyə üstünlük verən, Bursa, Tavşanlıda sürgün həyatı yaşamış ziyalı və həkimdir. Anası Saime xanım Plovdiv əsilli müəllim idi.