Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panaitan adası
Panaitan (ind. Pulau Panaitan) — Zond boğazında, Yava adasınından qərbdə yerləşən nisbətən iri ada. İnzibati baxımından İndoneziyanın Banten vilayəti, Pandeqlaq dairəsinə daxildir. Vulkanik mənşəllidir. Bütünlüklə Ucunq-Klon milli parkı ərazisinə daxildir. Regionda yerləşən digər adalardan fərqli olaraq Panaitan adası Krakatau vulkanının püskürməsi nəticəsində böyük zərər görməmiçdir. Adanın sadəcə şimal və şərq sahillərini sunami vurmuşdur. Adanın sahəsi 170 km²-dir. Onun uzunluğu 21 km, eni 12,7 km-dir. Maksimal hündürlüyü 329 metrdir.
Canstin Han
Canstin Han (9 avqust 1991, Harbin) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Canstin Han Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
III Axsitan
III Axsitan – Şirvanşahlar dövlətinin iyirmi doqquzuncu hökmdarı, Şirvanşah II Fərruxzadın oğlu. == Fəaliyyəti == XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir. Məlumdur ki, Abaqanın oğlu və Hülakü xanın nəvəsi olan Arqun 1284-cü ildən 1291-ci ilədək hökmranlıq etmişdir. II Axsitan isə Hülakü xanın əmri ilə 1260-cı ildə öldürülmüşdür. Beləliklə, II Axsitan Arqunun vaxtında Şirvanda hökmranlıq edə bilməzdi. S. Aşurbəyliyə görə, söhbət II Fərruxzadın oğlu III Axsitandan gedir. Bunu, Təvəkkül ibn Bəzzazın verdiyi başqa məlumatlar da təsdiq edir. Onun dediyinə görə, Səfəvilər sülaləsinin banisi şeyx Səyfi əd-Dinlə (d.h.650 (1252/3)-h.735 (1334/5) qohum olmaq istəyən Şirvanşah Axsitan öz qızını şeyxə ərə vermək niyyətinə düşüb, cehiz olaraq 14 000 dinar və gəliri bir neçə min taqar düyü olan suvarma kanalı verməyi vəd etmişdir. Səfi əd-Din bunun cavabında demişdir. "Mən buna nə deyə bilərəm?
II Axsitan
II Axsitan (1243, Şamaxı – 1260, Şamaxı) — Şirvanşahlar dövlətinin iyirmi yeddinci hökmdarı, Şirvanşah III Fəribürzün oğlu. == Fəaliyyəti == III Fəribürzdən sonra Şirvanda hakimiyyətə onun oğlu II Axsitan keçdi. II Axsitan hakimiyyətə h. 641 (1243/4) – 653 (1255/6)-cü illər arasında başlamışdır. Bu dövrdə yaşamış Zəkəriyyə Qəzvini (1203-1283) öz əsərində II Axsitanın adını çəkərək yazır: "Şirvan müstəqil vilayətdir. Onun hökmdarının adı Axsitandır". Zəkəriyyənin sözlərinə görə, "Şirvanın hakimi əzəmətli, güclü və qüdrətli hökmdar idi". O, sonra Axsitanın o vaxtlar Zirehgəranı tutmaq üçün ora yollandığını, lakin əhalinin bundan əvvəl Dərbənd hakimlərinin hücumu kimi, onun da hücumunu dəf etdiyini deyir. Göründüyü kimi, bu məlumatlar II Axsitanın hökmranlığın lap başlanığıcına, Hülakü xanın ölkəni işğal etməsindən əvvələ aiddir. Daha sonra Şirvanda son dərəcə möhkəmləndirilmiş Biqur (Buqrurt) adlı qala barəsində məlumat verilir.
I Axsitan
I Axsitan (XII əsr, Şamaxı – 1196, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. == Adı == Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir. Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir. Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.
Caşiran
Caşiran (Urmiya)
Caşiran (Sulduz)
Caşiran (fars. جاشيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (58 ailə).
Caşiran (Urmiya)
Caşiran — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Əşnəviyə bölgəsinin Ətraf kəndistanında, Əşnəviyyə qəsəbəsindən 17 km cənub-şərqdədir.