1. Durduğu yerdən aşağı enmək, çuxura düşmək. Binanın divarı çökmüşdür. Asfalt çökmüşdür.
// Aşağı enmək, dibinə oturmaq (mayenin içərisində olan toz, qum və s.).
2. Çömbəlib birdən-birə oturmaq. Yerə çökmək. Dizi üstə çökmək.
– İmamverdi baba kürsüyə çöküb, başıaşağı xeyli fikrə getdi.
[Xan] sərsəm kimi, ayaqları dolaşa-dolaşa divar dibinə qədər yeriyib oradakı döşəklərin üstünə çökdü.
3. Çulğalamaq, qaplamaq, bürümək, yayılıb tutmaq, basmaq. Dağlara, dərələrə duman çökdü.
// Məc. mənada. Ürəyinə kədər çökmək.
– İmran kişi aralığa çökmüş ( f.sif. ) ağır və cansıxan sükutun xeyli uzandığını görüb, idarə heyəti üzvlərinə ayrı-ayrılıqda müraciət elədi.
Çökdü gözlərinə bir qatı zülmət; Qırılıb yanına düşdü əlləri.