Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Captain EO (film, 1986)
Captain EO, Frensis Ford Koppolanın rejissorluğunu üstləndiyi və baş rolunda Maykl Ceksonun oynadığı bir 3D filmi. 1980-ci və 1990-cı illərdə Disneyland'lərdə də göstərilmişdir. Filmin prodüseri Corc Lukas'dır. Filmin xeoqrafisti Jeffrey Hornaday, görüntü rejissoru Peter Anderson, ssenaristi isə Rusty LeMorande'dir. Anjelika Hyuston filmdə Cadı Kraliça rolunu canlandırmışdır. == Xüsusi effektlər == "Captain EO" da tamamilə 3D effektlərindən istifadə edilmişdir. Effektin on yeddi dəqiqəlik xərci təxminən 30.000.000 $ 'dır. Film dəqiqə başına 1.760.000 $ xərci ilə ən bahalı filmlər arasındadır.
Age of Pirates: Captain Blood
Age of Pirates: Captain Blood (azərb. Quldurlar Dövrü: Kapitan Qanı‎) — "THQ" tərəfindən hazırlanan, "MTV Games" tərəfindən nəşr edilən və döyüş-macəra janrında olan ləğv edilmiş videooyunu. Oyun Rafael Sabatininin "Kapitan Bladanın odisseyası" romanına əsaslanmışdı. Oyunçu bir 1685-ci ildə Amerikanın İspaniya sahillərində yaşamış bir gəmi kapitanını idarə edəcəkdi. == Geympley == "Captain Blood" dəniz qulduru-mövzulu missiya-əsaslı strukturu olan bir hack and slash döyüş oyunu olacaqdı. Oyunçular həm quruda, həm də dənizdə çoxlu düşmənlərlə, gəmilərlə döyüşəcəkdi. Oyunda əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj etmək xüsusiyyəti olacaqdı. Oyunçular düşmənləri məğlub edərək xüsusi ballar toplaya, bu ballarla yeni silahlar və döyüş yolları əldə edə biləcəkdi.Oyun 2006-cı ildə orijinal Xbox konsolu üçün satışa çıxarılacaqdı, ancaq 2005-ci ildə 7-ci nəsil videooyun konsolları üçün hazırlanmağa başlandı.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Castin Kluyvert
Castin Kluyvert (5 may 1999, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiənin sağ cinahında çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Kluyvert Ayaks akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, Eerste Diviziyada debütünü Yonq Ayaks klubu ilə 16 sentyabr 2016-cı ildə Maastrixt klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Vinse Dino Dekkeri əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. Kluyvert əsas komanda ilə Erediviziyada debütünü 15 yanvar 2017-ci ildə Zvolle klubuna qarşı oyunda etmişdir. O, 39-cu dəqiqədə Amin Yunesi əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Kluyvert ilk Erediviziya qolunu 19 mart 2017-ci ildə Ekselsior klubuna qarşı oyunda, atasının karyerasında sonuncu qolundan 10 il və 1 gün sonra vurmuşdur. Həmin görüşdə Ayaks rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
Castin Makkarti
Castin A. Makkarti (d. 19 oktyabr 1945) — amerikan demoqraf, tarixçi, Kentukki, Luisvilldəki Luisvill Universitetində tarix üzrə professor. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnistitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Onun tarixdə əsas ixtisaslaşması son Osmanlı dövrüdür.Makkartinin bəzi işləri bəzi alimlər tərəfindən sərt tənqidə məruz qalmış və türkləri müdafiə etməkdə ittiham edilmişdir. == Arxa plan == Makkarti 1967-1969-cu illərdə Türkiyədə Sülh Korpusunda xidmət etmiş, bu müddətdə Yaxın Şərq Tekniki Universitetində və Ankara Universitetində dərs demişdir. O, 1978-ci ildə doktarantura dərəcəsini Los-Ancelosda yerləşən Kaliforniya Universitetindən almışdır.. O, sonradan Boğaziçi Universitetinin fəxri doktoru olmuşdur. Makkarti həmçinin, Türk Araşdırmaları İnistitutunun idarə heyətinin üzvüdür. == Tədqiqatları == === Osmanlı imperiyası barədə === Makkartinin araşdırmaları Osmanlı imperiyasının çökdüyü və nəticədə parçalandığı dövrü araşdırır. Makkarti geriləyən Osmanlı İmperiyasının ortodoksal Qərb tarixlərinin qərəzli olduğuna inanır, çünki qərəzli müşahidəçilərin ifadələrinə əsaslanırlar: xristian missionerlər və Birinci Dünya müharibəsində osmanlılarla müharibədə olan (xristian) millətlərin rəsmilərinə.
Castin Mask
Castin Mask (ing. Justine Musk; qızlıq soyadı: Uilson; 2 sentyabr 1972, Peterborouh, Ontario) kanadalı yazıçı. Sahibkar İlon Maskın birinci həyat yoldaşıdır. 6 əsəri ingilis dilində 17 dəfə nəşr olundu. Hal-hazırda 839 kitabxanada mövcuddur. == Karyerası == Castin Mask 2005-ci ildə ilk kitabı olan Blood Angel-i nəşr etdirdi. İkinci kitabı Uninvited 2007-ci ildə nəşr olundu. Ardınca 2008-ci ildə Blood Angel-in davamı olan Lord of Bones-i nəşr etdirdi. Mask yeni roman planı hazırlamaq üçün Pinterest kimi saytlardan istifadə edən ilk şəxslərdən biri oldu.Mask həmçinin davamlı olaraq TED Talks-da çıxış edir.
Castin Plaşka
Castin Plaşka (12 avqust 1996) — Yamaykalı üzgüçü. Castin Plaşka Yamaykanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Castin Plaşka birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.63 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 41-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Castin Posi
Castin Posi (17 noyabr 1993) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Castin Posi ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Castin Posi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.167 saniyəlik nəticəsi ilə 17-ci yeri tutdu.
Castin Qetlin
Castin Qetlin (10 fevral 1982, Bruklin) ABŞ-lı atlet. 100 metr dünya rekordunu Asafa Pavell ilə birlikdə 9.77 dərəcəsi ilə bir müddət əlində saxlamış, lakin 2007-ci ildə Pavellin 9.74 dərəcə göstərməsi ilə rekord əlindən alınmışdır. Qetlin, dopinq testinin pozitiv çıxması ilə 8 il yarışlardan kənarlaşdırılmış, lakin cəza daha sonra 4 ilə endirilmişdir.
Castin Timberleyk
Castin Timberleyk (ing. Justin Timberlake; 31 yanvar 1981[…], Memfis, Tennessi) — Amerikalı müğənni və aktyor == Həyatı == Castin Timberleyk 31 yanvar 1981-ci ildə Memfis, Tennessidə anadan olub, 6 Qremmi mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo karyerasına başlayıb. İkinci albomu FutureSex/LoveSounds isə 12 sentyabr 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb. === İlk illər === O 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşdı. Beləliklə o məhz burada gələcək illərdə sevgilisi olan Britney Spears və Christina Aguilera ilə tanış oldu.
Castin Trüdo
Castin (Jüsten) Pyer Ceyms Trüdo (ing. Justin Pierre James Trudeau; 25 dekabr 1971[…], Ottava) — Kanadalı siyasətçi, Kanadanın 23-cü və indiki baş naziri, Liberallar Partiyasının rəhbəri. O, Co Klarkdan sonra Kanadanın ikinci ən gənc baş naziri və eyni zamanda köhnə Baş nazir Piyer Trüdonun da ən böyük oğludur. == Həyatı == Castin Trüdo 25 dekabr 1971-ci ildə Kanadanın Ottava şəhərində dünyaya gəlmişdir. Təhsilinə 1976-cı ildə Roklif Park dövlət məktəbində başlamış, orta təhsilini isə Kolej Jon de Bğeböf fransız liseyində almışdır. Trüdo 1994-cü ildə Makgill Universitetini, 1988-ci ildə isə Britaniya Kolumbiyası Univeristetini bitirmişdir. Günümüzdə Montreal Universitetində təhsilini davam etdirməkdədir. Britaniya Kolumbiyası Univeristetində təhsilini başa vurduqdan sonra Trüdo bir müddət burada müəllim kimi işləməyə başlayır. 2000-ci ildə atası Piyer Trüdo vəfat edir. 2007-ci ildə Trüdo Kanadanın I Dünya müharibəsində iştirakından söz edən "Böyük müharibə" adlı filmdə səhnə almışdır.
Castin Lonq
Castin Cekob Lonq (ing. Justin Jacob Long; 2 iyun 1978, Ferfild[d]) — amerikalı aktyor. Qorxu və komediya filmlərindəki rolları ilə məşhurlaşıb. O, "Jeepers Creepers", "Accepted", "Idiocracy", "Məni cəhənnəmə sürüklə", "Kometa", "Barbar" daxil olmaqla müxtəlif filmlərdə rol almışdır. 2007-ci ildə çəkilmiş "Elvin və burunduklar" filmində Elvin Sevili səsləndirib. O, həmçinin "Ed" və "F is for Family" teleseriallarında oynayıb. == Həyatı == Castin Lonq 2 iyun 1978-ci ildə Konnektikutun Feyrfild şəhərində anadan olub. Üç qardaşdan ortancılıdır. Atası Ceyms Lonq Feyrfild Universitetində Latın dili professoru olub, anası Wendy Lesniak isə keçmiş aktrisadır. O, italyan kökənlidir.
Kaptan-ı dərya
Kaptan-ı dərya (Osmanlı türkcəsi: کاپیتان دریا, Kapitan-i Derya) — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur. 16. əsrin ortalarına qədər bəylərbəyi rütbəsi, o tarixlərdən sonra vəzir kaptan-ı dəryaların (və ya Kaptanpaşa) önəmi, Osmanlı imperiyasının dənizləri aşması və Aralıq dənizi sahillərindəki fəthlər çoxaldıqca artdı. Divan-ı Hümayüna üzv olaraq qatılmalı, Osmanlı imperiyasının dəniz əyalətləri adlanan əyalətlərini (Əlcəzair, Tunis, Trablusqarb və ya Tripolitaniya, Aralıq dənizi adaları) şəxsən özü və ya təyin etdiyi dənizçi paşalar vasitəsilə idarə edirdi. Keçmişdə indiki Çanaqqala ərazisində, sonralar isə İstanbulun Kasımpaşa səmtində yaşayan və limanın təhlükəsizliyindən məsul olan Kaptan-ı dərya statusu Tənzimat dövründə ləğv olunmuşdur. İlk Osmanlı dəryabəyləri sancaqbəyliyi də edirdilər. Osmanlı dəniz qüvvələri İzmitdən Gəliboluya köçürüldükdən sonra dəryabəylərinə kaptan-ı dərya deyilməyə başlanmışdır. II. Mehmed dönəmində donanma gücləndirilərək ordu vəziyyətinə gətirilmiş, bununla da kaptan-ı dəryaların vəzifələri də artdırılmışdır. 1533-1534 tarixlərində Cəzir-i Bahr-i Səfid və Cəzair-i Qərb vilayətləri birləşdirilərək Kaptanpaşanın idarəsinə verilmişdir. Ancaq kaptan-i dəryalığın bu qədər yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə gətirilməsi ilə bağlıdır.
Çapati
Çapati- buğda unundan bişirilmiş lavaşdır. Hindistan, Nepal, Əfqanıstan və başqa Asiya ölkələrində məşhur çörəkdir. == Hazırlanması == Çapati isti tavada bişirilir sonra isə isti odda bişirilməyə davam edilir. İsti açıq odda küre şeklini alana kimi bişirilmeye davam olunur. Çapatini müxtelif yemeklerle yeyilir. Şimali Hindistanda çapati müxtəlif yəməklə yeyilməsi daha geniş yayılıb. Onlardan ən məşhuru kartof püresi ile qızardılmış soğandır. == Tarixi == Çapati sözünün mənası (Hind ve urdu dilinde चपत/چَپَت‎, çapati) şillə deməkdir. Ain İbn Əkbər ilk dəfə bu sözü 16-cı əsrdə istifadə etmişdir. Hal hazırda Orta Asiyada buğdadan hazırlanmış çörək növü kimi məşhurdur.
Anna Çapman
Anna Vasilyevna Çapman (rus. А́нна Васи́льевна Ча́пман) — rus agenti. == Bioqrafiya == ABŞ hakimiyyət orqanlarına əsasən, Çapman, Anna Vasilyevna Kuşçyenko adıyla Volqoqradda anadan olubdur və atası Sovet səfirliyi ilə Keniyanın paytaxtı Nayrobidə məşğul olmuşdur.
Çaplin burnu
Çaplin burnu (esk. Ангазик) — Çukot yarımadasının şərqində, Berinq dənizinin sahilində yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi , Providenski rayonu ərazisinə daxildir. 1828-ci ildə Fyodor Litke tərəfindən Birinci Kamçatka ekspedisyasının miçmanı Pyotr Çaplimnin şərəfinə adlandırılmışdır. Burun materikə iki dillə birləşir. Onlar arasında Nayvak gölü yerləşir. Burunda "Çaplino adlı" sərhəd zastavası vardır. == Radiasiya qəzası == 2003-cü ildə sərhəd zastavasının Radioizotop termoelektrik generatorunda qəza baş verir. Radiaktiv sızıntı normadan 25 dəfə çox olur. Qəzanın səbəbi bu tip generatorların konstruksiyasındakı çatışmazlıq olumuşdur.
Çarli Çaplin
Çarlz Spenser "Çarli" Çaplin (ing. Sir Charles Spencer "Charlie" Chaplin; 16 aprel 1889[…] – 25 dekabr 1977[…]) — məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuşdur. == Həyatı == Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar. Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar. Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı.
Çarlz Çaplin
Çarlz Spenser "Çarli" Çaplin (ing. Sir Charles Spencer "Charlie" Chaplin; 16 aprel 1889[…] – 25 dekabr 1977[…]) — məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuşdur. == Həyatı == Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar. Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar. Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı.
Çapan (Əhər)
Çapan (fars. چاپان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (57 ailə).
Roan Çapman-Deyvis
Roan Çapman-Deyvis (4 sentyabr 1991) — Avstraliyalı fristaylçı. Roan Çapman-Deyvis Avstraliyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Roan Çapman-Deyvis birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Deyvis ümumilikdə 73.96 xal toplayaraq öz cığırında 17-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Sidney Erl Çaplin
Sidney Erl Çaplin (31 mart 1926 – 3 mart 2009) — Çarli Çaplinin və onun ikinci həyat yoldaşı Lita Qreyin ikinci oğlu. Sidney Çaplin atasının yolu ilə gedərək aktyor olub. O, atasının çəkdiyi 2 filmdə də iştirak edib. Amma o Hollivudda deyil, Nyu-Yorkdakı musiqi teatrında məşhurlaşıb. Sidney Çaplin Brodveydə oynanılan "Zənglər çalınır" adlı müzikldəki roluna görə "Toni" (teatr "Oskar"ı) mükafatı alıb. Onun ən əsas rolu isə Barbara Streyzandla bir yerdə oynadığı "Gülməli qız"da olub. Sidney Çaplin bu müziklə görə də "Toni" alıb. O, 2003-cü ildə atası Çarli Çaplin barədə çəkilən sənədli filmdə özünü oynayıb. Sidney Çaplin 3 dəfə evlənib. Sonuncu həyat yoldaşı Marqaret Biiblə Stefan adlı oğlu var.