Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Casusluq
Casusluq — dövlət sirrini, hərbi sirri və s. məxfi məlumatları digər dövlətə vermək məqsədilə yığmaq və oğurlamaqdan ibarət fəaliyyət. Bütün ölkələrin qanunvericiliyində Casusluq təqib edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində Casusluq dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayət növü kimi təsbit olunmuşdur. Məlumat sahibinin icazəsi olmadan gizli və ya gizli məlumat əldə etmək əməlidir. Casuslar agentliklərə gizli məlumatları açıqlamağa kömək edir. Hər hansı bir fərdi və ya casus dairəsi (bir işləyən casus qrupu), hökumətə, şirkətə və ya müstəqil əməliyyatın xidmətində casusluq edə bilər. Təcrübə gizli olduqdan istəksizdir və bir çox hallarda qadağandır və qanunla cəzalandırıla bilər. Casusluq ictimai mənbələrdən məlumat toplayan bir metoddur. Düşmən (ya da potensial düşmən) haqqında məlumatları toplamaq üçün ən təsirli yollardan biri düşmən sıralarına girməkdir.
Kiber-casusluq
Kiber-casusluq (ing. Cyber spying) — hədəf sistemin konfidensiallığını pozmaq üçün kiber-hücumun istifadəsi.
Kamuflyaj və casusluq (film, 2019)
Kamuflyaj və casusluq (ing. Spies in Disguise) — 2019-cu ildə "Blue Sky Studios" şirkəti tərəfindən istehsal olunmuş animasiyadır. Filmin rejissorları Troy Quan və Nik Bruno.
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi —kitabı 2018-ci ildə rus dilində nəşr olunub. Kitabda Qərb dövlətləri və Rusiyanın Səfəvilər dövlətinə qarşı Qriqorian kilsəsindən istifadə etməkləri haqqında tarixi məlumatlar öz əksini tapıb. == Haqqında == Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətindən bəhs edilir.Kitabın birinci hissəsində erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında "erməni fobiyası"nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Kitabın ikinci hissəsində Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixi izlənilir. Kitabın üçüncü hissəsində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə, dördüncü hissəsində isə Səfəvilərin tənəzzülü dövründə Qriqorian kilsəsinin vəziyyətindən bəhs edilir.Sonradan kitab ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
Səxavət casusu (film, 1993)
Səxavət casusu (ing. Bounty Tracker) — 1993-cü ildə döyüş janrında çəkilən filmdir. == Məzmun == Erik Qauss adında mafiya qatillərinin idarəçisi şahidlərdən birinin mafiya başçısı Lui Sarazenə qarşı polislərə məlumat verəndən sonra şahidləri aradan götürməyə başlayır. Onların içində Pol Damon da olur. Pol Damon öldürüldükdən sonra onun qardaşı Conatan Los Anceles şəhərindən qayıdır. Conatan qatillərin əsl ovçusudur... == Rollarda == == Xarici keçidlər == Səxavət casusu — Internet Movie Database saytında.
Çavuşlu
Çapışlu və ya Çavuşlu — İranın Rəzəvi Xorasan ostanının Dərgəz şəhristanının Çapışlu bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,247 nəfər və 616 ailədən ibarət idi.
Çavuşlu oymağı
Çavuşlu oymağı — Ustaclı elinin böyük qollarından biri. Çavuşlu oymağı Sivas vilayətindən Azərbaycana gələndən sonra bir parası Xoy civarında, bir parası isə Ərdəbil yörəsində yerləşdi. Çavuşlu oymağı bir çox qızılbaş əmiri, elçisi, mədəniyyət xadimi yetirmişdi. == Oymağın məşhur simaları == Əbumüslüm xan Çavuşlu Yusif bəy Çavuşlu Behbud xan Çavuşlu Baba xan Çavuşlu Allahyar xan Çavuşlu Seydəli xan Dərgəzi == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Allahyar xan Çavuşlu
Allahyar xan Süleyman xan Çavuşlu (1850–1916) — İran hərbçisi. == Həyatı == Allahyar xan Süleyman xan oğlu 1850-ci ildə Xorasan əyalətinin Dərgəz vilayətində doğulmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Orduya qatılmışdı. Allahyar xan Çavuşlu 1881-ci ildə polkovnik (sərhəng) rütbəsi almışdı. 1885-ci ildə briqadir-general rütbəsinə layiq görülmüşdü. Allahyar xan Çavuşlu 1916-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Baba xan Çavuşlu
Baba xan Çapışlı, (ya:Çavuşlu/Çapışı) Nadir şah Əfşarın yoldaşı və sərkərdələrindən. == Həyatı == Baba xan Çapışlı, Çavuşlu oymağından idi ki, Şah Abbasın əmri ilə Özbəklərin basqınlarının qarşısını almaq üçünAzərbaycandan Xorasana köçürülmüşdürlər və Əbivərd və Kəlat məntəqələrində məskunlaşdırılmışdırlar.Babaxan, Mehmandust savaşında ki Nadir və Əfqanların qoşunları arasında baş verdi, özündən kifayət və cəsarət göstərdi və II Şah Təhmasib,Nadirin bir neçə sərkərdəsi ilə birlikdə onu təqdirləndirdi. Nadir şah Əfşarın Muğanda tacqoyma zamanı,Babaxan onun hakimiyyətə çatmasının tərəfdarı olmuşdur.Nadir şah hakimiyyətə yetişəndən sonra Luristan və Heratın bəylərbəyi olmuşdur.O, Buxarada Əbülfəzl xan Özbəkin qoşunun məğlub etdi, amma sonra Şəlavək(Şəlduk) qalasına baxarkən güllə ilə öldürüldü və Məşhəddə dəfn oldu. == Ailəsi == Baba xanın Behbud xan adlı oğlu vardı.
Behbud xan Çavuşlu
Behbud xan Çavuşlu (İran – Əfqanıstan) — Nadir şah Əfşar dövlət və ordusunun böyük adamlarından və Baba xan Çavuşlunun əmoğlusu. O, Ətəkin hakimi idi və Xarəzmözbəklərinin və həmçinin Məhəmmədhəsən xan Qacarın buntun aradan qaldırdı. Sonra bütün Türkistan, Əstrabad və Qıpçaq çölünün sərdarı oldu.O, Heratda türkmənlər tərəfindən öldürüldü.
Yusif bəy Çavuşlu
Çavuşlu Yusif bəy Baba Süleyman bəy oğlu — XVI yüzil Azərbaycan şairi, dövlət xadimi. == Həyatı == Yusif bəy Baba Süleyman bəy oğlu Ustaclı elinin Çavuşlu oymağında dünyaya gəlmişdi. Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. İskəndər bəy Münşi Türkman Yusif bəyi "ağıl və fərasətdə öz müasirlərindən seçilən", Fəzli Isfəhani isə "qabiliyətli şair, zalım zabit" kimi dəyərləndirirdi. Sadıq bəy Avşar “Məcməül-xəvvas” adlı əsərindəki üçüncü məcmə səltənətin sütunu olan, yəni dövlətdə yüksək mövqeyə malik türklər haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə məşhur Azərbaycan türklərindən Məhəmməd Əmani, Yusif bəy Cavaşlu və başqalarından söz açılır. XVI-XVII əsrlərdə yaşamış Məhəmməd bəy Əmanini şəxsən görən Sadiq bəy onun haqqında maraqlı məlumat verir: "Bayburtludur. Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır.
Əbumüslüm xan Çavuşlu
Əbumüslüm xan Çavuşlu (?-?) — Ustaclı elinin Çavuşlu oymağının əmiri, Əsfərainin hakimi. == Həyatı == Əbumüslüm bəy Şah Məhəmməd Xudabəndədən öncə sultan, sonra xan ünvanı almışdı. I Şah Abbasın şahlığının ilk dönəmlərində Əsfərainin hakimi idi. Belə ki, Hacı Məhəmməd xanla əldə edilmiş razılıqdan sonra Fərhad xan və Əsfərayin hakimi Əbumüslüm xan Çavuşlunun qoşunları birləşərək Nişapur qalasını mühasirəyə aldılar. Bəlxdə bu xəbəri eşidən Əbdülmömin xan Bəlx, Bədəxşan, Hisari-Şadman, Əndxod və Sibircan orduları ilə Xorasana gələrək, Abdulla xanın isə Mavərənnəhr və Türküstanləşgəri ilə Xarəzmə hücum etməsi haqqında şayiə yaydığına görə, Hacı Məhəmməd xan Fərhad xandan ayrılaraq Xarəzmə qayıtmaq zorunda qaldı . Beləliklə də Səfəvi və Xarəzm qoşunları-nın özbəklərə qarşı birgə savaşı baş tutmadı. Fərhad xan Əbdülmömin xana qarşı təkbaşına savaşdan ehtiyatlanaraq Bəstama, oradan isə Şah Abbasın göstərişi ilə Qəzvinə qayıtdı. Səfəvi qoşununun geri çəkilməsindən istifadə edən Əbdülmömin xan Əsfərayin qalasını mühasirəyə aldı. Əsfərayin hakimi Əbu Müslim xan qalanı dörd ay müdafiə edə bilsə də, qüvvələr bərabər olmadığı üçün özbəklər qalib gələrək Əsfərayin qalasını fəth etdilər. Bundan sonra Əbdülmömin xanın qoşunları Səbzəvara, Məzinanı, Cacərmi, Səğanı və Curbədi də ələ keçirdikdən sonra Bəlxə qayıtdı.