AGENT
OBASTAN VİKİ
APA (agentlik)
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (Azərbaycan)
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (Azərbaycan)
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik — Azərbaycan Respublikası Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. 2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik ləğv edilib və agentliyin balansındakı əmlak ANAMA-nın balansına verilib. Məmmədоv Əli Abdulla оğlu — 1997-2021 Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyanın vurulmasını, həmin ərazilərdə dinc əhalinin əmlaklarının talanmasının kütləvi xarakter daşıdığını və ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaqları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Dövlət Komissiyası üzərinə düşən vəzifələrin yerinə yetrilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında cavabdehdir və fəaliyyəti haqqında mütəmadi olaraq ona hesabat verir. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, habelə bu Əsasnaməni rəhbər tutur. Dövlət Komissiyası öz fəaliyyətini müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir. Dövlət Komissiyasının əsas vəzifəsi hərbi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etməkdir. Dövlət Komissiyası, müharibə nəticəsində Azərbaycan Respublikasının torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi, dağılmış obyektlərin bərpa edilməsi və yenidən qurulması proqramlarının layihələrinin tərtib edilməsi üçün müvafiq orqanlara tapşırıq verir. Komissiya, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, habelə aidiyyatı olan ictimai birlikləri cəlb etməklə, işçi orqan tərəfindən hazırlanmış bərpa və yenidənqurma proqramlarının layihələrini müzakirə edir və onları təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır.
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik — Azərbaycan Respublikası Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. 2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik ləğv edilib və agentliyin balansındakı əmlak ANAMA-nın balansına verilib. == Tarixi == === Direktorları === Məmmədоv Əli Abdulla оğlu — 1997-2021 == Missiyası == Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyanın vurulmasını, həmin ərazilərdə dinc əhalinin əmlaklarının talanmasının kütləvi xarakter daşıdığını və ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaqları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Dövlət Komissiyası üzərinə düşən vəzifələrin yerinə yetrilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında cavabdehdir və fəaliyyəti haqqında mütəmadi olaraq ona hesabat verir. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, habelə bu Əsasnaməni rəhbər tutur. Dövlət Komissiyası öz fəaliyyətini müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir. Dövlət Komissiyasının əsas vəzifəsi hərbi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etməkdir. Dövlət Komissiyası, müharibə nəticəsində Azərbaycan Respublikasının torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi, dağılmış obyektlərin bərpa edilməsi və yenidən qurulması proqramlarının layihələrinin tərtib edilməsi üçün müvafiq orqanlara tapşırıq verir. Komissiya, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, habelə aidiyyatı olan ictimai birlikləri cəlb etməklə, işçi orqan tərəfindən hazırlanmış bərpa və yenidənqurma proqramlarının layihələrini müzakirə edir və onları təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır.
Ümumdünya Turizm Agentlikləri Assosasiyaları Federasiyası
Ümumdünya Turizm Agentlikləri Assosasiyaları Federasiyası — həqiqi üzvləri qismində milli turizm assosasiyası və təşkilatalrı, assosasiya edilmiş üzvlər kimi isə turizm agentləri, mehmanxana, nəqliyyat müəssisələri, tədris müəssisələrini birləşdirən beynəlxalq turizm təşkilatıdır. Təşkilat 1966-cı ildə yaranmışdır. Dünyanın 80 dövlətini təmsil edən 80 milli turizm təşkilatı və 1400 personalı özündə birləşdirir. Onlara Amerika Turagentlər Cəmiyyəti, Almaniya Səyahətlər Bürosu Assosasiyası, Britaniya Turagentlər Assosasiyası, Şimal ölkələri Turizm Büroları Assosasiyaları İttifaqı, "Tomas Kuk və oğlu" firması və s. aiddir. Federasiyanın əsas məqsədləri arasında milli turagentlər assosasiyalarının yaradılması və möhkəmləndirilməsi, onlara hüquqi, maliyyə, peşə, maddi-texniki yardımların göstərilməsi, iqtisadi, hüquqi, sosial və iqtisadi sahələrdə beynəlxalq səviyyədə turizm agentliklərinin bütün kateqoriya peşələrinin nüfuzunun maksimal dərəcədə dəstəklənməsi vacib yerlərdən birini tutur. Qurumun Katibliyi Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Onun rəsmi dilləri isə ingilis, fransız və ispan dilləridir. Rəhbər orqanları isə hər il çağrılan Baş Assambleya, Direktorlar Şurası və İcraiyyə Komitəsi sayılır.
Ümumdünya Turizm Agentlikləri Federasiyası
Ümumdünya Turizm Agentlikləri Federasiyası - seçilmiş səyahət agentliklərinin qarşılıqlı əməkdaşlıq və qlobal şəbəkə vasitəsilə üzv agentlərin peşəkarlıq və gəlirliliyinin artırılması məqsədilə yaradılmış beynəlxalq turizm təşkilatı. 1949-cu ildə təsis edilmişdir. Mənzil qərargahı Cenevrədədir (İsveçrə). Bu təşkilatın üzvlərinin iqtisadi maraqlarının müdafiəsinə təminatlı xidmət və informasiya verməklə yardım etmək, işgüzar əlaqələr yaratmaq, bronlaşdırma sistemini sadələşdirmək və əməliyyatlara görə mükafatlandırmanın təminatlı strukturunu təşkil etmək; mərkəzləşdirilmiş sənədləşdirmə və reklam fəaliyyəti sisteminin inkişafına kömək etmək.

Digər lüğətlərdə