Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Latəran
Latəran (fars. لاطران‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (35 ailə).
Çatqran
Çatqıran (Qırxbulaq) — Ellər (Abovyan, Kotayk) rayonunda kənd. Çatqıran (Vedi) — Vedi rayonunda kənd. Çatqıran (Karbi) — Karbi mahalında kənd.
Caşiran
Caşiran (Urmiya)
Luteran
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Saleran
Saleran (fr. Salérans, oks. Salerans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ribyer kantonuna daxildir. INSEE kodu — 05160. 2008-ci ildə əhalinin sayı 78 nəfər təşkil edirdi. 2007-ci ildə 50 yaş arasında (15-64 yaş arasında) 26 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 52.0%, 1999-cu ildə 44.2%) idi. Fəal olan 26 nəfərdən 20 nəfər (10 kişi və 10 qadın), 6 nəfər işsiz (3 kişi və 3 qadın) idi.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Zazeran
Zaziran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,670 nəfər və 2,003 ailədən ibarət idi.
Aterin
Aterin (lat. Atherina) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinə aid heyvan cinsi. Əsasən Atlantik okeanının şərq hissəsində yayılmışdır. Bu cinsə daxil olan növlər Aralıq, Qara və Azov dənizlərində yayılmışdır. sürü halında yaşayırlar. Uzanmış bədən quruluşuna malikdirlər. Uzunluqları 8–20 sm arasında dəyişir.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Qatran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Catra
Catra (sanskritcə hərəkət, səfər, səyahət, təntənəli nümayiş, bayram; sonralar– tamaşa) — xalq tamaşasının qədim növü, musiqi, nəğmə, rəqs və oyunlarla müşayiət olunan kütləvi gəzintilər. == Tarixi == 1-ci minilliyin sonu – 2-ci minilliyin əvvəlində yaranmışdır; ən çox Hindistanın şimal şərqində və Nepalda yayılmışdır. == Təsviri == Catra, əsasən, kortəbii, hər hansı ailə, icma şənlikləri və yaxud dini bayramlar zamanı təşkil olunur. Müxtəlif yerlərdə və istənilən vaxtlarda (məs., axşam vaxtı kəndin ortasında tonqal ətrafında) keçirilə, müxtəlif miqyasda (lokal-etnikdən ümummilliyədək) ola bilər. Catra Benqaliya və Orissada 15–16-cı əsrlərdə musiqili rəqs dramının (catraqan) mifoloji süjetləri əsasında teatrlaşdırılmış tamaşa kimi yaranmışdır. Açıq havada, şüvüllər üzərinə tarım çəkilmiş böyük örtük (aktyorlar və tamaşaçılar üçün) altında oynanılır. 18-ci əsrin sonlarından repertuarı xeyli genişlənmiş, ənənəvi Catra sənəti tədricən peşəkar sənətə çevrilmişdir.
Lateral krater
Lateral krater (rus. кратер латеральный, ing. lateral crater) — əsas vulkan konusunun yamacında yerləşən ikinci dərəcəli vulkan krateri; parazit kraterlərə aid edilir.
Lüteran kilsəsi
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. == Həyatı == Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Caşiran (Sulduz)
Caşiran (fars. جاشيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (58 ailə).
Caşiran (Urmiya)
Caşiran — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Əşnəviyə bölgəsinin Ətraf kəndistanında, Əşnəviyyə qəsəbəsindən 17 km cənub-şərqdədir.
Veteran (1991)
Şarl Laveran
Şarl Laveran (tam adı: Şarl Lui Alfons Laveran, fr. Charles Louis Alphonse Laveran; 18 iyun 1845[…], Paris – 18 may 1922[…], Paris) — Fransa alimi, həkimi, protistoloqu, epidemioloqu və Fransa ekzotik patologiya cəmiyyətinin banisi. Görkəmli fransız alimi, həkim, protistoloq, epidemioloq və fransız ekzotik patologiya cəmiyyətinin banisi Şarl Lui Alfons Laveran Parisdə hərbçi və həkim ailəsində anadan olmuşdur. Onun atası hərbi həkim müfəttişi vəzifəsində işləmişdir. Atasının yolunu davam etdirən Laveran Strasburqda İmperator hərbi-tibb məktəbinə daxil olmuş, 1867-ci ildə həkim diplomu almışdır. Gənc Laveran Fransa-Prussiya müharibəsində hərbi həkim kimi xidmət etmişdir. O, 1875-ci ildə yazdığı bir elmi əsərində malyariya xəstəliyini araşdırmışdır. Bu xəstəlik həmin illər Fransada geniş yayılmasa da, Əlcəzairdə qulluq edən fransız əsgərləri üçün təhlükə mənbəyi idi. Buna görə onu malyariya xəstəliyinin yaranmasının səbəblərini araşdırmaq üçün Əlcəzairə göndərmişdilər. Beləliklə, Laveran apardığı tədqiqatlar nəticəsində bu gün tibb elmində plazmodilər (birhüceyrəli heyvanlar — qan parazitləri) kimi tanınan malyariya mikrobunun kəşfinə nail olmuşdur.
Katerin Uilson
Katerin Uilson (1822 – 20 oktyabr 1862) — cinayətlərdən birini görə edam olunmuş, lakin ümumilikdə altı cinayət daha törətdiyi düşünülən ingilis qatil. O, tibb bacısı işləyirdi və qurbanlarını vəsiyyətlərində pullarını ona buraxmağa təşviq etdikdən sonra onları zəhərləmişdi. Hökm çıxaran hakim onu xüsusi olaraq "yaşamış ən böyük cinayətkar" kimi təsvir etmişdir. == Cinayətlər == Uilson əvvəlcə Spoldinqdə tibb bacısı kimi çalışmış, daha sonra Körbi-Lonzdeylə köçmüşdür. O, Dikson adlı bir adamla evlənsə də, əri tezliklə ölmüş və onun kolxikumdan zəhərləndiyi ehtimal edilmişdir. Həkim cəsədin yarılmasını təklif etsə də, Uilson ona bunu etməməsi üçün yalvarmış və o, bu fikrindən əl çəkmişdir. 1862-ci ildə Uilson öz vəsiyyətini onun xeyrinə yenidən yazmış Sara Karnellə qulluq edən bir tibb bacısı kimi çalışmış və az sonra ona "sakitləşdirici məhlul" gətirərək "İç onu, əzizim, səni isitəcək" demişdir. Karnell bu məhluldan bir ağız dolusu içmiş və ağzını yandırdığından şikayətlənərək tüpürmüşdür. Sonradan məlum olmuşdur ki, sözügedən maye yataq paltarında dəlik açıb. Hadisədən sonra Uilson Londona qaçsa da, bir neçə gün sonra həbs edilmişdir.
Veteran (albom)
Veteran — ABŞ repçisi JPEGMafia(en)-nın ikinci studiya albomu. 19 yanvar 2018-ci ildə Deathbomb Arc və Republic Records tərəfindən buraxılıb.
Qatran (Cizrə)
Qatran — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilib.
Qatran (dəqiqləşdirmə)
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur.
Alman lüteran kilsəsi
Alman lüteran kilsəsi (Göygöl) — Azərbaycanın Göygöl şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gədəbəy) — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gəncə) — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şamaxı) — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şəmkir) — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Amyotrofik lateral skleroz
Yan amiotrofik skleroz (YAS, ing. ALS) və ya Şarko xəstəliyi və ya Lu Qeriq xəstəliyi — nevroloji xəstəlik olub, proqressiya edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. Ön buynuzlarda və beyin kötüyündə yerləşən aşağı motoneyron, presentral qırışda yerləşən yuxarı motoneyron, kortikospinal yolların və əksərən prefrontal motoneyronların zədələnməsi nəticəsində yaranır. Bu xəstəliyin zehni funksiyalara və yaddaşa təsiri yoxdur amma sinir əlaqəsi pozulduğundan əzələ əriməsinə və əzələlərin gücsüzləşməsinə səbəb olur. Bir çox hallarda əvvəl udqunma çətinliyi ilə başlayaraq bədənə yayılan xəstəlik , tənəffüs çatışmazlığına da səbəb ola bilər. == Rast gəlmə tezliyi == Xəstəliyin rast gəlmə tezliyi Avropa əhalisi arasında hər il hər 100,000 nəfərə 2 xəstəlik halı. Bütün dünyada, YAS 90–95% hallarda sporadik, 5–10% hallarda autosomal dominant yolla ötürülən ailəvi formalara rast gəlinir. Ağdərili insanlar qaradərili insanlara nisbətən çox xəstələnir, bu nisbət 1.6:1.3 –dir. Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər. Kişi-qadın nisbəti 1.5:1.0 == Yaranma səbəbləri == Hesab olunur ki xəstəlik genetik, xarici mühit və yaş-asılı risk faktorlarin qarşılıqlı təsiri nəticəsində yaranır.
Lüteran kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Natəvan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Xavəran
Xavəran - İranın Fars ostanının Sərvistan şəhristanının Xavəran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,137 nəfər və 1,303 ailədən ibarət idi.
Çatqıran
Çatqıran (Qırxbulaq) — Ellər (Abovyan, Kotayk) rayonunda kənd. Çatqıran (Vedi) — Vedi rayonunda kənd. Çatqıran (Karbi) — Karbi mahalında kənd.
Natəvan (1982)
Film görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuşdur. Kinolentdə nəğməkar şairənin poetik yaradıcılığı ilə yanaşı nəinki Azərbaycanda, eləcə də bütün Şərq ölkələrində böyük şöhrət qazanmış əlvan naxışlı əl işləri, zərif butalı tikişləri, rəsmləri, fransız yazıçısı Aleksandr Dümanın ona bağışladığı fil sümüyündən şahmat fiqurları, dağlardan və sıldırım qayalardan Şuşaya çəkdirdiyi Xan qızı bulağı öz əksini tapmışdır. Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Məmməd Araz Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328; 377.
Natəvan (Gəncə)
Natəvan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati-ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Nətavan qəsəbəsi mərkəz olmaqla Nətavan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2012-ci il tarixli, 361-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nətavan qəsəbəsi Natəvan qəsəbəsi adlandırılmış və Nətavan qəsəbə inzibati ərazi dairəsi Natəvan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Natəvan qəsəbəsində təxminən 4 min nəfər əhali yaşayır.
Natəvan (dəqiqləşdirmə)
Xurşidbanu Natəvan — Azərbaycan şairəsi. Natəvan (opera) — bəstəkar Vasif Adıgözəlovun şairə Natəvana və Qarabağa həsr etdiyi opera. Natəvan (Gəncə) — Gəncə şəhərinin keçmiş Kəpəz rayonunda qəsəbə.
Natəvan (opera)
Natəvan — Bəstəkar Vasif Adıgözəlovun üçpərdəli operası. Libretto müəllifi naşir, bir sıra kitabların müəllifi və tərtibçisi Nazim İbrahimov, şeir mətnlərinin müəllifi isə Rüzgar Əfəndiyevadır.
Natəvan Babayeva
Natəvan Namik qızı Babayeva (12 oktyabr 1977, Bakı – 20 iyul 2023, Bakı) — telejurnalist, aparıcı. Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri əslən Salyan rayonundandır. 1984–1994-cü illərdə Xətai rayonu 204 saylı orta məktəbində təhsil almışdır. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr pilləsini və 2001-ci ildə magistraturada jurnalistika fakültəsini bitirmişdir. O, qısa müddət "Sara Xəbər"də çalışıb. 24 avqust 2000-ci ildən 18 iyul 2016-cı ilə kimi ANS TV-də çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı kimi fəaliyyətini davam etdirib. 20 iyul 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Salyanın Parça Xələc kəndində dəfn olunub.
Natəvan Dəmirçioğlu
Natəvan Dəmirçioğlu (tam adı: Natəvan Dəmirçi qızı Mansurova — Atamoğlanova; 1 noyabr 1963, Qazax rayonu) — Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, "İlin qadın yazıçısı" (2010), Prezident təqaüdçüsü (1999 və 2000). Natəvan Dəmirçioğlu 1 noyabr, 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir. Universiteti əla qiymətlərlə oxuyan D. Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. Sonralar Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən 1989-cu il aprel ayında çıxan "Müxbir" jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D. Natəvan haqqında ayrıca məqalə verilmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, 1989–1991-ci illərdə kiçik redaktor, 1991–1994-cü illərdə redaktor, 1994–1995-ci illərdə isə böyük redaktor kimi fəaliyyət göstərmişdir. 1995–2022-ci illər ərzində Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri, 2022-ci ildən etibarən isə həmin müəssisənin direktor müavini vəzifəsində çalışır. 2002–2007-ci illərdə Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. 2012-ci ildə "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı dissertasiya işini uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Natəvan Həbibi
Natavan Həbibi (20 may 1981, Krasnovodsk) — Azərbaycanlı müğənni, aktrisa və aparıcı. Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub.
Natəvan Mirvətova
Natəvan Mürsəl qızı Mirvətova — general-mayor, filoloq. Bakı şəhərində doğulub. 16 mart 2005-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib. 30 mart 2009-cu ildə Azərbaycan ordusunda üçüncü ən yüksək hərbi rütbəsi olan general-mayor rütbəsinə gətirilir. Bu rütbə Azərbaycanda qadının gətirildiyi ən yüksək hərbi rütbədir. 2013-cü ilin martında isə Mirvətova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2018-ci il aprelin 23-də Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov general-mayor Natəvan Mirvətovanın rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edib. Qərara görə, Natəvan Mirvətovaya 5 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Natəvan Məmmədova
Natəvan Məmmədova (7 mart 1966, Bakı) — Azərbaycan aktrisası. Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası tanınmış dərzi olub. Natəvan kinoda debütünü 17 yaşında edib. O, "Azərbaycanfilm"in çəkildiyi "Park" və digər filmlərdə obrazlar yaradıb. Lakin sonradan kinodan uzaqlaşaraq tamam ayrı sahəyə üz tutub. O, İnşaat Unversitetinin memarlıq fakültəsinə daxil olaraq memarlıq üzrə magistr dərəcəsi alıb. Daha sonra isə kinesioloji terapiya üzrə təhsil alıb. Onun həyatında idmanla da bağlı maraqlı faktlar var. 90-cı illərin əvvələrində Azərbaycanda populyar olan şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb.