Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ceyranbatan
Ceyranbatan — Azərbaycan Respublikasının Abşeron rayonunun Ceyranbatan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Ceyranbatan su anbarının kənarında salınmışdır (1959). Adını eyniadlı göldən almışdır. == Əhalisi == Əhalinin sayı 5.900 nəfərdir.
Ceyranbatan bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ceyranbatan qəsəbəsi
Ceyranbatan — Azərbaycan Respublikasının Abşeron rayonunun Ceyranbatan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Ceyranbatan su anbarının kənarında salınmışdır (1959). Adını eyniadlı göldən almışdır. == Əhalisi == Əhalinin sayı 5.900 nəfərdir.
Ceyranbatan su anbarı
Ceyranbatan su anbarı — Bakı və Sumqayıt şəhərlərində içməli və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılmışdır. Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır. Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir. == Tarixi == Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb.
Abşeron Ceyranbatan Peşə Liseyi