Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ciftəli
Ciftəli və ya Qayqulu Ciftəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Qayqulu Ciftəli kəndinin adı erməni mənbələrində Ciftəli kimi qeyd edilmişdir. Mənbədə Çiftəli kimidir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuzların qayı etnonimindən, Qulu şəxs adından və mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu "mal-qoyun bəslənən yer" mənasında işlənən cift sözündən əmələ gəlib " qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə kəndin adı dəyşdirilib Zuyqaxpyur (Tsuqaxpuyr) qoyulmuşdur.
Kilsəli
Kilsəli (digər tarixi adı Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Kilsəli kəndi dağətəyi ərazidədir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın Cardinsk rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. == Coğrafiyası == Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir.
Kilsəli (Gədəbəy)
Turşsu (əvvəlki adı: Kilsəli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kilsəli olmuşdur. Yaşayış məntəqəsi Çay Rəsullu kəndindən ayrılmış alqulular, məşədiismayıllı, oruclu nəsillərinin köhnə kilsənin ətrafında məskunlaşması nəticəsində yaranmış və Kilsəli adlandırılmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 278 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kilsəli (dəqiqləşdirmə)
Yaşayış məntəqələri AzərbaycandaKilsəli (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Kilsəli (Gədəbəy) — Gədəbəy rayonunun Turşsu kəndinin 7 fevral 1991-ci ilə qədərki adı.
Mendeleyev cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Rütbələr cədvəli
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Simvollar Cədvəli
Simvollar Cədvəli — proqramın kompilyasiyası (yaxud assemblerləşdirilməsi) zamanı rast gəlinən bütün identifikatorların siyahısı, onların proqramda yeri və atributları. Simvollar cədvəli kompilyatorda saxlanılır və kompilyasiya zamanı müxtəlif identifikatorlara müraciətləri yoxlamaq, yaxud onlara icazə vermək məqsədilə istifadə olunur; o, həm də tez-tez obyekt kodun (çıxış proqramının) bir hissəsi kimi yazılır ki, linkləyici ayrı-ayrı kompilyasiya olunan modullar arasındakı istinadlara icazə verə bilsin. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Vurma cədvəli
Vurma cədvəli və ya Pifaqor cədvəli — 1-ci sətir və 1-ci sütunlarında vuruqlar, oyuqlarda isə uyğun ədədlərin hasili olan cədvəl. Məktəblilərə vurmanı öyrətmək üçün istifadə edilir.
Diləli Müskanlı
Diləli Müskənli, Diləli Müskanlı (və ya Aşağı Müskanlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Diləli Müskanlı kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidə yerləşir. Ərazidəki iki Müskanlı kəndini fərqləndirmək üçün biri Aşağı Müskanlı (Diləli Müskanlı), o biri Yuxarı Müskanlı (Teymur MÜskanlı) adlandırılmışdır. Müskan sözü isə yerli əhalinin yozumu ilə "mis olan yer" kimi izah olunur. Orta əsrlərdə indiki Özbəkistan ərazisində Müskan adlı şəhər və əyalət olmuşdur. Güman ki, XIII əsrdə monqol işğalları zamanı Müskan əhalisinin bir qismi Azərbaycana köçərək burada məskunlaşmışdır. Müskanlı sözü "Müskandan olanlar", "müskənlilər" mənasını daşıyır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 62 evdə 236 türk yaşayırdı == Həmçinin bax == Teymur Müskanlı == İstinadlar == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Diləli Müskənli

Apollon proqramı cədvəli
Amerikanın pilotlu Ay proqramı olan Apollon proqramları
Elementlərin dövrü cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Pirvəli Bağı (Bükan)
Pirvəli Bağı (fars. ‎پيرولي باغي‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (56 ailə).
UEFA Əmsallar cədvəli
UEFA
Cilli Kleyberq
Cilli Kleyberq ing. Jill Clayburgh, 30 aprel 1944 — 5 noyabr 2010) — ABŞ aktrisasıdır. == Həyatı == 5 noyabr 2010-cu ildə, 66 yaşında dünyasını dəyişib. O, 20 il idi xroniki limfoleykozdan əziyyət çəkirmiş. == Mükafatları == "Oskar", "Qızıl qlobus" kimi mükafatların laureatı idi.
Kimyəvi elementlərin dövri cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Zanqın özünüqiymətləndirmə depressiya cədvəli
Zanqın özünüqiymətləndirmə depressiya cədvəli (ing. Zung Self-Rating Depression Scale – ZDRS) Dyuk Universitetində (ABŞ) Uilyam Zanq (William W.K. Zung) tərəfindən yaradılmışdır. Bu cədvəl depressiyanın diaqnostik kriteriləri və depressiv pozuntusu olan xəstələr arasında keçirilən sorğular əsasında tərtib edilmişdir. Depressiyanın ağırlıq dərəcəsi xəstənin öz-özünü qiymətləndirilməsi əsasında müəyyən edilir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərək "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Müayinənin nəticələri təhlil edilərkən bir neçə amil qiymətləndirilir. Bu faktorlara aşağıdakı simptom qrupları daxildir: daxili boşluq hissi, əhvali-ruhiyyənin pozulması, ümumi somatik simptomlar, spesifik somatik simptomlar, psixomotor pozuntu simptomları, suisidal tendensiyalar, qıcıqlılıq və qətiyyətsizlik. Depressiyanın kliniki diaqnostikası və depressiv pozuntuların kliniki dinamikasının müşahidəsi ilə yanaşı ZDRS cədvəlindən həmçinin epidemioloji tədqiqatlarda, antidepressantların və digər dərmanların kliniki sınaqlarında istifadə edilir. Cədvəlin validliyi kliniki sınaqlarla təsdiq olunub.
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W.K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir. == Tətbiq etmə qaydası == Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir.
Çox ailəli yaşayış binası
Çox ailəli yaşayış binası — bir bina və ya kompleks daxilindəki bir neçə binada sakinlər üçün bir-birindən ayrı yaşayış məntəqələrinin yerləşdiyi mənzillərin təsnifatı. Binalar bir-birinin yanında (yan-yana) və ya bir-birinin üstündə ola bilər (mərtəbəli). Ümumi forma yaşayış binasıdır. Əksər kommunalar çox ailəli yaşayış yerlərini, misal üçün birgə yaşayış binalarını (ing. cohousing) birləşdirir. Bəzən çoxmənzilli yaşayış binasındakı mənzillər kondominiumlar olur, buradakı mənzillər binanın sahibindən icarəyə götürülməkdənsə, adətən fərdi mülkiyyətdə olur. Sənaye inqilabından əvvəl belə nümunələr nadir idi, yalnız tarixi şəhər mərkəzlərində mövcud idi. Qədim Romada bunlara insula, Şibamda göydələnlər, Madriddə casas a la malicia və Əlcəzair Kasbahında kasbah deyilir.
Yapon dili üçün BFƏ cədvəli
Yapon dili üçün BFƏ-nın cədvəli. == Saitlər == == Samitlər == == Digərlər == == Mənbə və ədəbiyyat == (yap.) 城生佰太郎. 現代日本語の音韻 // 岩波日本語5 音韻. — 東京: 岩波書店, 1978. (yap.) 日本語の母音、子音、音節―調音運動の実験音声的研究 / 国立国語研究所編. — 東京、国立国語研究所、1990. (yap.) 日本語音声学入門 / 斉藤純男著. — 東京: 三省堂, 1997. (ing.) Okada, Hideo. «Illustrations of the IPA: Japanese.» Handbook of the International Phonetic Association: a guide to the use of the International Phonetic Alphabet, edited by International Phonetic Association, Cambridge; New York: Cambridge University Press, 1999, pp.
Ölkələr üzrə inzibati vahidlərin cədvəli
Aşağıdakı cədvəldə 2014-cü ildən etibarən ölkələrdə və onların əsas asılı ərazilərində istifadə olunan inzibati vahidlərin növləri və sayı göstərilir. İnzibati vahidlər səviyyələrə bölünür. İnzibati birləşmələrin adları azərbaycan dilindədir, parantezdə isə ölkənin rəsmi dillərində orijinal adları göstərilmişdir. == Cədvəl == === А === === B === === V === === Q === === D === === M === === Z === === İ === === Y === === K === === L === === M === === N === === О === === P === === R === === S === === Т === === U === === F === === Х === === Ç === === Ş === === E === === C === === Y === == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == "The World Factbook" (ingilis). ЦРУ. 2008-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-12. "Россия — страны мира" (rus). МИД России. 2012-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-12.
Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli
Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli (ing. Yale-Brown obsessive-compulsive scale) Yel və Braun universitetlərində Veyn Qudman (ing. Wayne Goodman) və onun əməkdaşları tərəfindən işlənib hazırlanmışdır. Yel-Braun cədvəli xəstədə olan obsessiv və kompulsiv simptomların ağırlıq dərəcəsini müəyyən etmək üçün klinik vəsaitdir. Cədvəl obsessiv və kompulsiv simptomların ifadə formasından asılı olmayaraq onların ağırlıq dərəcəsini təyin edir. Y-BOCS cədvəli obsessiv-kompulsiv posuntuların (sarışan halların) ağırlıq dərəcəsini təyin etməklə müalicə zamanı pozuntunun kliniki dinamikasını müşahidə etmək imkanı verir. Bu cədvəl geniş yayılmış və əsaslı validizasiya olunmuş (effektivliyi təsdiq olunmuş) klinik vəsaitdir.
Yel-Braun obsessiv-kompulsiv simptomların cədvəli

Çilli (İğdır)
Çilli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildəki qaynaqlarda Cilligöl ya da Cilligədik olaraq qeyd edilir. Kənd 1928-ci ilən bəri eyni adı daşımaqdadır. Aprel 1918-ci ildə Çillidə 30 müsləman erməni daşnaq qüvvələrinin qəltyamına məruz qalmışdır. 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. == Coğrafiyası == İğdırdan 27 km uzaqlıqdadır. Kəndə bağlı Vəzirxana ve Köprüköy adında iki oba vardır. == Əhalisi == 1886-cı il məlumatına görə kəndə bağlı olan Vəzirxana obasında 35 nəfər kürd yaşayırdı.