Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Generator
Generator - elektrik maşını olub mexaniki enerjini elektrik enerjisinə çevirir və quruluşca elektrik mühərriki ilə oxşardır. Generatorlar ingilis fiziki Maykl Faradeyin 1831-ci ildə elektromaqnit induksiyası qanununu kəşf etdikdən sonra düzəldilməyə başlanmışdır. Generatorların hamısının işləmə prinsipi eynidir. Mexaniki enerji generatorun valını fırlatmağa sərf olunur. Çevrilmə lorens qüvvəsinə əsaslanır. Lorens qüvvəsi elektrik yükünün maqnit sahəsində hərəkəti zamanı ona təsir edən qüvvəni izah edir. Əgər keçirici maqnit sahəsində eninə hərəkət edərsə onda lorens qüvvəsi keçiricidə olan yükləri bu keçirici boyunca hərəkətə gətirir. Yükün hərəkəti keçiricinin uclarında gərginlik fərqi yaradır. Gərginliyi artırmaq üçün dolaq şəklində olan keçiricilərdən istifadə edirlər. Generatorda rotor gövdəyə nisbətən fırlanır.
The Liberator
The Liberator - 1831-ci ildə Uilyam Lloyd Qarrison tərəfindən qurulan quldarlıq əleyhinə olan qəzetdir. Qarrison The Liberatoru 1 yanvar 1831-ci il tarixindən başlayaraq ən son nəşr etdirdiyi tarix olan 1 yanvar 1866-cı ilə qədər, yəni 35 il boyunca həftəlik olaraq yayımlamışdır. Oxucularının böyük əksəriyyəti afro-amerikalılardan ibarət olan qəzetin 3 minlik tirajı olmasına baxmayaraq ABŞ-də "hər cürə quldarlığın dərhal və tamamən qaldırılmasını" heç bir güzəştə getmədən müdafiə etdiyinə görə ölkə miqyasında etibar qazanmışdı. Qarrison qəzetin mövqeyini ilk sayda "Xalqımıza" başlığı ilə yayımladığı məşhur açıq məktubunda bildirmişdi. The Liberator müxtəlif əyalətlərdə sərt məhdudiyyətlərlə qarşılaşdı. Məsələn Cənubi Karolinada qəzeti paylayanlar 1,500 $ (2005-ci il ölçülərinə görə $25,957.20 )cəzaya məruz qalırdı. The Liberator Amerika Vətəndaş müharibəsinin sonuna qədər 30 il qəzeti nəşr etdirildi. 1865-ci ilin sonunda 13 əlavə maddə qanunu ilə ABŞ-də köləlik ləğv edildi. Bundan sonra Qarrison qəzetdə sonuncu vəda yazısı nəşr etdirərək, qəzetin fəaliyyətini dayandırdı.