Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Cammu
Cammu — Hindistanın şimalında şəhər. Cammu və Kəşmir ştatlarının ikinci inzibati mərkəzi (qış paytaxtı). == Əhalisi == Əhalisi 651,8 min (2011; aqlomerasiyada 951,4 min). == Coğrafiyası == Tavi çayı dərəsində, Himalay ön dağlığında, Dhaoladhar silsiləsinin ətəyində, 300–400 m yüksəklikdə yerləşir. Nəqliyyat qovşağı. == Memarlığı == Raqhunath (Şimali Hindistanda ən böyük məbədlərdən biri), Ranbireşvar (75 m hündürlükdə qüllə ilə birlikdə) məbədləri, Bahu istehkamı (şəhərin ən qədim tikililərindən biri), maharacə sarayı (1820); universitet (1969), Doqra incəsənət qalereyası (1954) var. Ticarət-sənətkarlıq mər kəzidir. Kimya, ağac emalı, toxuculuq (ipək və yun parça istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Metal emal edilir. Cammu yaxınlığında Vayşnodevi məbədi (hinduistlərin mühüm ziyarət mərkəzi) yerləşir.
GMM Grammy
GMM Grammy Public Company Limited (Tay dili: จีเอ็มเอ็ม แกรมมี่ və ya G"MM' Grammy) Taylandın ən böyük media konqlomeratı əyləncə şirkətidir. Tayland əyləncə sənayesinin 70 faiz payına iddia edir. Grammy sənətçilərinə Thongchai McIntyre, Silly Fools və Loso daxildir. Şirkət musiqi biznesi ilə yanaşı, konsert istehsalı, rəssam menecmenti, film və televiziya istehsalı və nəşriyyatı ilə də məşğul olur.
Toyota Camry
Toyota Camry — Yapon avtomobil istehsalçısı Toyota tərəfindən 1982-ci ildən bu günə kimi istehsal olunan biznes sedan. Zavodlar Yaponiya, ABŞ, Avstraliya, Rusiya və Çində yerləşir. Avropada populyar olmadığından 2004-cü ildən avropa bazarına idxalı dayandırılıb və onun əvəzinə Toyota Avensis modelinin satışlarının artması ümid olunur. "Camry" adı Çin dilindəki 冠 (kammuri) heroqlifinin Yapon dilində fonetik yazısı olan və "tac" mənasını bildirən sözdən irəli gəlir.
Double Double Whammy
Double Double Whammy — Deyv Benton və Mayk Karidi tərəfindən 2011-ci ilin oktyabrında yaradılmış müstəqil musiqi şirkəti. Onlar şirkəti Nyu-Yorkdakı SUNY kollecində təhsil alarkən təsis etmişdilər.
Cammu və Kəşmir
Cammu və Kəşmir — Hindistanın şimalında ştat. == Tarixi == Kəşmirin tarixi də qədimdir. Hələ eramızdan min illər əvvəl bu ərazilər insanlar tərəfindən məskunlaşdırılmışdı. Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi. Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük ticarət, elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi. Eramızın əvvəllərindən başlayaraq, Kəşmirdə buddizm geniş yayılmışdı. X-XI əsrlərdən başayaraq, isə Kəşmirdə İslam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrildi. Hazırda Kəşmirin şimalında müsəlmanlar, cənubunda induislər, şərqində isə buddistlər çoxluq təşkil edirlər. == Sahəsi == Sahəsi 222,2 min km2 -dir. == Əhalisi == Əhalisi 12,5 milyon nəfərdir(2011), tərkibi əsasən, kəşmirlilərdən ibarətdir.
Ulenşpigel və Lamme Qudzak əfsanəsi
Ulenşpigel və Lamme Qudzak əfsanəsi (fr. La Légende et les Aventures héroïques, joyeuses et glorieuses d'Ulenspiegel et de Lamme Goedzak au pays de Flandres et ailleurs) — müasir Avropa xalqlarının bir çoxunun folklorunda təsadüf edilən şifahi xalq yaradıclığı materialı və motivləri əsasında yazılmış bir əsərdir. Bu əsər XIX əsr Belçika ədəbiyyatının ən milli və realist nümunələrindən sayılır. Lakin bu əsərin folklor materialı müştərəkdir; həm fransızlarda, həm almanlarda, həm də fələmənglərdə Ulenşpigel haqqında əfsanə və nağıllar hələ orta əsrlərdən başlayaraq yayılmış və müxtəlif variantlarda XIX əsrə qədər yaşamışdır, bu gün də yaşayır. Ulenşpigel əfsanəsi Belçika folklorunda baş qəhrəman olan Til Ulenşpigel haqqındadır. Bu qəhrəmanın adı müxtəlif yazıçıların əsərlərində xatırlanır. Onlardan biri də Şarl de Kosterdir. O, 1864-cü ildə yazmağa başladığı bu əsəri 1867-ci ildə başa çatdırır. Məşhur fransız yazıçısı Romen Rollan bu əsərə çox yüksək qiymət vermişdir. O, yazırdı: "Ulenşpigel əfsanəsi"nin tarixi əhəmiyyəti çox böyükdür.