Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Coinbase
Coinbase — kriptovalyuta mübadiləsi platformasını idarə edən Amerika şirkəti.
Join
Join (rus. cоединение; türk. katılmak; azərb. birləşmə, qoşma‎) - Verilənlər bazasının cədvəlləri üzərində aparılan əməliyyat; bu əməliyyatın nəticəsi olaraq ayrıca cədvəldə ilkin cədvəlin hər bir yazısı üçün yekun yazı yaranır və onun açar sahəsi ikinci ilkin cədvələ uyğun olur. Proqramlaşdırmada: törəmə prosesə idarəetməni törədici prosesə qaytarmağa məcbur edən komanda. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. == Qədim Roma və Yunanıstan == Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Con
Con — kişi adı. Con Qarner — Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti. Con Kelhun — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti. Con Adams — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti və 2-ci prezidenti Con Tayler — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti və 10-cu vitse-prezidenti Con Adeyr — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri Con Edqar Quver — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib Con Fante — italyan əsilli amerikan yazıçı və ssenarist Con Nyumen — ingilis müğənni. Con Sina — amerikan profesional güləşçi, bodibilder, reper və aktyor. Con Tinni Makkatçen — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Con Vilyam Dreper — Amerika kimyaçısı və fizioloqu. Con Lindli — İngiltərə botaniki. Con Eduard Qrey — Britaniya zooloqu. Con Neş — amerikalı riyaziyyatçı və iqtisadçı.
Coan Eyken
Con Eyken (ing. Joan Aiken; 4 sentyabr 1924[…] – 4 yanvar 2004[…]) — fövqəltəbii bədii ədəbiyyat və uşaqların alternativ tarix romanları üzrə ixtisaslaşmış ingilis yazıçısı idi. 1999 -cu ildə uşaq ədəbiyyatındakı xidmətlərinə görə MBE mükafatına layiq görülmüşdür. 1968 -ci ildə Conatan Keyp tərəfindən nəşr olunan Fısıltı Dağı üçün bir qrup İngilis uşaq yazıçısının bənzərsiz bir kitab mükafatı olan Xranitel Uşaq Bədii Mükafatını qazandı. Payız Gecəsi üçün Edgar Allan Poe Mükafatını (1972) qazandı. == Bioqrafiyası == Eyken 4 sentyabr 1924-cü ildə Sussexdəki Rye şəhərindəki Mermaid Street-də anadan olmuşdur. Atası Amerikalı Pulitzer Mükafatlı şair Konrad Eyken (1889-1973) idi. Böyük qardaşı yazıçı və tədqiqatçı kimyaçı Con Eyken (1913–1990), böyük bacısı isə yazıçı Ceyn Eyken Hodge (1917–2009) idi. Anası, Kanada əsilli Cesse Makdonald (1889–1970), Kembricdəki Redklif kollecindən məzun idi. Cessi 1930-cu ildə ingilis yazıçısı Martin Armstronqla evləndi.
Coan Fonteyn
Coan Fonteyn (ing. Joan Fontaine) - Oskar mükafatı sahibi ingilis akstrisa. Bir başqa Oskar mükafatı sahibi aktrisa olan Oliviya de Hevillendin bacısıdır. 1943-cü ildə ABŞ vətəndaşlığına keçmişdir. Əsl adı "Coan de Bovuar de Hevillend" olan Coan Fonteyn 1940-ci ildə çəkilən, Alfred Hiçkokun rejissorluğunu etdiyi "Rebekka" filmindəki rolu ilə tanınır. 15 dekabr 2013-də ABŞ-nin Kaliforniya ştatında vəfat etmişdir.
Coan Krauford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904[…], San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Krouford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904[…], San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Kuiqli
Coan Sesil Kuiqli (ing. Joan Ceciel Quigley) - amerikalı astroloq, yazıçı. Nensi Reyqanın ABŞ-nin birinci xanımı olduğu dövrdə astroloq kimi bir xeyli məşhurluq qazanmışdır. Nensi vasitəsilə Coan Ronald Reyqanın cədvəlinin hazırlanması üçün astroloji məsləhətlər vermişdir. Bu məsləhətlərə mətbuat konfransların, debatların başlama vaxtı, Konqresə müraciət və ya prezident təyyarəsinin nə zaman uçması kimi bildirişlər daxil idi. Kviqli astrologiya üzrə 3 kitabın və “Ağ evin astroloqu” kimi fəaliyyət göstərməsi haqda memuarların müəllifidir. == Bioqrafiyası == Coan Kviqli 10 aprel 1927-ci il tarixində Missuri ştatının Kanzas-siti şəhərində anadan olmuşdur. Onun anası Zelda Kviqli həmçinin astrologiya ilə maraqlanmışdır. Atası Con isə vəkil olmuşdur. Öz bacısı Rutla birlikdə Coan özəl məktəblərdə təhsil almışdır.
Coan Riverz
Coan Riverz (ing.
Coan Roulinq
Coan "Co" Mürrey (ing. Joanne "Jo" Murray, qızlıq soyadı — Roulinq (ing. Rowling); 31 iyul 1965[…]) — Britaniyalı yazıçı. Coan Ketlin Roulinq (ing. J. K. Rowling, Joanne Kathleen Rowling) adı altında, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının yazıçısı kimi bilinir. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır və o cümlədən bir müddət dünyanın ən varlı qadını idi. O, həmçinin Robert Qalbreyt (ing. Robert Galbraith) adı altında Kormoran Strayk detektiv romanlar seriyasını yazır. == Həyatı == Valideynləri: Piter Ceyms Roulinq (ing. Peter James Rowling) və Enn Volant (ing.
Colin Tsay
Colin Tsay (ing. Jolin Tsai; 15 sentyabr 1980, Nyu-Taipey, Çin Respublikası) — Tayvan müğənnisi.
Coni qəbiristanı
Coni qəbiristanı Azərbaycan Respublikası Lerik rayonunun Coni kəndi yaxınlığında Son Tunc dövrünə aid (e.ə. II minilliyin II yarısı) aid arxeoloji abidə. İlk dəfə 1890-cı ildə fransız arxeoloqu Jak de Morqan tətqiq etmişdir. Daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərdən çaxmaqdaşından düzəldilmiş ox ucluqları, tunc qılınc, xəncər, nizə ucluqları, bəzək əşyaları və s. tapılmışdır. Talış-Muğan mədəniyyətinin səciyyəvi abidəsidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014. səh.383.
Conn Kennedi
Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[…] – 22 noyabr 1963[…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur. Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir. Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.
Hayim Cohn
Pinşas Rosen (ivr. ‏חיים הרמן כהן‏‎; 11 mart 1911, Lübek – 10 aprel 2002, Qüds) — İsrailli siyasətçi və 3-cü ədliyyə naziri. == Həyatı == Haim Cohn 1911-ci ildə Almaniyanın Lübek şəhərində dindar ailədə anadan olub. Hamburqdakı Dünya Aqudat İsrail bir şöbəsinin sədri idi. 18 yaşında İngilis Fələstin mandatına Qüdsdəki Mercaz HaRava oxumaq üçün gəldi, burada ravvin İbrahim İshaq Kukun rəhbərliyi altında təhsil aldı. Meya Şearimdə bir Hazzan idi. Frankfurt Universitetində hüquq təhsili almaq üçün Almaniyaya qayıtdı. Almaniyada nasistliyin artması səbəbindən 1933-cü ildə Fələstinə köç etdi. Hüquq elmləri doktoru dərəcəsi almışdı. 1936-cı ildə vəkil kimi təsdiqləndi və növbəti il Qüdsdə bir ofis açdı.
Məhəmməd Moin
Məhəmməd Moin (fars. محمد معین‎; güm. 12 iyun 1914 və ya 29 aprel 1918, Rəşt – 4 iyul 1971, Tehran) — İran dilçisi, ədəbiyyatşünası. == Həyatı == Məhəmməd Moin 12 iyun 1914-cü ildə İranın Rəşt şəhərində anadan olmuşdur. O, qədim və orta əsrlər İran dilləri və mifologiyası üzrə mütəxəssis olmuşdur. Moin Tehran Universitetinin professoru kimi çalışmışdır. O, üçcildlik "Müasir fars dili qrammatikası" (1953), dördcildlik "Fars dilinin izahlı lüğəti" (1963–1968), "Nəsirəddin Tusi və fars ədəbi dili" və s. əsərlərin müəllifidir. Moin Məhəmmədhüseyn ibn Xələf Təbrizinin "Bürhane-qate" lüğətinin geniş müqəddimə ilə nəşr etdirmişdir (c. 1–4, 1951–1957).
Coan Holland
Yuanna Holland (ing. Joan Holland) (d. 1380 - ö. 12 aprel 1434) — 2. Kent qrafı Tomas Holland və xanımı Alis Fitzalanın qızı. Ümumilikdə 4 dəfə evlənsə də, bu evliliklərindən övladı olmadı. İlk evliliyi İngiltərə kralı III Eduardın oğlu Edmond Lanqli ilə baş tutdu. Bu səbəblə ərinin vəfatına qədər York hersoqinası oldu. Sonrakı ərləri isə baron idi. == Mənbə == Cokayne, G.E. (2000), The Complete Peerage of England, Scotland, Ireland, Great Britain and the United Kingdom, Extant, Extinct or Dormant, XII/2 (Reprint in 6 volumes, new ed.), Gloucester, U.K.: Alan Sutton Publishing, pp.
Roin Metreveli
Roin Metreveli (gürc. როინ ვიქტორის ძე მეტრეველი, rus. Роин Викторович Метревели; 7 dekabr 1939) — gürcü orta əsr tarixçisi, akademik (1993) və Gürcüstan Elmlər Akademiyasının prezidenti (2023). 1991–2004-cü illərdə Tbilisi Dövlət Universitetinin rektoru. Abxaziyanın əməkdar elm xadimi (1996). Tbilisinin fəxri vətəndaşı (1999). == Bioqrafiyası == 1957-ci ildə Kutaisidə orta məktəbi bitirib. Elə həmin il TDU-nun tarix fakültəsinə daxil olub, 1962-ci ildə oranı bitirib. 1965-ci ildə "XII əsrin birinci rübündə Gürcüstanda dövlət islahatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildən TDU-da mühazirə oxumağa başladı.
Cin bayquşu
Cin itüzümü
Cin itüzümü (lat. Lycium chinense) == Təbii yayılması == Şərqi Asiyada dəniz səviyyəsindən 2500 m yüksəklikdə daşlı-qayalı yerlərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə qədər, sallaq, yumşaq, bəzən isə sarılan tikanlı budaqları olan bitkidir. Tamkənarlı yarpaqları dəstə ilə çıxır. Çiçəkləri açıq bənövşəyi rənglidir, iyuldan-sentyabra qədər çiçəkləyir. Qırmızı rəngli giləmeyvələri sentyabr-oktyabrda yetişir. Toxum və pöhrələrlə çoxalır. == Ekologiyası == Torpağa tələbkar deyil, şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Bakıda bir çox parklarda mədəni şəraitdə becərilir. == İstifadəsi == Meyvəsinin tərkibində 21 mikroelement və 18 amin turşusu vardır ki, bunlardan da təbabətdə geniş istifadə edilir.
Cin məscidi
Cin məscidi — İçəri Şəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. == Haqqında == Məscid Şirvanşahlar saray kompleksinə daxil olub Şərq darvazasının aşağı hissəsində yerləşir. Məscidini fasadı üzərində epiqrafik yazı mövcud deyil. Tikilinin XIV əsrdə inşa olunduğu və adını Qurandakı Cin surəsindən aldığı ehtimal edilir. Məhəllə məscidi rolunu oynamışdır. Planda uzadılmış dördbucaq şəkildə olan bu bina, çatma formalı daş qübbə ilə örtülmüş birkameralı ibadət zalını təşkil edir. Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir. Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir.
Cin surəsi
72-ci surə
Cin Amdal
Cin Amdal (ing. Gene Myron Amdahl; d. 16 noyabr 1922, Flandro , Cənubi Dakota, ABŞ) — Kompüterlərin baş konstruktor və "IBM 704", "709", "7030", "7090" əfsanəvi kompüterlərinin istehsalçısı və "IBM/360" üçüncü nəsil kompüter ailəsinin memarı. O, XX əsrin kompüter sistemlərinin ən böyük layihələndiricisi hesab olunur. == Həyatı == Amdal 16 noyabr 1922-ci ildə Cənubi Dakota ştatının Flandro şəhərində doğulmuşdur. == Təhsili == O, 1941-ci ilin payızından 1943-cü ilin yazına qədər ştat kollecində təhsil almışdır. 1944-1946-cı illərdə ABŞ ordusunun xüsusi tədris proqramı üzrə fizika və elektronikanı öyrənmişdir. 1946-cı ilin payızında Cənubi Dakota ştat kollecinə qayıdan Cin Amdal iki il sonra fizika mühəndisliyi üzrə bakalavr dərəcəsinə yiyələnir. Amdal Viskonsin-Medison Universitetində nəzəri fizika üzrə diplom işi yazır. 1950-ci ildə o, professorun tapşırığı ilə iki başqa məzunla birlikdə "Hissəciklərin nüvədaxili gücü üç ən sadə nüvə hissəciyi arasında son vəziyyəti əks edə bilərmi?" mövzusunda tədqiqat işi üzərində işləməyə başlayır.
Cin Harlou
Cin Harlou (ing. Jean Harlow; 3 mart 1911 — 7 iyun 1937) — ABŞ aktrisasıdır.
Cin Hekmen
Cin Hekmen (ing. Gene Hackman; d. 30 yanvar 1930, San-Bernardino[d], Kaliforniya) — iki Oskar mükafatlı amerikalı aktyor. == Həyatı == 1970-ci ildə göstərilən ing. The French Connection adlı filmdəki roluyla tanınmış və bu filmin ardından Hollywooddaki filmlərdə yer almışdır. 5 dəfə isə Oskar mükafatına namizəd olmuşdur. 2004-cü ildə film karyerasını nöqtələmiş və o gündən bu günə kitab yazmaqla başlamışdır. THe French Connection I və II filmləri ilə məşhurlaşmış Cin Hekmen , 1974-cü ildə rejissor Frensis Ford Koppola'nın ing. The Converstaion adlı filmdə də mükəmməl performans sərgiləmişdir. Rejissor Robert Bentonun 1998-ci ildə çəkdiyi ing.
Cin Kelli
Cin Kelli (ing. Gene Kelly, Eugene Curran Kelly; 23 avqust 1912 — 2 fevral 1996) - Amerika aktyoru.
Çin çon
Çinçon və ya Çin çon (ing. Ching Chong) Çin əhalisinə qarşı işlənən alçaldırıcı ad. Çinliləri ələ salmaq, ağız əymək və ya çin dilini imitasiya eləmək üçün işlənə bilər. Biraq çox hallarda bu söz ilə ancaq çinlilər yox, başqa Şərqi Asiya millətləri də rastlaşır (koreyalılar, yaponlar, taylar və s.). İctimai xadimlərin çoxusu bu termini irqçilik ilə əlaqələndirir. Tələffüzü: Çinçon sözündəki "Ç" hərfi "ts" və "ç" aralığında olan bir səs ilə təsvir eləmək olar; "n" hərfi qalın "n" səsini daşıyır (çin-latın transkripsiyasında "NG" qalın "n", "N" isə incə "n" səsini bildirir).
Con, Cani, Canardan (film, 2016)
"Con, Cani, Canardan" filmi — 2016-cı ildə çəkilmiş kannada dilli Hindistan filmidir. == Rollarda == Acay Rao — Canardan Yoqeş — Cani "Madaranqi" Krişna — Con Malaşri — polis MS Umeş Vaycanatx Biradər Qirica Lokeş Tennis Krişna Qurunandan Şrinivasa Murti Bank Canardxan Ravişankar Qouda Praşant Siddi Çitra Şenoy Sanket Kaşi Ayndrita Ray == İstehsal == 2016-cı ilin aprel ayında filmin çəkiləcəyini rejissor elan etdi. Bir komediya olan üçüncü bir film üçün hazırlaşdığı açıqlandı. 1 ay filmin heyəti müəyyənləşdirildi və may ayında filmin çəkilişlərinə başlandı. 30 iyul ayında çəkilişlər bitdi. == Mahnılar == Filmin bəstəkarı Arcun Canyadır. == Xarici keçidlər == Con, Cani və Canardan "Kannada dilini öyrən" deyirlər. "Yeni Hindistan Ekspressi". 17 May 2016 "Con, Cani, Canardan" filminin çəkilişləri bitdi. "Şəhər bu gün".
Çzin sülaləsi
Çzin sülaləsi (çin. sadə. 晉朝, pinyin: Jìn Cháo 265—420) — Üç çarlıq dövründən Şimal və Cənub sülaləri dövrünədək Çin ərazisində hökmranlıq etmiş altı sülalədən biri. Çzin dövləti hərbi sərkərdə Sıma Yan tərəfindən qurulmuşdur. Budövr Çin tarixinə Çzin dövrü kimi taxil olmuşdur. Qərbi Çzin çin. ənən. 西晉, sadə. 西晋, pinyin: Xï-Jìn: 265–316 Şərqi Çzin çin. ənən.
Böyük Çin
Böyük Çin — han çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi. "Böyük Çin" anlayışı əsasən Şərqi Asiyadakı materik Çini, Honkonq, Makao və Tayvanı əhatə edən bir bölgəni nəzərdə tutur. Bəzi analitiklər Sinqapurda olduğu kimi dünyada yaşayan digər çinli icmaları da əhatə edirlər. Bu termin bəzən "regional çinli icmalar arasında əlaqələri" əhatə etmək məqsədilə ümumiləşdirilmişdir. == İstifadəsi == Çoxmillətli korporasiyalar öz regional qərargahlarını adlandırmaq üçün bu ifadədən tez-tez istifadə edirlər. Məsələn, "Procter & Gamble" şirkəti fəaliyyəti eyni zamanda Honkonq və Tayvanı da əhatə edən Quançjou şəhərindəki regional qərargahını adlandırmaq üçün bu ifadədən istifadə edir. "Apple" şirkəti Şanxay şəhərindəki regional qərargahı üçün bu addan istifadə edir. Kolumbiya Universiteti kimi tədqiqat qurumları və universitetlərdə bölgə üzrə aparılan araşdırmalarda bu termindən istifadə edir.Bu termin tez-tez Tayvanın siyasi statusu ilə bağlı həssaslıqların qarşısını almaq üçün istifadə olunur. == Tarixi == Bu termin uzun müddətdir istifadədir, lakin tarixən fərqli mənalarda istifadə olunmuşdur. 1930-cu illərdə amerikan coğrafiyaşünas Corc Kressi materik Çini əvəzinə, bütün Çin imperiyasına xitab etmək üçün bu ifadədən istifadə etmişdir.