Cin məscidi — İçəri Şəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid.[1]
Cin məscidi | |
---|---|
40°21′57″ şm. e. 49°49′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Bərpa olunub. |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
Hissəsi | İçərişəhər |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 93-8 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Bölmə | Memarlıq abidələri |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid Şirvanşahlar saray kompleksinə daxil olub Şərq darvazasının aşağı hissəsində yerləşir. Məscidini fasadı üzərində epiqrafik yazı mövcud deyil. Tikilinin XIV əsrdə inşa olunduğu və adını Qurandakı Cin surəsindən aldığı ehtimal edilir. Məhəllə məscidi rolunu oynamışdır. Planda uzadılmış dördbucaq şəkildə olan bu bina, çatma formalı daş qübbə ilə örtülmüş birkameralı ibadət zalını təşkil edir. Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir. Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir. Məscidin portalı klassik formaya malikdir.[2]