Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eurocopter EC120 Colibri
Eurocopter EC120 Colibri, Eurocopter şirkəti tərəfindən istehsal olunmuş Avropa Birliyinə mənsub olan çoxməqsədli helikopterdir. Eurocopter, China National Aero-Technology Import & Export Corporation (CATIC), Harbin Aviation Industries (Group) Ltd (HAIG) və Singapore Technologies Aerospace Ltd (STAero) ilə ortaq olaraq yaradılmış və inkişaf etdirilmişdir. Bu helikopter Çin və Avropa İttifaqı mənşəli olub 1998-ci ildə istifadəyə qəbul edilib. Hal-hazırda da aktiv bir şəkildə istifadə edilən bu helikopterlərdən 1995-2017-ci illər arasında 701 ədəd istehsal edilmişdir. Vahidinin qiyməti 2 milyon ABŞ dolları qiymətindədir. == Teknixi xüsusiyyətlər (EC120 B) == Ekipaj: 1-2 Sərnişingötürmə qabiliyyəti: 4 Uzunluk: 9.6 m Pərvanə (pər, Vint) uzunluğu: 10.00 m Hündürlük: 3.4 m Boş çəkisi: 991 kg Maksimum yükgötürmə qabiliyyəti: 1,715 kg Mühərrik: 1 ədəd Turbomeca Arrius 2F qazturbin mühərriki == İstifadəçilər == Almaniya ABŞ Avstraliya Böyük Britaniya Braziliya ÇXR İndoneziya Fransa İspaniya - Eurocopter EC120 Colibrilərdən ibarət aviaşou komandası var.
Kolibri
Kolibrilər (lat. Trochilidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi. 300-dən çox növü məlumdur. Bu quşlar arxaya uça bilən yeganə quşlardır. 15 m/san sürəti ilə uça bilirlər. Yenidamaqlılar dəstəsinə aid quşlar fəsiləsi. Arıquşlar dünyada ən kiçik quşlardan biridir. Onlar ancaq Yeni Dünyada - Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar.
Saqqallı kolibri
Saqqallı kolibri (lat. Threnetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.
Polibi
Polibi (q.yun. Πολύβιος— Polybius; ən geci e.ə. 199 – ən tezi e.ə. 133, Yunanıstan) — Yunan tarixçisi və sərkərdəsi. Qədim yunan tarixçisi və mütəfəkkiri Polibi e.ə. 200-cü ildə anadan olmuşdur. Romalılar tərəfindən 16 il girov saxlanılmış Polibi öz bacarıq və qabiliyyəti sayəsində dövlət xadimi və sərkərdə səviyyəsinə qalxa bilmişdir. O, Roma sərkərdəsi Ssipionla birlikdə Afrika sahillərində hərbi səfərlərdə olmuş, I Pun müharibəsində iştirak etmişdir. Vətəni Yunanıstanla Roma arasındakı müharibədə Korinf məğlubiyyətindən sonra həmvətənlərinə hər cür köməklik göstərməyə çalışmışdır. Buna baxmayaraq Roma əzəmətinin qızğın tərəfdarı olan Polibi 40 cildlik "Yeni tarix" əsərində Romanın dünya hökmranlığına can atmasını əsaslandırmağa çalışmışdır.
Colitti Covanni
Colitti Covanni (it. Giovanni Giolitti; 27 oktyabr 1842[…] – 17 iyul 1928[…]) — İtaliya dövlət və siyasi xadimi. == Həyatı == Turin Universitetində hüquq təhsili (1860) almışdır. 1862-ci ildən Ədliyyə nazirliyində, sonra Maliyyə nazirliyində məmur olmuşdur. 1873-cü ildən baş maliyyə müfəttişi, 1877-ci ildən xəzinədarlıq katibi idi. 1882-ci ildə Liberal partiyasından parlamentə deputat seçilmiş, dövlət müşaviri təyin edilmişdi. Dəfələrlə nazirlər kabinetlərinin tərkibinə daxil olmuş (1889–90-cı illərdə maliyyə naziri, 1901–03-cü illərdə daxili işlər naziri), baş nazir vəzifəsini tutmuşdur (1892, may – 1893, noyabr; 1903, noyabr – 1905, mart; 1906, may – 1909, dekabr; 1911, mart – 1914, mart; 1920, iyun – 1921, iyun). Covanni İtaliyanın dövlət siyasətinə böyük təsir göstərmişdir. İtaliya tarixinin 1880-cı il lərin sonundan 1920-ci illərin əvvəllərinə qədər olan dövrü İtaliya liberalizminin "qızıl əsri" hesab olunur və Covanni dövrü (eta giolittiana) adlandırılır. Covanninin baş nazir olduğu dövrdə İtaliyada liberal islahatlar keçirildi: dövlət sığortası tətbiq edildi, fəhlələrin həmkarlar ittifaqları yaratmaq və tətil keçirtmək hüquqları tanındı, əhalinin seçki hüququ genişləndirildi (1912-ci il islahatı nəticəsində seçicilərin sayı 2903 min nəfərdən 8443 min nəfərə qədər artdı).
Covanni Colitti

Avrasiya çölləri
Avrasiya çölləri Avrasiyanın mülayim çəmənliklərin, savannaların və kolluqların biologiyasındakı geniş çöl ekosistemidir. Rumıniya və Moldovadan Ukraynaya, Rusiyaya, Qazaxıstana, Şərqi Türkistana və Monqolustandan Mancuriyaya qədər uzanır. Bundan əlavə, Macarıstandakı Pannoniya çölləri də Avrasiya çöllərinin uzantısı hesab olunur. Paleolit ​​dövründən çöllər iqtisadi, siyasi və mədəni vasitələrlə Şərqi Avropa, Mərkəzi Asiya, Çin, Cənubi Asiya və Yaxın Şərqi ticarət yollarında birləşdirmişdir. O, təkcə Antik və Orta əsrlərdə İpək Yolunun deyil, həm də müasir dövrdə Avrasiya quru körpüsünün sələfidir. Xiongnu, İskitlər, Kimmerlər, Sarmatlar, Hunlar, Xarəzm, Mavəraünnəhr, Soqdlar, Syenpilər, Monqol imperiyası və Göytürk xaqanlığı kimi tarix boyu bir çox köçəri imperiyalara və bir çox böyük qəbilə konfederasiyalarına və qədim dövlətlərə ev sahibliyi etmişdir.
Yelisey çölləri
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.
Qara dəniz-Xəzər çölləri
Qara dəniz-Xəzər çölləri və ya Pont çölləri Moldovanı, Şimali Qafqazı, Cənubi Ukraynanı, Cənubi Rusiyanı və Qazaxıstanın şimal-qərbinin kiçik bir hissəsini əhatə edən Avrasiya çöllərinin tərkibində olan geniş çöl diyarıdır. Palearktika regionunun da bir hissəsi olan çöllərə mülayim çəmənliklər, savannalar və kolluq biomları daxildir. Ərazi klassik antik dövrdəki Kimmeriya, İskit və Sarmatiyaya uyğun gəlir. Çöl min illər boyu bir çoxu at sürən köçəri tayfalar tərəfindən istifadə edilmişdir ki, onların da bir çoxu Avropanı, Qərbi və Cənub Asiyanı işğal etmişdirlər. Biocoğrafiyada Ponto-Xəzər regionu termini bu çöllərdə yaşayan bitki və heyvanlar ilə Qara dəniz, Xəzər dənizi və Azov dənizində yaşayan heyvanları təsnif etmək üçün istifadə olunur. Genetik tədqiqatlar bu zonanın ən çox ehtimal olunan atların ilk dəfə əhliləşdirildiyi yer olduğunu müəyyən edir. Hind-Avropa xalqlarının dilləri və mənşəyi ilə bağlı həyata keçirilmiş olan tədqiqatlar nəticəsində yaradılmış Kurqan fərziyyəsi adlı nəzəriyyəyə görə, Pontik-Xəzər çölləri proto-Hind-Avropa dilinin vətənidir. Pontik çölləri Avropada 994.000 kvadrat kilometrlik bir ərazini əhatə edir. Ərazi Bolqarıstanın şimal-şərq, Rumıniyanın isə cənub-şərqindəki Dobrucadan, Cənubi Moldovaya, Ukraynaya, Rusiyaya və Qazaxıstanın şimal-qərbinə qədər uzanır və Ural dağları ərazinin sərhədini təşkil edir. Region ekoloji cəhətdən qarışıq çəmənlikləri, mülayim enliyarpaqlı və qarışıq meşələri əhatə edən şimalındakı Şərqi Avropa meşə-çöl zonası ilə həmsərhəddir.