Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ricinus communis var. communis
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Abies communis
Abies communis Lindl. — Picea abies bitki növünün sinonimi. Abies communis P.Lawson — Picea abies var. abies bitki yarımnövünün sinonimi.
Abroma communis
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Agave communis
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Amygdalus communis
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara. Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.
Ferula communis
Adi ilankölgəsi (lat. Ferula communis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Ficus communis
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Gladiolus communis
Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis) - qladiolus cinsinə aid bitki növü. == Morfoloji təsviri == Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. === Yarpaq === Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. === Çiçək === İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. === Meyvə === Qutucuq oval-ellipsşəkillidir.
Hedera communis
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Juniperus communis
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Lapsana communis
Adi ziyilotu (lat. Lapsana communis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir. Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır. Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur. Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir. (May) İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Melanosinapis communis
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Myrtus communis
Adi mərsin (lat. Myrtus communis) - mərsin cinsinə aid bitki növü. Mərsindən alınan efiryağları ətriyyat sənayesində istifadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəxlərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqlarının qaynadılmış ətlərinə əlavə edirlər.Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünə məxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də becərmək olar. Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen , sineol, mirtenol, qeraniol, nerol, kamfora və aldehidlər vardır. Mərsinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
Neoseiulus communis
Neoseiulus communis (lat. Neoseiulus communis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Olea communis
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Phragmites communis
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Pyrus communis
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Ricinus communis
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Typhlodromus communis
Typhlodromus communis (lat. Typhlodromus communis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus communis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Dioscorea communis
Adi dioskoreya (lat. Dioscorea communis) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Lalda communis
Adi ziyilotu (lat. Lapsana communis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir. Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır. Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur. Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir. (May) İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Lappa communis
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Rosmarinus communis
Salvia rosmarinus (lat. Salvia rosmarinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Aralıq dəniz sahili ölkələrində yayılmışdır. == Botaniki təsviri == 1,5–2 m hündürlüyündə, həmişəyaşıl, sıx budaqlı koldur. Çохillik zoğları tünd boz, birillik zoğları isə açıq boz rəngdə, tükcüklü, qabığı soyulandır. Yarpaqlarının uzunluğu 1,5–3,5 sm və eni 0,2–0,4 sm olub, xətvari, üzbəüz düzülüşlü, oturaq, səthi dərili, kənarları isə aşağı əyilmiş, sadə quruluşludur. Alt tərəfdən sıx tükcüklərlə örtülü, bozumtul, üstdən isə parlaq, tünd-yaşıl rəngli və ətirlidir. Çiçəkləri ağ, tünd və ya açıq bənövşəyi rəngdə olub, xırda, sıx süpürgəvari çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi erkən yaşda müşahidə edilir, bütün il boyu çiçəkləyir və kolu tam örtür. Kök sistemi güclü inkişaf etmişdir.
Tamus communis
Adi dioskoreya (lat. Dioscorea communis) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Vicia communis
Kommunist
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti "Maariflənmə dövrü" adlanan dövrə qədər davam etmişdir.
Kommunizm