KOMMUNAR
KOMMUNİSTCƏSİNƏ
OBASTAN VİKİ
Kommunist
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti "Maariflənmə dövrü" adlanan dövrə qədər davam etmişdir.
Kommunist (dəqiqləşdirmə)
Kommunist
Kommunist (qəzet)
Kommunist Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Kommunist Partiyası
Kommunist Partiyası — İnqilabi siyasi partiya. Kommunist Partiyası Fəhlə sinfinin liderliyində istehsal vasitələrinin mülkiyyətinin kollektivləşdirilməsini hədəf seçən və bütün dünyada hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacı qədər prinsipi əsasında sinifsiz, sərhədsiz və sömürüsüz bir dünya qurmağı hədəfləyən qanuni və ya qanunsuz olaraq təşkilatlanan, silahlı qanadı da verə bilən siyasi partiya idi.
Kommunist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Kommunist cəmiyyəti
Marksizmdə kommunist cəmiyyəti və ya kommunist sistemi — yalnız qlobal miqyasda və ya dünya sosialist inqilabı tərəfindən kapitalizmin qlobal şəkildə məhv edilməsi nəticəsində əldə edilə bilən, prinsipin həyata keçirilməsi ilə xarakterizə olunan bir cəmiyyət və iqtisadi sistem növüdür. hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə”, istehsal vasitələrinə ictimai mülkiyyət, planlı iqtisadiyyat, istehlak mallarına sərbəst çıxış, sinifsiz cəmiyyət, habelə dövlətin olmaması və əmtəə-pul münasibətləri onların mövcudluğuna ehtiyacın olmamasına, habelə cəmiyyətin hər bir üzvünün yaradıcılıqla həyata keçirilməsi üçün hərtərəfli imkanlara nail olmağa imkan verən şəraitlə əlaqədardır.
Kommunist ideologiyası
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti "Maariflənmə dövrü" adlanan dövrə qədər davam etmişdir.
Kommunist qəzeti
"Xalq qəzeti" (27 avqust 1991-ci ilədək "Kommunist" qəzeti) — Azərbaycanda gündəlik ictimai-siyasi qəzet. == Tarixi == 1929-cu il yanvarın 1-də Azərbaycanda yeni əlifba tətbiq edilməyə başladı. Həmin gün "Kommunist" qəzeti yeni əlifba ilə çap olunmağa başlamışdır. 1920-ci ildən etibarən qəzetdə Azərbaycan SSR dövlət orqanlarının hüquqi aktları rəsmi çap edilirdi. == Baş redaktorları == === Kommunist === Əliheydər Qarayev 1919–1920 Ağababa Yusifzadə 1920–1921 Böyükağa Talıblı 1921 Həbib Cəbiyev 1921–1922 Əliheydər Qarayev 1922 Ruhulla Axundov 1922–1923 Həbib Cəbiyev 1923–1927 Yusif Qasımov-Əhməd Triniç 1927–1931 Yunis Hacıyev 1931–1941 Rza Quliyev 1941–1944 Ağababa Rzayev 1945 Əli Vəliyev 1945–1949 Rza Quliyev 1949–1953 Ağababa Rzayev 1953–1955 Xasay Vəzirov 1955–1958 İsrafil Nəzərov 1958–1963 Ağababa Rzayev 1963–1980 Rəşid Mahmudov 1980–1987 Ramiz Əhmədov 1987–1988 Cəmil Əlibəyov 1988–1990 === Xalq qəzeti === Tofiq Rüstəmov 1990–1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru Mahal İsmayıloğlu 1995–2002 Həsən Həsənov 2002-2022 Əflatun Amaşov 2022–h.h. == İstinadlar == == Mənbə == Azərbaycan tarixinin bir əsrlik salnaməsi 24 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 28 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 30 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 1 Sentyabr 2019 == Xarici keçidlər == Baş redaktorların "yubiley" davası: "Xalq qəzeti"ni biabırçılıqdan xilas edin" Tahir Aydınoğlu. ""Azərbaycan" qəzetindən "Xalq qəzeti"nə gələn yol". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2023-11-26.
Kommunist (film, 1969)
== Məzmun == Film Bakıda buraxılan "Kommunist" qəzetinin fəaliyyəti haqqında bəhs edir.
Kommunist Partiyasının Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Kuba Kommunist Partiyası
Kuba Kommunist Partiyası (abbr. KKP, isp. Partido Comunista de Cuba) — Kuba Respublikasının hakim partiyası == Tarixi == Kuba Kommunist Partiyası 1925-ci ilin avqustunda Havanada kommunist dərnəkləri və Kuba Fəhlə Sosialist Partiyası sol cinahının birləşməsi nəticəsində yaranmışdır.
Misir Kommunist Partiyası
Misir Kommunist Partiyası (ərəb. الحزب الشيوعي المصري‎‎; MKP) — Misirdə kommunist partiya. == Tarixi == Misir Kommunist Partiyası Misirin müstəqillik əldə etməsi uğrunda, Yaxın Şərq məsələlərinin həllində separat siyasət əleyhinə fəal çıxış etmişdir. Partiya rəhbərliyi Ənvər Sadat hakimiyyətinin antisovet xəttini qətiyyətlə pisləmişdir. MKP gizli şəraitdə fəaliyyət göstərmişdir. 1980-ci ilin sentyabrında keçirilmiş I qurultayında partiyanın Proqramı və Nizamnaməsi təsdiq olunmuşdur. MKP 1980-ci ilin əvvəlində Misirin hakim dairələrinin xalqa zidd siyasətinə qarşı mübarizə aparmaq üçün nasirçilər, dini və müstəqil müxalifət nümayəndələri ilə birlikdə Misir Vətənpərvər Cəbhəsini (MVC) yaratmışdır. MKP qeyri-leqal "Əl-İntisar" qəzetini nəşr etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Арабские страны в 1880-е — начале 1900-х годов. — История Востока.
Moldova Kommunist Partiyası
Moldova Kommunist Partiyası (abr. MKP; rum. Partidul Comunist al Moldovei, PCM; mold. Партидул Комунист ал Молдовей; rus. Коммунистическая партия Молдавии) — Moldova SSR-də hakim və yeganə qanuni siyasi partiya, 1991-ci ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsini təşkil edən on beş respublika səviyyəli partiyadan biri. == Tarixi == Moldovada ilk sosial-demokrat dərnəkləri XIX–XX əsrlərin ayrıcında yaranmışdır. 1902-ci ildə Rusiya SDFP-nin Kişinyov Komitəsi təşkil edilmişdir. Peterburqdan buraya sürgün olunmuş siyasi məjbuslar və leninçi "İskra"nın Kişinyov gizli mətbəəsi bu işdə mühüm rol oynamışdır. Rusiyada 1905–1907-ci illər inqilabı dövründə Moldova bolşevikləri mütləqiyyətçilərə qarşı siyasi mübarizəyə başçılıq etmiş, fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmləndirmiş, əsgərlər arasında inqilabi iş aparmışdır. Çarizm devrildikdən sonra açıq fəaliyyətə eçən Moldova bolşevikləri SSRİ hakimiyyəti uğrunda mübarizəni genişləndirmişdir.
Kommunist simvolizmi
Kommunist simvolizmi — kommunizmin istifadə etdiyi simvolların və ümumiyyətlə kommunizmi təmsil etdiyi düşünülən elementlərin cəminə verilən addır. Kommunist simvolizmi tez-tez ölkənin sənaye işçilərini və ya fermerlərini təmsil edən simvolları ehtiva edir. Tez-tez bu simvollar beşguşəli ulduz (pentaqramma) ilə birlikdə sarı rəngdə, inqilabı təmsil edən qırmızı fonda yerləşirlər. Məsələn, Sovet İttifaqının bayrağında qırmızı üzərində sarı xətlərlə çəkilmiş qırmızı ulduz, sarı oraq və çəkic var idi. Oxşar simvollar kommunist hakimiyyəti dövründə Vyetnam, Çin, Anqola və Konqo Respublikasının bayraqlarında istifadə edilmişdir. Oraq və çəkic bir növ pankommunist simvoluna çevrilib, dünyanın əksər kommunist partiyalarının bayraqlarında əks olunmuşdur. Digər kommunist partiyalarından bir qədər fərqli olan Koreya İşçi Partiyasının bayrağında sənaye işçilərini təmsil edən çəkic, eləcə də kənd təsərrüfatı işçilərini təmsil edən çapa və ziyalıları təmsil edən fırça (oraq, çəkic və yazı fırçası) var. Sovet İttifaqının qurucusu Vladimir Leninin portretindən də simvol kimi geniş istifadə olunurdu.
Kommunist nostalgiyası
Kommunist nostalgiyası, həmçinin kommunizm nostalgiyası və ya sosialist nostalgiyası — Mərkəzi və Şərqi Avropanın müxtəlif postkommunist dövlətlərində və Rusiyada əvvəlki kommunist dövlətlərə qarşı nostalgiya hissi. Belə nostalgiya nümunələri Şərqi Almaniya, Polşa, Sovet İttifaqı, Yuqoslaviya, Bolqarıstan, Macarıstan, Rumıniya, Çexiya, Albaniya və Slovakiyada müşahidə olunur. Müəssisələr kommunist nostalgiyasını kommunist modası və ya əmtəəsi şəklində kommersiyalaşdırlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Rebecca Mckee, Erica Richardson, Bayard Roberts, Christian Haerpfer and Martin Mckee, "Things Can Only Get Better? Changing Views of the Past, Present and Future in the Former Soviet Union", Europe-Asia Studies, Vol. 65, No. 7, 2013, pp.
Kommunist partiyası
Kommunist Partiyası — İnqilabi siyasi partiya. Kommunist Partiyası Fəhlə sinfinin liderliyində istehsal vasitələrinin mülkiyyətinin kollektivləşdirilməsini hədəf seçən və bütün dünyada hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacı qədər prinsipi əsasında sinifsiz, sərhədsiz və sömürüsüz bir dünya qurmağı hədəfləyən qanuni və ya qanunsuz olaraq təşkilatlanan, silahlı qanadı da verə bilən siyasi partiya idi.
Rumıniya Kommunist Partiyası
Rumıniya Kommunist Partiyası — 8 may 1921-ci ildə yaradılmış olan kommunist partiya. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər İttifaqı adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olmuşdur. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rusiya Kommunist Partiyası
Sovet İttifaqı Kommunist Partiyası (qısaca Sov.İKP) — (Коммунистическая партия Советского союза КПСС), Sovet İttifaqının bütün tarixi boyu yeganə, hakim siyasi partiyası. Fəaliyyəti ilk qurucularından olan Vladimir İliç Lenininin adı ilə bağlı olub. == Tarixi == === Fraksiya === Xələfi olan Rusiya Sosial Demokrat Fəhlə Partiyasının I qurultayı Minskdə 13–15 mart 1898-ci ildə keçirilib. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının II Qurultayında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının iki fraksiyasının — Vladimir Leninin başçılıq etdiyi bolşeviklər və Georgi Plexanov və Yuli Martovun başçılıq etdiyi menşeviklər meydana gəldi. Parçalanmanın əsas səbəbi partiya nizamnaməsinin əhəmiyyətsiz görünən maddəsi idi; Lenin partiya üzvlərindən "şəxsi iştirak", Martov isə "şəxsi yardım" tələb etməyi təklif etdi. Əslində söhbət partiya binasında icazə verilən mərkəzçilik dərəcəsindən gedir; Lenin tabeçiliyində olanların yuxarıdakıların direktivlərini yerinə yetirmək məcburiyyəti ilə sərt bir şəkildə mərkəzləşmiş bir təşkilat yaratmağa çalışdı. Martov isə Qərbi Avropa Sosial Demokratiya modelində, xüsusən o zaman ən nüfuzlu Alman partiyası modelində sərbəst birləşmə prinsipini müdafiə etdi. Artıq 1903-cü ilin sentyabrında tərəflər partiya təşkilatları — Mərkəzi Komitə, "İskra" qəzetinin redaksiyası, Xarici İnqilabçı Sosial Demokratiya Birliyi , yerli partiya təşkilatları üzərində nəzarət uğrunda kəskin bir mübarizəyə başladılar. Lenin Mərkəzi Komitədə çoxluğu saxlamağı bacardı, menşeviklər isə İskra redaksiya heyətində və Partiya Şurasında çoxluq qazandı. Mərkəzi Rusiyada, eləcə də Odessa və Qafqazdakı partiya təşkilatlarının əksəriyyəti bolşevikləri dəstəklədi, Donetsk, Kiyev və digər partiya təşkilatları isə menşeviklərə qoşuldu.
Türkiyə Kommunist Partiyası
Türkiyə Kommunist Partiyası (TKP; türk. Türkiye Komünist Partisi) — Türkiyədə siyasi partiya == Tarixi == 1920-ci il sentyabrın 10-16-da Bakıda keçirilən təsis qurultayında İstanbul kommunist və sosialist təşkilatlarının, Anadolu kommunist təşkilatının və Rusiyada türk siyasi mühacir və hərbi əsirlərin yaratdığı kommunist təşkilatının birləşməsi nəticəsində yaranmışdır. Qurultay TKP-nin Proqram və Nizamnaməsini qəbul etdi, Kominternin qərarları ilə tam razı olduğunu bildirdi. TKP MK bürosuna Mustafa Sübhi (sədr), Ehtəm Nəcad (baş katib), Süleyman Nuri, İsmayıl Haqqı, Məhəmməd Emin və b. seçildilər. TKP türk xalqının 1918-1922-ci illər milli azadlıq mübarizəsində fəal iştirak etdi. 1921-ci ilin yanvarında partiya ağır zərbəyə məruz qaldı; Trabzon limanı yaxınlığında, açıq dənizdə Mustafa Sübhi başda olmaqla TKP-nin 15 nəfər rəhbər xadimi vəhşicəsinə öldürüldü. 1922-ci il avqustun 15-də Ankara yaxınlığında TKP-nin 2-ci qurultayı keçirildi. Qurultay ölkənin iqtisadi və siyasi vəziyyəti, siniflər və sinfi mübarizə və s. məsələlərə dair mühüm qərarlar qəbul etdi.
Türkmənistan Kommunist Partiyası
Türkmənistan Kommunist Partiyası (türkm. Türkmenistanyñ Kommunistik Partiýasy) — Türkmənistanda siyasi partiya. Rəsmi qeydiyyatdan keçməyib. 1992-ci ildən bəri Kommunist Partiyasının bərpası üzrə Təşkilat Komitəsi fəaliyyət göstərir. Birləşmiş Partiya Serdar Rəhimovun (Türkmənistanın Pakistandakı keçmiş səfiri) rəhbərliyi altında kommunist qruplar əsasında yaradıldı . == Hüquqi vəziyyəti == 16 dekabr 1991-ci ildə Türkmənistan Kommunist Partiyasının qurultayı, 450 səslə mütləq səs çoxluğu ilə TKP-nin ləğv edilməsinin və başqa bir siyasi təşkilat - Türkmənistan Demokratik Partiyası əsasında qurulmasının lehinə danışdı. Yenidən yarandığı andan qanunsuz bir vəziyyətdə çalışır. Bununla birlikdə, TKP, ölkədə rəsmi qeydiyyatdan keçməyə cəhd göstərən yeganə (prezident yanlısı Demokratik Partiya və Türkmənistan Sənayeçi və Sahibkarlar Partiyası) partiyasıdır. 1994-cü ildə Türkmənistan kommunistləri Türkmənistan Kommunist Partiyasının qeydiyyatı üçün Türkmənistan Ədliyyə Nazirliyinə müraciət etdilər. 1996-cı ilin oktyabr ayının əvvəlində qeydiyyatdan imtina etdiklərini şifahi şəkildə qəbul etdilər.
Vyetnam Kommunist Partiyası
Vyetnam Kommunist Partiyası (VKP; vyet. Đảng Cộng sản Việt Nam, danq konq şan vyet nam) — Vyetnamda hakim və yeganə qanuni siyasi partiya. VKP Fransa Kommunist Partiyasının qolu olaraq 3 fevral 1930-cu ildə Honkonqda yaradılmış, 1930-cu ilin oktyabrından 1945-ci ilə qədər "Hind-Çin Kommunist Partiyası" (HÇKP; vyet. Đông Dương Cộng sản Đảng) adlanmış, 1945–1951-ci illərdə rəsmi olaraq ləğv edilmiş, 1951-ci ildən 1976-cı ildə "Vyetnam Fəhlə Partiyası" (VFP) adlandırılmışdır. Partiya kommunist ideologiyası üzərində dayanır və üzvü olduğu Vyetnam Vətən Cəbhəsi tərəfindən dəstəklənir. Vyetnam cəmiyyətində "Partiya" (vyet. Đảng, danq) və ya "Partiyamız" (vyet. Đảng ta, danq ta) kimi də tanınır. == Tarixi == === Zəmin === 1925-ci ilin yazında Quançjouda Vyetnamda mövcud olan kommunist qrupları əsasında Vyetnam İnqilabçı Gənclər Birliyi (VİGB) yaradılmışdır. Qrupun siyasi və sosial məqsədləri milli müstəqillik və torpaqların zəhmətkeş kəndlilərin xeyrinə yenidən bölüşdürülməsi elan edilmişdir.
Yunanıstan Kommunist Partiyası
Yunanıstan Kommunist Partiyası (yun. Κομμουνιστικό Κόμμα Ελλάδας) - Yunanıstanda fəaliyyət göstərən kommunist partiyası. Partiya 1918-ci ildə yaradılıb.
Çin Kommunist Partiyası
Çin Kommunist Partiyası (ÇKP) (çin. Zhōngguó Gòngchǎndǎng) — Çin Xalq Respublikasının əsas və hakim partiyası və üzvlərinin sayına görə dünyanın ən böyük partiyası. 1921-ci ildə təsis edilib və Çin vətəndaş müharibəsində Homindanın məğlubiyyətindən sonra hakimiyyətə gəlib. Partiyanın rəhbər rolu ÇXR-in konstitusiyasında qeyd olunur. == Tarix == ÇKP-nin mənşəyi Çin intellektualları arasında qərbdən gələn marksizm və anarxizm fikirlərinin populyarlıq qazandığı dövrdə baş verən 1919-cu il 4 may hərəkatından gəlir. Rusiyada Oktyabr inqilabı və bolşeviklərin qələbəsi də ÇKP-nin yaranması üçün ilham mənbəyi olub. Leninizmi və dünya inqilabını tərifləyən ilk qabaqcıl Çin intellektualı Li Daçjao idi. Partiyanın başqa həmtəsisçisi olan Çen Duşüdən fərqli olaraq, Li Çin Respublikasının işlərində iştrakından imtina etməyib. İkisi də inanırdı ki, Oktyabr inqlabı hər yerdə əzilən ölkələr üçün yeni dövr başladıb. ÇKP Vladimir Leninin avanqardizm strategiyasına əsaslanırdı.
İndoneziya Kommunist Partiyası
İndoneziya Kommunist Partiyası (ind. Partai Komunis İndoneziya, PKI) 20-ci əsrin ortalarından İndoneziyadakı bir kommunist partiyası idi. 1965-ci ildə ləğv olunmadan əvvəl dünyanın ən böyük qeyri-hakim kommunist partiyası idi və növbəti ildə qadağan edildi. Partiya 1955-ci il seçkilərində 2 milyon üzvü ilə ölkənin 16 %, Şərqi Yavada 30%-ə yaxın səsi ilə seçildi. 1965-ci ildə PKİ-nin aradan qaldırılmasına qədər müstəqillik qazandıqdan sonra dövrün çox hissəsi PKİ İndoneziyanın siyasi sistemində açıq şəkildə fəaliyyət göstərən hüquqi bir partiya idi. == Sələfləri == Sosial Demokrat İttifaqı (nid. Indische Sociaal-Democratische Vereeniging,ISDV) adı altında, əsasən 1914-cü ildə liman əməyini yaradan holland sosialist Henk Sneevliet və digər indoneziyalı sosialisti tərəfindən mühüm ilk təşkilat yaradıldı. ISDV əsasən Niderland Ost-Hindi rəhbərliyində mövcud Hollandiyanın sosialist partiyalarının 85 üzvləri tərəfindən,o cümlədən Hollandiyanın Sosialist Partiyası (sonradan kommunist SDP) və SDAP tərəfindən yaradılıb. İSDV-nin holland üzvləri müstəqil indoneziyalılara müstəmləkə hakimiyyətinə qarşı çıxmağı düşünən marksist ideyaları təqdim etdilər.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.
Kirovabad kommunisti (qəzet)
"Gəncənin səsi" qəzeti == Tarixi == 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə” (1929-1935), “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstər 2011-ci ildən böyük və rəngli formada çıxan qəzet bu gün 2000 tirajla ayda bir dəfə olmaqla çap olunur.
Kommunist (qəzet, erməni dilində)
"Kommunist" qəzeti (erm. Կոմունիստ) — Azərbaycan SSR-də nəşr olunan erməni dilində ictimai-siyasi qəzet, Azərbaycan Kommunist Partiyası MK-nın (1963-cü ilin martınadək AKP MK və Bakı Komitəsinin, 1963-cü ilin martından AKP MK-nın, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin) orqanı. Zaqafqaziyada erməni dilində çıxan ilk sovet partiya qəzeti. Qəzetin ilk nömrəsi 1920-ci il mayın 18-də Bakıda çıxmışdır. 1970-ci illərdə həftədə 6 dəfə, 40000 tirajla, 1981-ci ildə 42000 tirajla nəşr olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəzetin nəşri dayandırılmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir (1970).
Kommunist Haqqında Poema (1977)
== Məzmun == Film Sov. İKP MK-nın Baş katibi Leonid Brejnevə həsr olunmuşdur. == Film haqqında == Filmdə bəstəkar Rauf Hacıyevin musiqisi səslənir.
Kommunist haqqında poema (film, 1977)
== Məzmun == Film Sov. İKP MK-nın Baş katibi Leonid Brejnevə həsr olunmuşdur. == Film haqqında == Filmdə bəstəkar Rauf Hacıyevin musiqisi səslənir.
Kommunist əməyi qalib gəlir (film, 1929)
Kommunistlərlə Bitərəflər İttifaqı
Kommunistlərlə Bitərəflər İttifaqı — 1990-cı ilədək Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə iştirak edən yeganə leqal siyasi təşkilat. == Haqqında == Aprel işğalından sonra Azərbaycanda parlament funksiyalarını yerinə yetirən Ümumsovetlər Qurultayı çağırılmışdır. 1937-ci ilədək 9 dəfə keçirilən bu qurultay qəbul edilən yeni konstitusiya ilə öz yerini Ali Sovetə buraxmışdır. Azərbaycan SSR Ali Sovetinə seçkilər gizli yolla keçirilsə də, seçkilər təkpartiyalı sistemdə keçirilirdi. Hakim Azərbaycan Kommunist Partiyası öz üzvlərindən və bitərəf namizədlərdən ibarət "Kommunistlərlə Bitərəflər İttifaqı" altında seçkilərə qatılırdı. Bu seçkilərdə ittifaq tərəfindn göstərilən bütün namizədlər deputat seçilirdi. Bitərəf namizədlər adətən Azərbaycan Kommunist Partiyasına loyal şəxslər və ya siyasətlə məşğul olmayan incəsənət xadimləri, kəndli-fəhlə sinfindən seçilirdi. İttifaqın namizədləri haqqında seçkidən öncə toplu nəşr olunurdu. Azərbaycan Kommunist Partiyasının ləğv olunmasıyla ittifaqın fəaliyyətinə son qoyuldu.
Molodoy kommunist (jurnal, Azərbaycan)
Molodoy kommunist (azərb-kiril. Молодој коммунист, rus. Молодой коммунист; mənası – gənc kommunist) — Azərbaycanda aylıq komsomol jurnalı, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı. == Tarixi == "Molodoy kommunist" Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı kimi 1920–1921-ci illərdə nəşr olunmuşdur. İlk nömrəsi 21 oktyabr 1920-ci il tarixində, 3–4-cü nömrələri isə 1 fevral 1921-ci ildə çıxmışdır. Cəmi neçə nömrəsi çıxması haqqında dəqiq məlumat yoxdur. "Molodoy kommunist"də 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq gənclərinin I qurultayı, Kommunist Gənclər İnternasionalı, Azərbaycan komsomol təşkilatlarının fəaliyyəti haqqında materiallar dərc olunmuşdur.
Molodoy kommunist (jurnal, SSRİ)
Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunist və Molodoy bolşevik — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı. == Tarixi == 1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Molodoy kommunist // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Qazaxıstan Kommunist Partiyası (1936)
Qazaxıstan Kommunist Partiyası — Sovet İttifaqı Kommunist Partiyası tərkibində kommunist partiyası. Qazaxıstan Sovet Sosialist Respublikasının (Qazaxıstan SSR) hakim siyasi partiyası. 7 sentyabr 1991-ci ildə partiya rəsmi olaraq ləğv edildi. == Tarixi == 1921-ci ilə qədər müasir Qazaxıstan ərazisində bolşeviklərin vahid partiya mərkəzi yox idi, lakin 1918-ci ilin iyununda yaradılan, Sırdərya, Semirechensk, Torqay və Ural bölgələrinin hissələri. 30 aprel 1920-ci ildə RKP (b) Mərkəzi Komitəsi RKP (b) -nin Qırğızıstan Regional Bürosunu yaratdı, tərkibinə A. Avdeyev, A. Aitiyev, A. Əlibeyov, S. Argançeyev, A. Cangildin, M Murzaqaliyev, S. Pestkovski. 1921-ci il iyunun 11-dən 18-dək Orenburqda regional partiya komitəsini seçən 1-ci Qırğızıstan Bölgə Partiya Konfransı keçirildi. 1922-ci ilin aprelində RKP (b) Mərkəzi Komitəsinin Qırğızıstan Bürosu yaradıldı. İlk illərdə Sovet Qazaxıstanının partiya təşkilatında az sayda etnik qazax var idi. 1922-ci ildə 1481 qazax kommunisti var idi ki, bu da Qırğızıstan ASSR partiya təşkilatının 8,9% -i idi. 1924-cü ildə Lenin Çağırışı çərçivəsində partiyaya 6000-dən çox işçi və xeyli sayda təsərrüfat işçisi daxil olmaqla təxminən 8000 nəfər üzv qəbul edildi.
Qazaxıstan Kommunist Partiyası (SSR)
Qazaxıstan Kommunist Partiyası — Sovet İttifaqı Kommunist Partiyası tərkibində kommunist partiyası. Qazaxıstan Sovet Sosialist Respublikasının (Qazaxıstan SSR) hakim siyasi partiyası. 7 sentyabr 1991-ci ildə partiya rəsmi olaraq ləğv edildi. == Tarixi == 1921-ci ilə qədər müasir Qazaxıstan ərazisində bolşeviklərin vahid partiya mərkəzi yox idi, lakin 1918-ci ilin iyununda yaradılan, Sırdərya, Semirechensk, Torqay və Ural bölgələrinin hissələri. 30 aprel 1920-ci ildə RKP (b) Mərkəzi Komitəsi RKP (b) -nin Qırğızıstan Regional Bürosunu yaratdı, tərkibinə A. Avdeyev, A. Aitiyev, A. Əlibeyov, S. Argançeyev, A. Cangildin, M Murzaqaliyev, S. Pestkovski. 1921-ci il iyunun 11-dən 18-dək Orenburqda regional partiya komitəsini seçən 1-ci Qırğızıstan Bölgə Partiya Konfransı keçirildi. 1922-ci ilin aprelində RKP (b) Mərkəzi Komitəsinin Qırğızıstan Bürosu yaradıldı. İlk illərdə Sovet Qazaxıstanının partiya təşkilatında az sayda etnik qazax var idi. 1922-ci ildə 1481 qazax kommunisti var idi ki, bu da Qırğızıstan ASSR partiya təşkilatının 8,9% -i idi. 1924-cü ildə Lenin Çağırışı çərçivəsində partiyaya 6000-dən çox işçi və xeyli sayda təsərrüfat işçisi daxil olmaqla təxminən 8000 nəfər üzv qəbul edildi.

Digər lüğətlərdə