Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kompot
Kompot — qaynadılmış meyvələrdən hazırlanan şirin içki. Şərqi Avropada və Balkanlarda məşhurdur. Qurudulmuş meyvədən hazırlanana hoşaf, slavyan ölkələrində təzə meyvədən hazırlanana isə komposta və ya kompot deyilir. Çiyələk, ərik, şaftalı, alma və ya albalı kimi meyvələrin çoxlu miqdarda suda, çox vaxt əlavə dadlandırıcı kimi şəkər və ya kişmişlə bişirilməsi ilə əldə edilir. Bəzən əlavə bir ləzzət üçün vanil və ya darçın kimi müxtəlif ədviyyatlar əlavə edilir, xüsusən qışda adətən isti şəkildə verilir. Kompot Azərbaycan, Albaniya, Ermənistan, Türkiyə, Belarus, Çexiya, Ukrayna, Rusiya, Polşa, Bolqarıstan, Bosniya və Herseqovina, Litva, Latviya, Finlandiya, Mərkəzi, Şərqi, Cənub-Şərqi və Şimali Avropanın bir çox ölkələrinin kulinariya mədəniyyətinin bir hissəsidir. Estoniya, Macarıstan, İran, Sloveniya, Xorvatiya, Makedoniya Respublikası, Serbiya, Monteneqro, Kosovo, Slovakiya, Moldova, Qazaxıstan, Tacikistan, Şərqi Almaniya, Avstriya və Rumıniya kimi ölkələrdə kompot kimi tanınır. Kompot (makedon, bolqar, rus, serb, bosniya və ukrayna dillərində "компот") Mərkəzi və Şərqi Avropa ölkələrində qışda meyvə saxlamaq üçün geniş istifadə olunan üsul olub. Kompot hələ 1970-ci illərdə məşhur idi. Özbəkistan və Qırğızıstan kimi bir çox Mərkəzi Asiya ölkələrində, eləcə də Çexiya, Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan, Belarusiya, Ukrayna və Rusiya kimi digər Mərkəzi və Şərqi Avropa ölkələrində hələ də populyardır.
İmport
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
Compact Disc
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır. Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur. 7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı. Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.
Compact Disco
Compact Disco — Bakıda təşkil edilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Sound Of Our Hearts" adlı mahnıyla Macarıstanı təmsil etmiş macar musiqi qrupu. İlk yarımfinaldan 52 balla onuncu yeri tutan qrup 26 mayda keçirilən finalda 19 balla 24-cü olmuşdur.
Qordon Olport
Qordon Olport (11 noyabr 1897-ci il - 9 oktyabr 1967-ci il) - ABŞ psixoloqu. ABŞ-də, İndiana ştatının Montezuma şəhərində doğulub. Şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. Ümumi psixologiya.