kompleks
kompüter
OBASTAN VİKİ
Kompot
Kompot — təzə meyvələrin şəkərli su ilə qaynadılması şəklində hazırlanan bir içki növüdür. == Ümumi məlumat == Gündəlik istifadə etmək üçün kompot təzə meyvə-giləmeyvə, qurudulmuş meyvə-giləmeyvələrdən hazırlanır. Xammalın kompot üçün hazırlanması qaydası meyvə-giləmeyvələrin yeyilməyən hissələrdən təmizlənməsi, çıxdaş edilməsi, yuyulması və doğranılması əməliyyatından ibarətdir. Kiseldən fərqli olaraq kompotda meyvə və giləmeyvə öz formasını saxlamalıdır. == Hazırlanma qaydası == Bəzi meyvə-giləmeyvələr qaynadıldıqda əriyib, suya qatışdığından onları suya və şərbətə tökən kimi dərhal qızdırılma dayandırılır. Bərk meyvələr dilimlənir, 15-25 dəq. bişirilir. Meyvənin tərkibindəki həll olan maddələrin suya daha çox çıxması üçün şəkərin kompot soyuduqdan sonra əlavə edilməsi məsləhət görülür. Kompotun ətrini və dadını yaxşılaşdırmaq üçün hər paya 5-10 q miqdarında üzüm şərabı əlavə edilir. Qurudulmuş meyvə-giləmeyvələrdən kompot hazırladıqda onları seçib təmizlənir, 3-4 dəfə isti suda yuyulub, sonra bişirirlər.

Digər lüğətlərdə

блинцы́ взгоня́ть заме́шивать ионофоре́з контркульту́рный лоску́тник сластёна спе́чься тесне́ние торфо... хлеборо́б Асмоде́й гри́венничек ла́зский обде́лывание умозре́ние amphorae censorship cheese high tech igniter miosis sharing superspace концентрационный