Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Coan Fonteyn
Coan Fonteyn (ing. Joan Fontaine) - Oskar mükafatı sahibi ingilis akstrisa. Bir başqa Oskar mükafatı sahibi aktrisa olan Oliviya de Hevillendin bacısıdır. 1943-cü ildə ABŞ vətəndaşlığına keçmişdir. Əsl adı "Coan de Bovuar de Hevillend" olan Coan Fonteyn 1940-ci ildə çəkilən, Alfred Hiçkokun rejissorluğunu etdiyi "Rebekka" filmindəki rolu ilə tanınır. 15 dekabr 2013-də ABŞ-nin Kaliforniya ştatında vəfat etmişdir.
Karen Fonteyn
Karen Fonteyn (29 yanvar 1969) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Karen Fonteyn Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Fonteyn Olimpiadanın gümüş medalına sahib olub.
Fonten (İzer)
Fonten (fr. Fontaine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor və Fonten-Sesine kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38169. Kommunanın 2007-ci il üçün əhalisi 22394 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km qərbdə yerləşir.
Jüst Fonten
Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d] – 28 fevral 2023, Tuluza, Fransa) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı. == Futbolçu karyerası == Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu.
Monten (müğənni)
Gessika Alissa Serro (14 avqust 1995, Sidney) və ya səhnə adı ilə Monten — 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı "Don't Break Me" mahnısı ilə təmsil edəcəkdi. Müsabiqə ləğv olunsa da, 2021 Avroviziya Mahnı Müsabiqəsində də Avstraliyanı təmsil edəcək.
Sen-Myuri-Montemon
Sen-Myuri-Montemon (fr. Saint-Mury-Monteymond) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38430. Kommunanın 2012-ci il üçün əhalisi 342 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 2600 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 17 km şərqdə yerləşir.
Content delivery network
Məzmun çatdırılma şəbəkəsi (ing. Content delivery network; CDN) — coğrafi olaraq paylanmış proksi serverlər şəbəkəsi və onların data mərkəzləri. Məqsəd xidməti son istifadəçilərə nisbətən məkan baxımından çatdırmaqla yüksək əlçatanlıq və performans təmin etməkdir. CDN-lər 1990-cı illərin sonlarında İnternetin insanlar və müəssisələr üçün iş baxımından kritik bir mühitə çevrilməyə başladığı vaxtda İnternetin performans boğazlarını (bottleneck) yüngülləşdirmək üçün bir vasitə kimi meydana çıxdı. O vaxtdan bəri CDN-lər veb-obyektlər (mətn, qrafika və skriptlər), yüklənə bilən obyektlər (media faylları, proqram təminatı, sənədlər), proqramlar (e-ticarət, portallar), canlı yayım və sosial media saytları da daxil olmaqla bu gün İnternet məzmununun böyük bir hissəsinə xidmət etmək üçün böyüdü. CDN-lər internet ekosistemində bir təbəqədir. Media şirkətləri və e-ticarətçilər kimi məzmun sahibləri məzmunlarını son istifadəçilərinə çatdırmaq üçün CDN operatorlarına pul ödəyirlər. Öz növbəsində CDN də öz serverlərini məlumat mərkəzlərində yerləşdirmək üçün İnternet xidmət provayderlərinə (ISP), daşıyıcılara və şəbəkə operatorlarına pul ödəyir. CDN müxtəlif məzmun çatdırılması xidmətlərini əhatə edən ümumi termindir: video striminqi, proqram yükləmələri, veb və mobil məzmunun sürətləndirilməsi, lisenziyalı/idarə olunan CDN, şəffaf keş və CDN performansını ölçmək üçün xidmətlər, yük balansı, çoxlu CDN keçidi, analitika və bulud kəşfiyyatı. CDN satıcıları təhlükəsizlik, DDoS qorunması və veb tətbiqi qoruyucu divarları (WAF) və WAN optimizasiyası kimi digər sənaye sahələrinə keçə bilər.
Conen dağı
Conen dağı – Yaponiyada dağ.
Henri La Fonten
Henri La Fonten — (fr. Henri La Fontaine 22 aprel 1854, Brüssel- 14 may 1943, Brüssel), Belçika beynəlxalq hüquqşünası və Beynəlxalq Sülh Bürosunun prezidenti idi. 1913-cü ildə Nobel sülh mükafatını aldı, çünki "Avropada barış hərəkatının təsirli lideri idi". == Həyatı == La Fonten 22 aprel 1854-cü ildə Brüsseldə anadan olub və Brüsselin Azad Universitetində hüquq fakültəsində təhsil alıb (indi Brüssel Universiteti və Brüssel Vrici Universiteti ayrıldı). 1877-ci ildə vəkilliyə qəbul edildi və beynəlxalq hüquq üzrə böyük nüfuza sahib oldu. O və bacısı Leoni La Fonten, 1890-cı ildə Belçika Qadın Hüquqları Liqasını quraraq, qadın hüquqları və seçki hüququnun müdafiəçiləri idilər. 1893-cü ildə Brüsselin Azad Universitetində beynəlxalq hüquq professoru oldu və iki il sonra Sosialist Partiyasının üzvü olaraq Belçika Senatına seçildi. 1919-1932-ci illərdə Senat sədrinin müavini vəzifəsində çalışıb. La Fonten, 1882-ci ildə qurulan Beynəlxalq Sülh Bürosu ilə daha tez maraqlandı və Büronun 1899 və 1907-ci illərdəki Haaqa Sülh Konfranslarını həyata keçirmə səylərində təsirli oldu. 1907-ci ildən 1943-cü ilə qədər (vəfat edənə qədər0 Büro sədri vəzifəsində çalışdı.
Mişel de Monten
Mişel de Monten (tam adı:Mişel Ekem de Monten, fr. Michel de Montaigne; fr. Michel Eyquem de Montaigne; 28 fevral 1533 – 13 sentyabr 1592[…]) — fransız intibah dövrünün yazıçısı və filosofu. Mişel Monten 28 fevral 1533-cü ildə dövlətli tacir ailəsində anadan olmuşdu. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, "de Monten" zadəgan tituluna layiq görülmüşdü. Atasının elmə və ədəbiyyata olan marağı irsən oğluna da keçmişdir. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudi ailəsindən idi. Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır. 24 yaşlı Monten orada həyatının ən əlamətdar hadisələrindən birini yaşadı – Etyen de la Böesi (1530–1563) ilə tanış oldu. Onlar arasında dərin intellektual və emosional yaxınlığa əsaslanan bir dostluq münasibətləri yarandı.
Technicolour (Monten mahnısı)
Technicolour (azərb. Texnorəng‎) — Avstraliyanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Monten ölkə televiziya kanalı SBS tərəfindən daxili seçimlərlə 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək hüququ qazandı. Uzun müddətdir hazırlanma prosesi gedən mahnı 5 Mart 2021 tarixində ictimaiyyətə paylaşıldı. 2 Aprel 2020 tarixində Avstraliya televiziya kanalı SBS Monteni təmsilçi kimi seçdi. Monten Avstraliyanı 18 May tarixində keçiriləcək 1-ci yarım final mərhələsində təmsil edəcək.
Teodor Fönten
Teodor Fönten (alm. Theodor Fontane‎; 30 dekabr 1819[…], Noyruppin[d], Brandenburq – 20 sentyabr 1898[…], Berlin[…]) — alman yazıçı və şairi. Teodor Fönten 1819.ci ildə Almaniyada anadan olmuş fransız əsilli şair və yazıçıdır. Ədəbiyyat aləminə tarixi balladalar yazaraq giriş edən Fönten, 1878.ci ildən sonra fəaliyyətini daha çox roman yazıçısı olaraq davam etdirmişdir. Onun ən bilinən əsəri 1895.ci ildə yazılmış 3 ciltli Effi Bryest (roman)ıdır. Yazıçı 1898.ci ildə, 78 yaşında vəfat etmişdir.
Ali Canib Yöntem
Ali Canib Yöntem (1 yanvar 1887 və ya 1887, Konstantinopol – 26 oktyabr 1967 və ya 1967, İstanbul) — Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan bir şair, yazıçı, ədəbiyyat tədqiqatçısı, redaktor, müəllim və siyasətçi == Həyatı == Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan Ali Canib Yöntem 1887-ci ildə İstanbulda anadan olmuşdur. İbtidai təhsilini Üsküdarda "Gülfem Hatum" məktəbində, orta təhsilini isə "Toptaşı Askeri Rüşdiyyəsində almış, iki ilə qədər də "Fransız məktəbində" oxumuşdur. Atasının Selanikə sürgün edilməsi ilə əlaqədar olaraq, Ali Canib buradakı "Mülkiye" orta məktəbində təhsilini davam etdirmiş və axırıncı sinifdə olarkən imtahan verib. İstanbul Hüquq məktəbinə daxil olmuşdur. Bir il İstanbulda, dörd il də Selanik Hüquq məktəbində təhsil alsa da, Balkan müharibəsi başladığına görə o, təhsilini bitirmədən İstanbula getmişdi. 1908-ci ildən ədəbiyyat aləminə qatılan Ali Canib "Bahçe", "Aşiyan", "Kadın" jurnallarında şeirlər və məqalələr yazmağa başlayır. İstanbulda təşkil olunan "Fecri-Ati" cəmiyyətinin Selanikdə müxbiri olmuş və "Fecri-Ati"dən ayrıldıqdan sonra şeirlərini "Genç kalemler" məcmuəsində çap etməyə başlayır. 1911-ci ildə "Genç kalemler" jurnalının baş redaktoru olan Ali Canib, Ömər Seyfəddin ilə birlikdə "Yeni lisan" dil hərəkatının və "Milli ədəbiyyat" cərəyanının yaranmasına rəhbərlik etmişdir. Ali Canib həmçinin bir müəllin kimi fəaliyyət göstərmiş, "Selanik İttihat ve Terakvi" məktəbində, "Ali Ziraat" məktəbində, Çanakkale ve Gelenbevi Sultanilərində, "Kabataş liseyi" və "İstanbul erkek öğretmen" məktəblərində müəllimlik etmişdir. O, həmçinin Ali müəllimlər məktəbində ədəbiyyat müəllimi, Universitetdə də Türk ədəbiyyatı müəllimi olaraq işləmişdi.