Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zöhrə Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zəhra Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Cuba
Cuba (ərəb. جوبا‎, ing. Juba) — Cənubi Sudanın paytaxtı, Cənubi Sudanda Mərkəzi Ekvatoriya əyalətinin inzibati mərkəzi. Ölkə rəhbərliyi müstəqillikdən sonra paytaxtı başqa şəhərə köçürmək planlarını açıqlamışdır. == Mənbə == Equatorians Abroad Fisher, J. 2005, 'Southern Sudan's Front-line Town', BBC News, 20 April 2005.
Cunya
Cunya — Yaponiya adı. Cunya Tanaka — Yaponiya futbolçusu. Cunya İto — Yaponiya futbolçusu. Cunya Enoki — Yaponiya aktyoru.
Cuğa
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir. Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. == Cuğa karvansarası == Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir.
Tuya
Tuya (lat. Thuja) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Şuya
Şuya (rus. Шуя) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Çuya gölü
Çuya gölü — Rusiya Federasiyasındə, Altay Respublikasında, Altayın cənub-şərqində dağarası çuxur. Çuya cayının (Ob hövzəsi) yuxarı axınında, Kuray silsiləsi ilə (şimalda) Cənubi Çuya silsiləsi (cənubda) arasında,1750–2200 m hündürlüyündədir;Uzunluğu 70 km-ədək, eni 30–40 km-dir. Buzlaq və göl-çay çöküntülərindən ibarətdir. Otlaq kimi istifadə olunan yarım-səhralar var. Çuya çayındən Çuya avtomobil yolu keçir. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı. 2015. səh.
Caya Bhaduri
Caya Bhaduri(ing. Jaya Bhaduri, ərlik soyadı Caya Baççan; doğ. 9 aprel 1948, Cabalpur, Madhya-Pradeş, Hindistan) — hind aktrisası və yazıçısı. == Həyatı == Aktrisa, yazıçı, prodüserdir. 9 aprel 1948-ci ildə anadan olmuşdur. İlk dəfə filmə 1963-cü ildə çəkilib. 2001-ci ildə “Həm xoşbəxtlikdə, həm kədərdə” filminə çəkilib. Abhişek Baççanın anasıdır. Ailəlidir, iki övladı var.
Caya dağı
Caya (ind. Puncak Jaya) — Yeni Qvineya adasının qərbində, Maoke massivində dağ zirvəsi. İndoneziyaya aid olan bu zirvə ölkənin Papua vilayətində yerləşir. Caya - Okeaniyanın ən yüksək zirvəsi, eləcədə dünyda adada yerləşən ən hündür dağdır. Bəzi mənbələr dağın 5029 və ya 5030 metr hündürlyə malik olduğunu göstərir. Avropalılar ilk dəfə zirvəni 1623-cü ildə gürmüş. Holladiyalı tədqiqatçı Yan Karstens uzaqdan, açıq havada başı qarlı dağ görmüşdür. Məhs bu onun təəcüblənməsinə səbəb olmuş: düz ekvatorun mərkəzində buzlaq Dağ ilk öncə Yan Karstensin şərəfinə adlandırılmış, sonra 1965-ci ildə İndoneziya prezidentinin şərəfinə Sukarno adlandırmışlar. 1969-cu ildən dağ Caya adlandırldı İndoneziya dilində Caya qələbə deməkdir. Dağ zirvəsinin ilk fəthi 1962-ci ildə baş vermiş.
Ciya (Zəncan)
Ciya — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Tarım şəhristanının Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 62 km -şimal-qərbdədir.
Cuba Universiteti
Cuba Universiteti (ing. University of Juba) — Cənubi Sudanın aparıcı ali məktəbi, həmçinin Cuba Milli Universiteti kimi tanınır. Cuba şəhərində yerləşir, dərslər ingilis dilində keçilir. == Tarixi == Cuba universiteti Sudanın cənub bölgələrində əhalinin ali təhsil almaları üçün yaradılıb. Sudanda ikinci vətəndaş müharibəsi zamanı universitet fəaliyyətini Xartumda davam etdirirdi. 2006-cı ildə Sudan hökuməti universitetinin adını Cuba Milli Universiteti adlanmasına razılıq verdi.
Cunya Tanaka
Cunya Tanaka (d. 15 iyun 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Cunya İto
Cunya İto (9 mart 1993, Yokosuka[d], Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 2 qol vurub.
Molla Cuma
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Nəhəng tuya
Nəhəng tuya (lat. Thuja plicata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın qərb hissəsidir, başlıca olaraq okeanın sahilboyu zolağında, aran yerlərdə, kifayət qədər nəm torpaqlarda yayılmışdır. Yan budaqlar qısa, küt, vəziciksizdir. əlverişli şəraitdə hündürlüyü 40–70 m-ə və diametri 120-240 sm-ə sıx ensiz-piramida formalı çətiri olan ağacdır. Qabığı qırmızı-qəhvəyi rəngdə olub, üzərində çatlar vardır. Şaxələrinin üst tərəfi parlaq tünd-yaşıldır. İynəyarpaqları xaçşəkilli və ya yumurtaşəkillidir, ucu biz, vəziciklidir, üzərində ağımtıl zolaqları vardır. Rəngli formaları kompozisiyalar düzəltmək üçün yararlıdır. Qozaları dərivarı, uzunsov-oval olub, uzunluğu 10-12 sm-dir.
Suya tullanma
Suya tullanma, müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir. Tramplen atlanma. Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir. Qüllə atlanma. Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir. Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir.
Yuya Kubo
Yuya Kubo (d. 24 dekabr 1993) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Yuya Osako
Yuya Osako (18 may 1990) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Cuda Perl
Cuda Perl (ing. Judea Pearl — Cudia Perl, ivr. ‏יהודה פרל‏‎; 4 sentyabr 1936, Tel-Əviv, Britaniya Fələstini) — kompüterşünaslıq sahəsində Amerika və İsrail alimi, Bayesian şəbəkələrinin riyazi aparatının müəllifi, ehtimal olunan nəticələrin riyazi və alqoritmik bazasının yaradıcısı, qrafik ehtimal modelləri üçün etimad yayma alqoritminin müəllifi, hesablama və əks-şərti hesablama. 2011-ci ildə Perl Türinq mükafatına "ehtimal və səbəb səbəbləri üçün hesablama hazırlamaqla süni intellektə əsaslı töhfə" qazandırdı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2014). Cudanın "Ağıllı Sistemlərdə Ehtimal Təqdimatı: Şüalanan İnferans Şəbəkələri" (ing. "Probabilistic Reasoning in Intelligent Systems: Networks of Plausible Inference") (1988) kitabı sitatların sayına görə CiteSeerX verilənlər bazasında 7-ci yeri tutur (May 2012-ci il tarixinə 5.222 fakt). Pakistanda 2002-ci ildə öldürülən amerikalı jurnalist Daniel Perlın atasıdır. == Bioqrafiyası == 4 sentyabr 1936-cı ildə Təl-Əvivdə Mandatalı Fələstində, Polşadan gələn mühacir ailəsində anadan olmuşdur. Uşaqlıq Bnei Brakda keçdi - bu şəhəri quran Gur Hasidim qrupunda onun babası - Chaim Perl idi.
Cuğa karvansarası
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.
Cuğa körpüsü
Cuğa körpüsü- Azərbaycanın XII-XIII əsrlərə aid memarlıq abidəsi. Bu körpü Arazın üstündə karvan yolu istiqamətinə uyğun salınmış və onun yanlndakı Çuğa şəhəri bu səbəbdən iri ticarət qovşağına çevrilmişdir. Müasir Culfa şəhəri yaxınlığında dar bir dərədə qədim Cuğa şəhərinin xarabaları qalmışdır.Araz çayı üzərində Cuğa körpüsünün salınması ilə şəhərin beynəlxalq ticarət yolu üzərində böyük mərkəz kimi əhəmiyyəti artmışdır.Körpünün xarabaları dövrümüzədək gəlib catmışdır.Hazırda Cuğa körpüsünün yalnız 5 dayağı qalmışdır.Birinci istisna olmaqla,bütün dayaqlar pis vəziyyətdədir.Bunlar üzlüyü tökülmüş çaydaşı hörgüsü qalıqlarıdır.Salamat qalmış sahil dayağının suya baxan səthində 4 sıra dairəvi boşluqları olan körpü tağının dabanı görünür. == Cuğa şəhəri == Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir. Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbiristanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir.
Cuğa nekropolu
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır. Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.
Cuğa qalası
Cuğa qalası - Əlincəçayın sahilində yerləşən XI əsrə aid qala.
Çufa
Çuxa
Çuxa — kişi üst geyimlərindən biri. Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur. Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir. Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur.
Çüyya
Çüyya (v. e.ə. 7) — Hunların XVI şanyüsü. Digər qardaşları kimi sakit həyat sürən Çüyya 4 il hakimiyyətdə olduqdan sonra vəfat etdi.
Çuka ryori
Yaponiya Çin mətbəxi (Çuka (中華, 中華料理 çuka ryori, hərfi mənada "Çin yeməyi")) - Çindən Yaponiyaya gəlmiş və illər ərzində dəyişilmiş yapon xörəkləri. Bəzi yaponlar səhv olaraq bu xörəkləri Çin sayırlar, lakin çinlilər heç vaxt onları öz xörəkləri hesab etməyib və elə üsulla hazırlamayıblar. Bəzi hallarda onları Çin xörəyi edən yalnız əriştə olur, digər inqridientlər isə Yaponiyadan (hiyaşi-çuka) və ya hətta Avropadan (vetçina) olur. MDB ölkələrində hərdən yosunu səhvən çukka adlandırırlar, lakin bu salata aidiyyəti olmayan xörək də ola bilər.
Çula xaqan
Çula xaqan (VI əsr – 620, Ordu-Balıq, Arxanqay) — Şərqi Göytürklərin üçüncü xaqanı. Çula xaqan qardaşından sonra taxta keçmişdi. Onun dövründə Çində vətəndaş müharibəsi davam edirdi. O son Suy imperatriçasına sadiq qüvvələri Tan sülaləsinə qarşı müdafiə edirdi. Nazirləri hər nə qədər ona müharibədən qaçınmalarını məsləhət görsə də xaqan bunu Suy sülaləsinə olan borcu kimi izah edirdi. Əslində isə Göytürklər Çini bacardıqları qədər qarışdırmaq istəyirdi. Xaqan elə bir il hakimiyyət edəndən sonra xəstəlikdən öldü. Şahzadə Yiçenqlə evlənmişdir. Oğulları: Aoşe şad (奧射設) Aşina Momo (阿史那摸末, 607 - 649) - Yuşe şad (郁射設) titulu almışdı. Li (李氏) klanından biri ilə evlənmişdi.