Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dözümlülük və ya Şelford qanunu
1913-cü ildə isveçrəli botanik V. E. Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinə səbəb ətraf mühit faktorlarının təkcə çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə də orqanizmin ətraf mühitdən tələbi iki şərtlə ölçülür: a)minimal ekoloji tələb, b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizimdə müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nə də çox deyil optimal olmalıdır. Dözümlülük həddi konsepsiyası biosferlə insanın əlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oynayan çox vaxt antropogen faktor olur. Canlıların dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji qanunauyğunluq müəyyən edilmişdir: Canlıların dözümlülük həddi bir faktora qarşı geniş, başqa faktora qarşı məhdud ola bilər. Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur. Ətraf mühitdən canlıya təsir edən hər hansı ekoloji faktor optimal olmayanda, onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.
Çözümlülük
Çözümlülük – 1. Kəsilməz kəmiyyətin onun rəqəmli analoqu ilə verilməsinin dəqiqliyi. 2. Görüntünün dəqiqliyini müəyyənləşdirən xarakteristika. Görüntü displeyə çıxarıldıqda onun çözümlülüyü ekrandakı piksellərin sayı ilə müəyyən olunan bir düymdəki nöqtələrin sayına, printerə çıxarıldıqda isə bir düymdəki nöqtələrin sayına deyilir. Bu say da görüntünün dəqiqliyini və keyfiyyətini göstərir. Məsələn, bəzi lazer printerlərinin çözümlülüyü bir düymdə 300 nöqtə, yüksək çözümlülüklü printerlərdə isə bir düymdə 600 – 2000 nöqtə olur. Bəzi hallarda üfüqi və şaquli istiqamətlərdə çözümlülük üst-üstə düşmür. Çözümlülüyün 320 x 200 olması görüntünü əmələ gətirən nöqtələrin iri, görüntünün keyfiyyətinin isə aşağı olmasını göstərir. Çözümlülüyün 1240 x 800 olması görüntünün ibarət olduğu nöqtələrin yetərincə kiçik, görüntünün keyfiyyətinin isə yüksək olması deməkdir.
Yüksək çözümlülük
Yüksək çözümlülük (high resolution) – rastr displeylərində və çapda: mətni və qrafikanı kifayət qədər dəqiq (incəliklə) əks etdirən ekranın və ya görüntünün keyfiyyət xarakteristikasıdır. Çözmə kəmiyyəti görüntünü yaratmaq üçün istifadə edilən piksellərin (nöqtələrin) sayı ilə müəyyən olunur: piksellər nə qədər çox olarsa, çözümlülük də bir o qədər yüksək olur. Məsələn, IBM Enhanced Graphics Adapter (640×350 piksel) adapteri ilə müqayisədə IBM Video Graphics Array (VGA) adapteri daha yüksək çözümlü (640×480 piksel) görüntü yaradir. Displeyin çözmə imkanını kifayət qədər, hətta meqapikselli displeylərin (1000×1000 piksel) göstəricilərini aşaraq, artırmaq olar (məsələn, 1600×1200 piksel). Çapa gəldikdə isə, yüksək çözümlülük anlayışından əsasən lazerli printerlərlə və fotoyığım avadanlıqları ilə bağlı istifadə olunur; bu halda çözmə imkanı bir düymdə çap olunan nöqtələrin sayı ilə ifadə olunur. Lazerli çapda çözümlülük təxminən bir düymdə 300-dən 1200 nöqtəyədək olur; sadə fotoyığım qurğularında çözümlülük təxminən bir düymdə 1000 nöqtə, sənaye keyfiyyətli qurğularda isə 1000-2000 və daha artıq nöqtəyə çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dözümsüzlük (film,1916)
Dözümsüzlük — D. W. Griffith-in rejissoru olduğu 1916-cı il epik səssiz filmi.
Dözümsüzlük (film, 1916)
Dözümsüzlük — D. W. Griffith-in rejissoru olduğu 1916-cı il epik səssiz filmi.