Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Durnam (xalq mahnısı)
== Haqqında == Xalq mahnısı daha çox Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynovun özünəməxsus tərzdə ifasıyla məşhurlaşmışdır. Sonralar mahnını Alim Qasımov, Səxavət Məmmədov, Təyyar Bayramov kimi məşhur xanəndələr ifa etmişdir. == Sözləri == Dilbər telin daramı, (bəzən: Qara telin daramı) Yoxdur könlüm aramı! (bəzən: Yoxdur könül aramı!) Sən ki, təbib deyildin, Neyçün açdın yaramı? Durnam! Sən haralısan sormam, (bəzən: sorma!) Mən buralarda durmam! Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım) Gəl sinəm üstə, Durnam! Yaralı Durnam!Qarpız kəsdim yeyən yox, Vallah dərdim bilən yox! (bəzən: dərdimi) Yarım mənlə barışıb, (bəzən: Mən yarımla barışdım) Gözün aydın deyən yox! Durnam!
Dülyam (dağ)
Dülyam -Lerik rayonu ərazisində dağ. == Toponimi == Oronim talış dilindəki dü(iki) və lyam (yaylaq) komponentlərindən düzəlib, "iki yaylaq" mənasındadır.
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Məhəmməd Xoşnam
Xacə Məhəmməd Xoşnam və ya Xoca Məhəmməd Xoşnam - XI əsrdə Azərbaycanda yaşamış təsəvvüf alimi. Əxi Fərəc Zəncaninin müridlərindən olmuşdur. Xacə Məhəmməd Xoşnam Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvandan Zəncana köçmüş və sonra Xoca məntəqəsinə (onun adına Xoca Xoşnam adlandırlıb) getmişdir. Xocada vəfat etmişdir və türbəsi də bu şəhərdədir.
Xoşnam (Əbhər)
Xoşnam (fars. خوشنام‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 487 nəfər yaşayır (100 ailə).
Anri Dünan
Henri Dünan (fr. Jean-Henry Dunant, Henri Dunant; 8 may 1828[…], Cenevrə və ya İsveçrə – 30 oktyabr 1910[…]) — dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının qurucusudur. == Həyatı == Henri Dünan Cenevrə şəhərində adi tacir olmuşdur. O, böyük bir gölün kənarında yerləşmiş bu şəhərdə dinc şəraitdə işləyir və müharibənin törətdiyi bəlalardan xəbərsiz yaşayırdı. Çünki, onun vətəni İsveçrə 1815-ci ildən bəri Avropa dövlətlərinin razılığı ilə neytral siyasət yürüdür və dövlətlərarası müharibələrdə iştirak etmirdi. 1859-cu ildə Henri Dünan İtaliyanın şimalına, italyanların və fransızların avstriyalılara qarşı vuruşduğu yerlərə işgüzar bir səfər edir. Həmin yerlərdən keçərkən Dünan təsadüfən Solferino döyüşündə yaralanmış əsgərlərin arasına düşür və gördükləri onu dəhşətə gətirir. 1862-ci ildə yazdığı "Solferino xatirələri" adlı kitabında o, gördüklərini belə təsvir edir: "Gecənin sakitliyini yaralıların iniltisi və qüssədən çəkilən ahlar, adamın ürəyini deşən imdad çağırışları pozur. Bu dəhşətli gecəni olduğu kimi təsvir etmək heç cür mümkün deyil. İyunun iyirmi beşində doğan günəş təsəvvürə gətirilməsi mümkün olmayan bir mənzərəni işıqlandırır.
Didye Deşam
Didye Deşam (15 oktyabr 1968[…], Bayonna[d]) — Fransalı keçmiş futbolçu və futbol məşqçisi.
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. == Uşaqlığı və təhsili == Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssamBöyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Xacə Məhəmməd Xoşnam
Xacə Məhəmməd Xoşnam və ya Xoca Məhəmməd Xoşnam - XI əsrdə Azərbaycanda yaşamış təsəvvüf alimi. Əxi Fərəc Zəncaninin müridlərindən olmuşdur. Xacə Məhəmməd Xoşnam Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvandan Zəncana köçmüş və sonra Xoca məntəqəsinə (onun adına Xoca Xoşnam adlandırlıb) getmişdir. Xocada vəfat etmişdir və türbəsi də bu şəhərdədir.
Xoca Məhəmməd Xoşnam
Xacə Məhəmməd Xoşnam və ya Xoca Məhəmməd Xoşnam - XI əsrdə Azərbaycanda yaşamış təsəvvüf alimi. Əxi Fərəc Zəncaninin müridlərindən olmuşdur. Xacə Məhəmməd Xoşnam Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvandan Zəncana köçmüş və sonra Xoca məntəqəsinə (onun adına Xoca Xoşnam adlandırlıb) getmişdir. Xocada vəfat etmişdir və türbəsi də bu şəhərdədir.
Mənim dünyam (film, 2013)
Mənim dünyam 2013-cü ildə Uğur Yücel tərəfindən çəkilmiş bədii filmdir. Baş rollarda Beren Saat və Uğur Yücelin çəkildiyi bu filmdə, baş rolları ifa edən aktyorları Ayça Bingöl, Melis Mutluç, Turqay Kantürk, Hazar Ergüçlü, Yasemin Conka və Erdal Küçükkömürcü müşayiət edir. Bu, Helen Kellerin "Yaşadığım Dünya" adlı avtobioqrafik romanı əsasında 2005-ci ildə çəkilmiş Qara adlı hind filminin kopyasıdır. Filmin premyerası 22 oktyabr 2013-cü ildə baş tutmuşdur. == Filmin süjet xətti == Uşaqlıqda keçirdiyi xəstəlikdən sonra kar, kor və lal olan Ela 8 yaşına qədər həyatdan xəbərsiz yaşayır. Elanın həyat mübarizəsi eyni vəziyyətdə böyük bacısını faciəvi şəkildə itirən Mahir Hoca ilə tanış olduqdan sonra başlayır. Qaradan ağa doğru uzanan bu səyahətdə yalnız bir sözə yer yoxdur: qeyri-mümkün. Sükutun səsə, qaranlığın işığa çevrildiyi film; Mənim Dünyam qaranlığı görə bilənlərin, qaranlığın mənasını yenidən yazanların hekayəsidir.
Mənim Çörəkli Dünyam (1991)
== Məzmun == Kinolent Azərbaycanda taxılçılığın inkişafı və əhalinin çörək məhsulları ilə təminatında qarşılaşdığı problemlərdən söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Dustaq
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir.1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir."Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir. Bu sübut Liviyalıların Buşmenləri köləyə çevirdiyini nümayiş etdirirdi. == Psixoloji təsirlər == === Təkbaşına məhkumluq === Məhbuslara mənfi təsir edən başlıca səbəblər sırasında onların uzun müddət məhkumluqda təkbaşına qalması qeyd edilir.
Dubna
Dubna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
DSLAM
Digital subscriber line access multiplexer və ya qısaca DSLAM — çox vaxt telefon stansiyalarında yerləşən və çoxsaylı müştəri rəqəmsal abunəçi xətti (DSL) interfeyslərini multipleksləşdirmə üsullarından istifadə edərək yüksək sürətli rəqəmsal rabitə kanalına birləşdirən şəbəkə cihazı. Onun kabel interneti (DOCSIS) analoqu CMTS-dir. == Rolu == DSLAM avadanlığı bir çox modem portlarından məlumatları toplayır, onların səs və məlumat trafikini multipleksləmə vasitəsilə bir mürəkkəb kompozit "siqnalda" birləşdirir. Cihazın arxitekturasından və quraşdırılmasından asılı olaraq, DSLAM öz ATM, Frame Relay və/və ya İP şəbəkəsi, PTM-TC protokol toplusundan istifadə edən IP-DSLAM üzərindən DSL xətlərini birləşdirir. Daha sonra birləşmiş trafik 10 Gbit/s-ə qədər sürətdə NSP adlanan giriş şəbəkəsi vasitəsilə telekommunikasiya şirkətinin magistral sviçə yönəldilir. DSLAM şəbəkə sviçi kimi fəaliyyət göstərir, çünki onun funksionallığı OSI modelinin ikinci qatındadır. Buna görə də, o çoxlu IP şəbəkələri arasında yalnız ISP cihazları və son istifadəçi əlaqə nöqtələri arasındakı trafikin istiqamətini dəyişdirə bilməz. DSLAM trafiki BRAS-a (broadband remote access server) yönləndirilir, burada son istifadəçi trafiki daha sonra ISP şəbəkəsi vasitəsilə İnternetə yönləndirilir. Qoşulduğu DSLAM ilə yaxşı əlaqə quran Customer-premises equipment (CPE) təkmilləşdirilmiş telefon səsi və məlumat xətti siqnalizasiya xüsusiyyətlərindən, onun dəstəklədiyi bant genişliyinə nəzarət və kompensasiya imkanlarından istifadə edə bilər. DSLAM telefon stansiyasında yerləşə və ya yerləşməyə bilər.
Mənim çörəkli dünyam (film, 1991)
== Məzmun == Kinolent Azərbaycanda taxılçılığın inkişafı və əhalinin çörək məhsulları ilə təminatında qarşılaşdığı problemlərdən söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Durham Hesabatı
Britaniya Şimali Amerikası Problemləri Hesabatı (İngilis dilində: “Report on the Affairs of British North America”) — adətən Durham Hesabatı (“Durham Report”) olaraq bilinir, 1839-cu il tarixli, Quebec, Ontario, Kanada və Britaniya İmperiyası tarixində rol oynamış sənəddir. 1837-1838-ci illərdə Aşağı Kanadada və Yuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı John Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi. Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir. Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət. Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi.
Dustan (Salmas)
Dustan (fars. دوستان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 609 nəfər. yaşayır (109 ailə).
Robert Putnam
Robert David Putnam— Amerikalı siyasi alim. O, Harvard Universitetinin Con F. Kennedi adına Hökumət Şöbəsində İctimai Siyasət üzrə Piter və İzabel Malkin Professorudur. Putnam beynəlxalq müqavilələrin ölkə daxilində də faydalı olarsa, uğurlu olduğunu fərz edən iki səviyyəli oyun nəzəriyyəsini inkişaf etdirmişdir. Onun ən məşhur, eyni zamanda da mübahisə doğuran işlərindən biri olan Tək Boulinq əsərində müzakirə olunan əsas məsələ 1960-cı illərdən bəri ABŞ ciddi mənfi nəticələr yaradan mülki, sosial, birlik və siyasi həyatda (sosial kapital) bağlı görülməmiş tənəzzülə məruz qalmışdır. 2010-cu ildə o, birgə nəşr etdirdiyi məqaləsində, trendin başqa istiqamətə doğru dəyişdiyini vurğulamışdır; belə ki, sosial kapitala təkan verilməsini dəstəkləsə də, əvvəlki tezisinin ("Amerikalılar indi tək boulinq oynayır") artıq doğru olmadığını da hiss edirdi. O, 2015-ci ilin martında ABŞ-də imkanların bərabərsizliyi məsələlərindən bəhs edən Uşaqlarımız: Amerika xəyalları böhran içində adlı kitabını çap etdirmişdir. == Həyatı == Robert David Putnam 9 yanvar 1941-ci ildə Roçester, Nyu Yorkda anadan olmuş və bir gənc kimi boulinq yarışlarında iştirak etdiyi Ohayo, Port Klintonda böyümüşdür. Putnam 1963-cü ildə Suartmor Kollecindən məzun olmuşdur, burada o Fi Siqma Kappa qardaşlığının da üzvü olmuşdur. Görkəmli tələbə kimi o, Oksford Universitetinin Balliol Kollecində təhsil almaq üçün Fulbrayt təqaüdü qazanmış, daha sonralar isə 1970-ci ildə magistr və doktor dərəcəsi almaq üçün Yel Universitetinə yollanmışdır. 1979-cu ildə Harvard fakültəsinə qoşulana qədər Miçiqan Universitetində dərs demişdir.
Rusnak (kommuna)
Rusnak (fr. Roussennac, oks. Rocennac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Durham Universiteti
Durham Universiteti — 1832-ci ildə Parlament Aktı ilə qurulan və 1837-ci ildə kral nizamnaməsi ilə birləşdirilən İngiltərənin Durham şəhərində ictimai tədqiqat universiteti.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.
Ağ durna
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Cennifer Dudna
Cennifer Dudna (ing. Jennifer Doudna; 19 fevral 1964, Vaşinqton) — amerikalı alim, Emmanüel Şarpantye ilə Kimya üzrə Nobel mükafatı laureatı (2020).
Desna çayı
Desna çayı (ukr. Десна) — Şərqi Avropada çay. Rusiya və Ukrayna ərazilərindən keçir. Dnepr çayının sol qolunu təşkil etməklə yanaşı həmdə onun ən böyük qoludur. Çayın uzunluğu 1130 km təşkil edir. Novqorod-Sevenski şəhərinə qədər 535 km məsafədə naviqasiya üçün yararlıdır. Daimi naviqasiya isə Jukovka şəhərinə qədərdir. Hövzəsinin sahəsi 88, 9 km²-dir. == Adının mənası == Adının mənası q.slav. дєснъ — "sağ" deməkdir.
Dunay adaları
Dunay adaları — Laptevlər dənizində yerləşən adalar qrupu. Lena deltasının şimalında qərarlaşır. Saxa ərazisinə daxildir. Sdalar qrupuna daxildir: Yeqorşa, Lepyeşkalabıt-Byelkyeye, Dunay-Arıta.Arxipelaqın ən iri adası Dunay-Arıta adasıdır. Ada və bütün adalar qrupu Yenisey kazakı Konstantin Stepanoviç Dunayın şərəfinə adlandırılmışdırSovet dönəmində Dunay-Arıta adasında qütb stansiyası fəaliyyət göstərirdi.
Dunay buzlaşması
Dunay buzlaşması — Dördüncü dövrdə baş vermiş buzlaşma. Buzlaşma Pleystosen epoxasının əvvəlində başlamış, Pliosenin sonu bitmişdir (1,5 —1,8 milyon il əvvəl ). Bu buzlaşma Albrext Penkin Alplarda baş vermiş dörd ənənəvi buzlaşma sxeminə daxil deyil. İlk dəfə bu buzlaşmanı alman geoloq Bartele Eberlem 1928-ci ildə ayırmış və Dunay çayının şərəfinə adlandırmışdır. Dunay buzlaşması Alp dağlarının \n qədim qədim buzlaşmalarından biri hesab olunur. Bunu təsdiq edən sübutları İller və Lex çaylarının bölgəsində aşkar edilmişdir. Dunay buzlaşması Biber-dunay istinmə epoxasından sonra, Dunay-güns istinmə epoxasından əvvəl baş vermiş. == Ümumi məlumat == Dunay buzlaşması müstəqil buzlaşma kimi ayrılmazdan öncə tədqiqatçılar tərəfindən Minedl buzlaşmasının tərkibinə daxil edilirdi. Dunay buzlaşmasını Biber və Güns buzlaşmalarından ayıraraq formalaşdırmışlar. Bu ayrılma əsasən zandrların analizi nəticəsində baş vermişdir.
Afaq Məlikova. Rəqs dünyam mənim (film, 2017)
Afaq Məlikova. Rəqs dünyam mənim qısametrajlı sənədli televiziya filmi rejissor Aydın Əsədulla tərəfindən 2017-ci ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in Xalq Artisti Afaq Məlikovanın həyat və yaradıcılığından bəhs edir. Film xalq artistinin 70 illik yubileyi münasibətilə çəkilmişdir. == Məzmun == Film məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in Xalq Artisti Afaq Məlikovanın həyat və yaradıcılığından bəhs edir. Afaq Məlikova 1963-1974–cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974–cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. 1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışır.