Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Düymə (geyim)
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Düymə hüceyrəsi
Bir düymə hüceyrəsi, saat batareyası və ya sikkə batareyası, ümumiyyətlə 5 ilə 25 mm arasında əyilmiş silindr şəklində olan kiçik bir tək hüceyrəli bir batareyadır. == Hüceyrə kimyasının xüsusiyyətləri == == Növ təyinatı == == Sağlamlıq problemləri == == Həmçinin bax == Batareya ölçülərinin siyahısı Batareya növlərinin siyahısı Batareyanın geri çevrilməsi Süni kardiostimulyator İmplantasiya edilə bilən kardioverter-defibrilator == İstinadlar == == Mənbələr == == Xarici linklər == Coin cell reference table Watch battery cross reference table "IEC 60086-2 Primary batteries – Part 2: Physical and electrical specifications" (PDF). 2013-11-02 tarixində orijinalından (PDF) arxivləşdirilib.(boşaltma xüsusiyyətləri daxildir) "DIRECTIVE 2006/66/EC OF THE EUROPEAN PARLIAMENT AND OF THE COUNCIL".
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Bağlama
Düym
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Döymə (metallurgiya)
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Eşqə düşmə
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Duyma
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Başlatmaq
Başlatmaq (en. initialize ~ ru. инициализировать ~ tr. başlangıç durumuna getirmek) – istifadə üçün hazırlamaq. Verilənlər daşıyıcılarına, məsələn, disklər və ya lentlərə aid edildikdə, başlangıc durumuna gətirməkdə daçıyıcının səthinin keyfiyyətinin yoxlanılması, blokların nişanlanması, yükləmə informasiya blokunun yazılması və faylların yerləşdirilmə cədvəlinin yaradılması ola bilər. Proqramda dəyişənlərə aid edildikdə, başlatma, dəyişənə başlanğıc qiymətin mənimsədilməsini bildirir. Kompüterin özünə aid edildikdə başlatma, sadəcə, onun işə salınması deməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Durmə (Qürvə)
Durmə (fars. درمه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Duyma orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsi ilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - toxunma Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Bazlama
Bazlama — türk mətbəxindən bir çörək növü. Çörək olaraq sadəsi əsrlərdir Türklər tərəfindən bişirilir və yeyilir. Fərqli vasitələr istifadə edərək bir çox fərqli növü hazırlana bilər: qıymalı və pendirli kimi. Sadə növünə Samsun bölgəsində Pıtpıt da deyilməkdədir.
Döyməc
Döyməc və ya Döymac (az-əbcəd. دؤیماج،دؤیمَج‎) Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır. == Lazım olan ərzaqlar == 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq == Hazırlanma qaydası == İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Düzcə
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Ağlama divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Bağışlamaq haqqında And
Bağışlamaq haqqında And — xeyriyyəçilik məqsədilə multimilyarderlərin anlaşması Amerikalı multimilyarderlər Bil Geyts və Uorren Baffetin təşəbbüsü ilə hazırlanmış "Bağışlamaq haqqında And"ı imzalayan milyarder sərvətinin böyuk qismini xeyriyyə işlərinə sərf etməyə boyun olur. Sənədi 2010-cu ilin dekabrına kimi artıq 50 milyarder imzalayıb.
Onu bağışlamaq olarmı
Onu bağışlamaq olarmı?
== Məzmun == Burada cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın (Qriqori Tonuns) dramatik taleyi təşkil edir. == Film haqqında == Film aktrisa Əminə Yusifqızının səsləndirdiyi ilk filmdir. Film aktyor Muxtar Maniyevin kinoda ilk işidir. Filmdə aktyor Mehdi Məmmədovun ilk və son işidir. Filmdə rejissor Rza Təhmasibin son işidir. Film Məmmədhüseyn Təhmasibin "Bahar" pyesi əsasında ekranlaşdırılmışdır. Filmdə hadisələr yay aylarında cərəyan etsə də, çəkilişlər qışda həyata keçirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Məmmədhüseyn Təhmasib Quruluşçu rejissor: Rza Təhmasib Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Tofiq Quliyev Rejissor: A.Şuşkin Səs operatoru: Sabir İsgəndərov Geyim rəssamı: Cəbrayıl Əzimov Montaj edən: V.Mironova Rejissor assistenti: L.Berladir, R.Sarabski Məsləhətçi: M.Əliyev (milis polkovniki) Filmin direktoru: Bəşir Quliyev Çalır: Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Tofiq Quliyev Mahnı ifa edən: Şövkət Ələkbərova, Mirzə Babayev, Firəngiz Əhmədova === Rollarda === Mehdi Məmmədov — mayor Qaya Mürşüdov Manana Abuyeva — Sevda İsmayıl Talıblı — Veysəl Mirzə Qurgen Tonunts — Tərlan Hökümə Qurbanova — Kəmalə xanım Veriko Ancaparidze — ana Məmmədrza Şeyxzamanov — polkovnik Qurbanov Həsənağa Salayev — kapitan Qüdrət Müxlis Cənizadə — baş leytenant İbrahimov Bürcəli Əsgərov — leytenant Rəsulov Ətayə Əliyeva — Sara xala Məleykə Ağazadə — Qumru Əli Xəlilov — Şahmar Muxtar Maniyev — milis serjantı L.Əliyeva Çingiz Sadıqov — pianoçu (titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - məhəllə sakini (titrlərdə yoxdur) Tariyel Qasımov - tibb işçisi (titrlərdə yoxdur) Bikəxanım Rzazadə - tibb işçisi (titrlərdə yoxdur) Vera Şirye - Konduktor (titrlərdə yoxdur) Mixail Lezgişvili - milis işçisi (titrlərdə yoxdur) Natiq Səfiyev (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Əminə Yusifqızı — Sevda (Manana Abuyeva) (titrlərdə yoxdur) Həsənağa Salayev — Tərlan (Qurgen Tonuns) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Qüdrət (Həsənağa Salayev) (titrlərdə yoxdur) Bahadur Əliyev — Rəsulov (Bürcəli Əsgərov) (titrlərdə yoxdur) Məxfurə Yermakova - Ana (Veriko Ancaparidze)(titrlərdə yoxdur) Sofya Bəsirzadə - Qumru (Məleykə Ağazadə);radiodakı aparıcının səsi (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev - radiodan gələn səs (titrlərdə yoxdur) Kamil Qubuşov - Şahmar (Əli Xəlilov)(titrlərdə yoxdur) Hökümə Qasımova - Konduktor (Vera Şirye)(titrlərdə yoxdur) Əli Qurbanov - Veysəl Mirzə (İsmayıl Talıblı) (titrlərdə yoxdur) == Şəkil == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Başlama vuruşu (futbol)
Başlama vuruşu — futbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir. Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir. == Üsul == Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir.
Söyüdlər ağlamaz (opera)
Söyüdlər ağlamır — Əfrasiyab Bədəlbəylinin 1971-ci ildə tamaşaya qoyduğu opera. İlk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Azərbaycan xalqının Böyük Vətən Müharibəsi dönəmində cəbhədə və cəbhə arxası göstərdiyi qəhrəmanlıqdan bəhs edir.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Balqabaq
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Duaye
Duaye (fr. Doyet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1234 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 738 yaşlı (15-64 yaş arasında) 513 nəfər iqtisadi cəhətdən fəal, 225 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.5%, 1999-cu ildə 67.5%). Fəal 513 nəfərdən 454 nəfər (247 kişi və 207 qadın) işləyir, 59 nəfər işsizdir (34 kişi və 25 qadın). 225 hərəkətsiz 50 nəfər arasında şagird və ya tələbə, 78 nəfər təqaüdçü, 97 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ducke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Duyğu
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Düzce
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Düşmən
Düşmən və ya Yağı — fərdi və ya güclü şəkildə mənfi və ya təhlükəli olaraq təsdiqlənmiş bir qrup. Düşmən anlayışı "fərdlər və icmalar üçün əsasdır". "Düşmən" termini müəyyən bir şəxsin təhlükə kimi təyin edilməsi ilə bağlı sosial funksiyaya xidmət edir, buna görə də həmin şəxsin sıx bir emosional cavabını tələb edir. Kollektiv bir düşmənin varlığı və ya aşkarlanması qrupun birləşməsini artırmağa çalışır. Ancaq digər qurumların düşmən kimi tanınması və rəftarı səmərəsiz ola bilər və psixoloji disfunksiyanın əlaməti ola bilər. Məsələn, qrup polarizasiyası digər qrupları düşmən olaraq qəbul etməyə qadir ola biləcək qrupun birləşməsinə gətirib çıxara bilər.