Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darləçək qlobulariya
Darləçək qlobulariya (lat. Globularia trichosantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qlobulariya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, 3-25 sm hündürlüyündə ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, tamkənarlı, tərs yumurtavari və ya uzunsov tərs yumurtavaridir. Üst tərəfədən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, oturaq ellipsvari və ya ellipsvari-xətvaridir. Sonuncu başcıqlar 15–20 mm diametrdə, kürəvaridir. Kasacıq 6–7 mm, meyvə verən zamanı 7,5–88 mm-ə qədər uzanır.
Dərələk (Soyuqbulaq)
Dərələk (fars. داره لك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,454 nəfər yaşayır (262 ailə).
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.