HƏRLƏMƏK

f.
1. Dairəvi şəkildə hərəkət etdirmək; fırlatmaq, dolandırmaq, hərləndirmək, aylandırmaq. Çarxı hərləmək.
– Gözləri sevinclə gülən bir qız və oğlan çiyin-ciyinə verərək qüvvətli əllərilə böyük bir təkəri hərləyir. M.İbrahimov.
Cavan fəhlə cəld bir hərəkətlə əlindəki açarı quyuya endiriləcək boruya keçirərək hərlədi… M.Hüseyn.

2. Dalını qabağa, yuxarısını aşağı və ya əksinə çevirmək; döndərmək, dolandırmaq, hərləndirmək, o tərəf-bu tərəfə çevirmək.
Buruqçu Salman kepkasını hərləyib, ona baxan gənclərə göz gəzdirir, Ağbulaq meşələrinə səs sala-sala ucadan danışaraq sözünü qurtarmaq istəyirdi… S.Rəhimov.
Yüngül, səssiz addımlarla [qadın] manqalın yanına endi, arxasını gələn adama çevirib şişləri hərləməyə başladı. İ.Hüseynov.

// Havada fırlatmaq, dolandırmaq, hərləndirmək. Qamçını hərləmək. Qumbaranı hərləyib atmaq.
[Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli.
Usta Əbülqasım çəkicini hərləyərək cavab verdi. S.Rəhimov.

3. məc. Dalısınca düşüb izləmək, axtarmaq.
Yaranal güclü qoşun götürüb, Nəbini dağlarda hərləməyə başladı. Qaçaq Nəbi”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏRLƏMƏK hərləmək bax fırlatmaq 1
  • HƏRLƏMƏK fırlamaq — dolamaq
  • HƏRLƏMƏK burmaq — eşmək
  • HƏRLƏMƏK izləmək — güdmək
HƏRLƏMƏ
HƏRLƏNDİRMƏ

Digər lüğətlərdə