Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşqalaq
Rəcm və ya daşqalaq (lat. lapidatio) — hələ qədimlərdə yəhudilərə və yunanların icra etdikləri ölüm hökmü növü. Quran ayələri daşqalağın əvvəlki qövmllərdə də olmasını təsdiq edir. Məsələn, "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"", yaxud, (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.
Sürəyyanın daşqalaq edilməsi (film, 2008)
Sürəyyanın daşqalaq edilməsi (ing. The Stoning of Soraya M.) — 2008-ci ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Film bu sözlərlə başlayır:"Olmayın ikiüzlülük edənlərdən, bir tərəfdə yüksək səslə Quran oxuyarkən, digər tərəfdən əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən" (Hafiz Şirazi, İranlı şaır, 14-cü əsr). Əslində kinonun mövzusu da tam olaraq bundan ibarətdir ki, ikiüzlü mollalar İslam və şəriət adından istifadə edərək min hoqqadan çıxır. Sürəyyanın xalası Zəhra xanım Sürəyyaya siğə təklifi edən Molla Həsənə dediyi sözlərdən:"Heç olmazsa nəcis əllərinlə tutduğun Qurani-Kərimdən xəcalət çək." Mühacirətdə yaşayan iranlı kinematoqrafçıların çəkdiyi "Sürəyyanın daşqalaq edilməsi" filmi kino dünyasında böyük səs-küyə səbəb olmuş ekran əsərlərindəndir. 2008-ci ildə ABŞ-də kinorejissor Sirus Növrəstə tərəfindən çəkilən filmin süjet xətti Fransada yaşayan iranlı yazar Firudin Saəbcamın "Daşqalaq etmə" əsərindən götürülüb. Müəllif əsərdə bəhs olunan hadisələrin təxminən 30 il bundan öncə baş verdiyini, daha sonralar isə bunu qələmə aldığını deyir. Həmçinin bu film "Oscar" ilə mükafatlandırılıb. Film bu gün dünyada, o cümlədən müsəlman aləmində aktual olan dini fanatizm və radikalizmi ifşa edir. Filmin süjet xəttinə görə, İranda səfərdə olan qismən əcnəbi jurnalistin avtomobili xarab olur və o, yaxın kəndlərdən birində qalır.
Daşqala
Daşqala — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «qaya, dağ» mənasında işlənən daş sözü ilə «möhkəm müdafiə tikilisi, istehkam» mənasında işlənən qala sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Karaberd (Daşqala) qoyulmuşdur.
Daşqala mağarası
Daşqala mağarası – Babək rayonu ərazisində mağara. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında Sarıdağ (1725,0 m) və Qaraqaya (1438,0 m) dağları arasında uzanan və Orta Eosenin Lütet mərtəbəsinə aid qumdaşı, argillit və əhəndaşılardan təşkil olunmuş tirənin sıldırımlı cənub yamacındadır. Sirab kəndindən 4,2 km şimalda yerləşir. Mağaranın əhəndaşı karnizi altında qeyri-korbanat süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında izlənilən Göynük-Vayxır dərinlik qırılmasının enmiş cənub-qərb qanadında yerləşir.SİRAB MAĞARASI – Daşqala mağarasının yerli əhali arasında işlədilən başqa adı.
Daşbulaq
Daşbulaq (Takab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Daşbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Daşbulaq (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Daşbulaq (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Daşbulaq (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Daşbulaq — İrəvan əyalətinin Aleksandropol qəzasında çay adı.İrandaDaşbulaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Miyanə) Daşbulaq (Nir) Daşbulaq (Germi) Aşağı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Qaşqaldaq
Qaşqaldaq (lat. Fulica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Adi qaşqaldaq
Adi qaşqaldaq (lat. Fulica atra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qaşqaldaq cinsinə aid heyvan növü. Avrasiya, Şimali Afrika və Avstraliyada geniş ərazilərdə yayılmışdır. Kütləsi 445-1250 q olur. Rəngi tutqun qaradır, çalma lələkləri bozumtul qonur, sükan lələkləri qaradır. Dimdiyi və qaşqası ağdır. Dimdiyinin dibi qırmızımtıldır. Dişisinin rəngi erkəyindən açıqdır. Yaxşı üzür və suyun 4 m dərinliyə qədər dala bilir. Suyun altında adətən 10 saniyə, bəzən hətta 2,5 dəqiqəyə qədər qala bilir.
Daşbulaq (Germi)
Daşbulaq (fars. داش بلاغ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (12 ailə).
Daşbulaq (Gədəbəy)
Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Aşıq Şahsuvar — aşıq == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Daşbulaq (Həştrud)
Daşbulaq (fars. داشبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 448 nəfər yaşayır (91 ailə).
Daşbulaq (Kəlbəcər)
Daşbulaq, Oktyabrkənd, Kilsəli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Daşbulaq (keçmiş Oktyabrkənd) kəndi-kəndin əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilsələri var. Sonralar kəndin adı dəyişdirilib Daşbulaq qoyulmuşdur. 1956-cı ildə kəndin adı yenidən dəyişdirələrək Oktyabr inqilabı şərəfinə Oktyabrkənd adlandırılıb.1992-ci ildə kəndin əvvəlki adı-Daşbulaq bərpa edilib. Kəndin yerləşdiyi ərazidə daşdan düzəldilmiş iki vannası olan bir bulaq var. O vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində və 60 santımetr hündürlüyündədir. Hər bir vanna bütöv daşdan əl ilə yonulmuşdur. Hər bir vannanın üzərində qədim alban hərfləri ilə yazılmış mətn vardır.
Daşbulaq (Miyanə)
Daşbulaq (fars. داش بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (26 ailə).
Daşbulaq (Məlikan)
Daşbulaq (fars. داشبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (44 ailə).
Daşbulaq (Nir)
Daşbulaq (fars. داش بلاغ‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (10 ailə).
Daşbulaq (Takab)
Daşbulaq (fars. داشبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Daşbulaq (Xocalı)
Daşbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Astxaşen adlandırılır. == Tarixi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşbulaq qəsəbəsinin əhalisinin faktiki sayı 520 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Bədərə çayının (Qarqar çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənd yaxınlıqdakı eyniadlı coğrafi obyektlərin adı ilə adlandırılmışdır. == Daşbulaq çayı == Xocalı rayonu ərazisində çay. Çay öz adını eyniadlı bulaqdan almışdır.
Daşbulaq (Xudabəndə)
Daşbulaq (fars. داشبلاغ‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 446 nəfər yaşayır (84 ailə).
Daşbulaq (Şəki)
Daşbulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. == Təbiəti == Yayda sərin, Qışda mülayim iqlimə malikdir == Ərazisi == Yevlax-Zaqatala yolunun üzərində yerləşir. Daşüz kəndindən 6km məsafədədir. Sağ hissədən Kiçik Dəhnə Sol hissədən Qax rayonunun kəndləri ilə həm sərhəddir == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Qarabağdan çıxmış ailələrin Daşbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kəndin əhalisi 469 nəfər təşkil edir ki, onun da 246 nəfəri kişi, 223 nəfəri isə qadındır. Kənddə bir modul tipli 9 illik məktəb var.
Daşbulaq (Şəmkir)
Daşbulaq (əvvəlki adları: Dağ İrmaşlı; Dağ Daşbulaq) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Daşbulaq kəndi İrmaşlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Daşbulaq kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin ilk, əsl adı olan Dağ İrmaşlı, kənd ərazisinin irmaşlı tayfasına mənsub olmasından belə adlanmışdı; addakı "Dağ" hissəsi onun yaxınlıqda yerləşən İrmaşlı kəndindən fərqləndirmək üçün qoyulmuşdur və bu kəndin dağlıq ərazidə yerləşdiyini əks etdirirdi. Sonralar kəndin adı yaxınlıqda yerləşən Daşbulaq bulağının adıyla Dağ Daşbulaq və nəhayət sadəcə Daşbulaq olaraq dəyişdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kəndin yaxınlığında İrmaşlı Alban Kilsəsinin qalıqları yerləşir. == Coğrafiyası və iqlimi == Kənd dağ ətəyində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 591 nəfərdir (2009). == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Daşbulaq (Əbhər)
Daşbulaq (fars. داشبلاغ‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 355 nəfər yaşayır (81 ailə).
Daşbulaq (Əhər)
Daşbulaq (fars. داش بلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (23 ailə).
Daşbulaq bələdiyyəsi
Daşbulaq bələdiyyəsi (Şəki) — Şəki rayonunda bələdiyyə. Daşbulaq bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Daştamaq (Avurğazı)
Daştamaq (başq. Таштамаҡ, rus. Таштамак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Daştamaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 11 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 41 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə çuvaşlar (92%) üstünlük təşkil edir. == Rus Provaslav kilsəsi == Şəhid Valentinanın şərəfinə məbəd.
Dəllər Daşbulaq
Dəllər Daşbulaq – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun Dəllər Cəyir inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqələri ərazilərindəki eyniadlı bulaqların adı ilə adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qızılhacılı (Başqala)
Qızılhacılı (farsca: قزل حاجیلو) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Başqala dehestanında kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (64 ailə). Əhalisi etnik azərbaycanlıdır və azərbaycan dilində danışır.
Darğalar
Darğalar — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ düzündədir. Yaşayış məntəqəsini darğalar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Nəsil isə adını keçmişdə nəsli vəzifə sayılan "darğalıq"dan almışdır. Darğa/daruğa/daruğaçı (monqol. daruxu "sıxmaq", "daraltmaq", məcazi mənada "möhürləmək") orta əsrlərdə monqol istilasına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda monqol xanının vergi toplayan və əhalini siyahıya alan nümayəndəsi, inzibati məmur olmuşdur. Əsasən hökmdar tərəfindən təyin edilən darğalar lazım gəldikdə yerli əhalidən yardımçı hərbi hissələr təşkil edir, asayişi qoruyurdular. Qızıl Ordada onlar baskak, bəzi şərq ölkələrində isə şəhnə adlanırdılar. Vəzifə adı kimi Darğaməlik (Ordubad r-nu) oykonimində saxlanılmışdır.
Akustik dalğalar
Akustik dalğalar, səs dalğaları – fəzada yayılan elastiki maddi mühitin (qaz, maye və ya bərk) həyəcanlanmaları. Həyacanlanmalar mühitdə sıxlığın və təzyiqin tarazlıq qiymətlərindən lokal yayınmaları və mühit hissəciklərinin tarazlıq vəziyyətindən yerdəyişmələridir. Mühitin hal dəyişmələrinin maddənin bir hissəciyindən digərinə ötürülməsi səs sahəsini səciyyələndirir. Akustik dalğalarda enerjinin və hərəkət miqdarının ötürülməsi maddənin özü daşınmadan baş verir. Həcmi elastikliyə malik olan qaz və maye mühitlərdə hissəciklərin yerdəyişməsi yalnız dalğanın yayılma istiqamətilə üst-üstə düşən uzununa Akustik dalğalar ilə yayıla bilər. Bu halda səs təzyiqi skalyar kəmiyyət olur. Həcmi elastiklikdən başqa həm də yerdəyişmə elastikliyinə malik olan qeyri-məhdud bərk mühitlərdə uzununa Akustik dalğalarla yanaşı eninə Akustik dalğalar da yayıla bilər; onlarda hissəciklərin yerdəyişməsi və dalğaların yayılma istiqamətləri bir-birinə perpendikulyardır. Bərk mühitlərdə səs təzyiqinin analoqu mexaniki gərginlik tenzorudur. Bərk cismlərdə sərhəd mövcud olduğu zaman digər növ Akustik dalğalar da yaranır. Akustik dalğalar forması səs sahəsinin xarakteristikalarınn zamandan asılılığına uyğun olaraq dəyişir.