QAŞQABAQ

is. Acıqlı, hirsli və ya bir şeydən narazı olan adamın üzündə əmələ gələn hal; qaşların çatılması və alnın qırışdırılması.
Xudayar bəy qaşqabaq ilə cavab verdi. C.Məmmədquluzadə.

□ Qaşqabağı açılmaq – üzündə fərəh əlaməti görünmək; açığı, hirsi soyuyaraq üzü açılmaq.
[Hacı Murad:] Bəs niyə heç qaşqabağın açılmır? S.S.Axundov.
Qızın … üzündə qəzəb və hiddət bir anda silindi.
Qaşqabağı açıldı. M.Rzaquluzadə.

Qaşqabağı yer altından (yer ilə) getmək – həddən artıq hirsli, acıqlı olmaq. Tükəzban qayət hirsli olaraq içəri daxil oldu.
Nədənsə ovqatı çox təlx idi; qaşqabağı yer altından gedirdi. B.Talıblı.

Qaşqabağını sallamaq (turşutmaq, tökmək) – qaşlarını çataraq və alnını qırışdıraraq, öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək.
Sözlərini qurtaran kimi Səməd yenə qaşqabağını sallayıb, sükuta gedərdi. Çəmənzəminli.
Bu dəmdə Məstan bəyin keçmiş nökəri çolaq Məcid daxil oldu, Məstan bəy qaşqabağını tökdü. B.Talıblı.

Qaşqabaq göstərmək – pis qarşılamaq, acıqlı qarşılamaq.
Şəksiz səninlə ədavəti var; Onunçun göstərir qaşqabaq sənə. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAŞQABAQ qaşqabaq bax mısmırıq
  • QAŞQABAQ acıqlı — hirsli

Antonimlər (əks mənalı sözlər)

  • QAŞQABAQ QAŞQABAQ – ÜZÜGÜLƏR Xudayar bəy qaşqabaq ilə cavab verdi (C.Məmmədquluzadə); Səməd kişi bizi üzügülər qarşıladı

Etimologiya

  • QAŞQABAQ Qaş-qabaq sallamaq deyirik. Burada qabaq sözü “göz qapağı” (веко) anlamını əks etdirir və müasir türkmən dilində həmin mənada qa: bak formasında işləd
QAŞQA
QAŞQABAQLI

Digər lüğətlərdə

впя́чивание капра́льный па́стырь пе́нка прираба́тываться прираста́ть пробастова́ть пшёнка раску́пориваться рихтова́ть сканди́роваться тю́телька в тю́тельку фая́нс непринадле́жность пырну́ть реванши́ст текстоли́товый фенолфталеи́н дрожь парикожа Chrysostom Sula Islands заколдованный обводнить укротитель