Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar.Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi. Qəzetdə qeyd olunurdu ki, qəbiristanlıqda epidemiya xəstəliklərindən ölənlər üçün xüsusi bir şöbə yox idi.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Mamusta
Mamusta — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Damotu
Damotu (lat. Leonurus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Adi damotu (Leonurus cardiaca L.) Leonurus chaituroides C.Y.Wu & H.W.Li Leonurus deminutus V.I.Krecz. Göyümtül damotu (Leonurus glaucescens Bunge) Leonurus incanus V.I.Krecz. & Kuprian. Yapon damotu (Leonurus japonicus Houtt.) Leonurus kuprijanoviae Krestovsk. Leonurus macranthus Maxim. Leonurus mongolicus V.I.Krecz. & Kuprian. Leonurus nuristanicus Murata Leonurus panzerioides Popov Leonurus persicus Boiss.
Mamusta bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mamusta FK
Adi damotu
Adi damotu (lat. Leonurus cardiaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü. Azərbaycanda yabanı halda 2 növü yayılmışdır. Təbabətdə bir növü istifadə olunur. Çoxillik, hündürlüyü 40-150 sm, gövdəsi düz, çox vaxt qırmızımtıl, budaqlı, qısa qıvrım tükcüklü, bitkidir. Gövdə yarpaqları saplaqlı, altdan bozumtul, əsasdan ürəkvari, ortasına kimi və ya daha dərin beş enli, uzunsov, kəsikli-dilimli hissələrə bölünmüşdür. Yuxarıya doğru yarpaqlar tədricən kiçilir, üç yumurtavarı-lansetvari kəsikli-dilimli və ya bütöv hissələrə bölünmüşdür. Çiçəklər xırda, oturaq, xəttvari, tikanlı çiçəkaltlıqlıdır. Kasacıqı qıfvari, 5 6mm uzunda, qısa tükcüklü, üçkünc dişli, ucu tikanlıdır. Tacı çəhrayı, ağ pırpıztüklü, bir az kasacıqdan uzundur.
Beşpaycıqlı damotu
Beşpaycıqlı damotu (lat. Leonurus quinquelobatus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Göyümtül damotu
Göyümtül damotu (lat. Leonurus glaucescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Müxtəlifyarpaq damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Sibir damotu
Sibir damotu (lat. Leonurus sibiricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Tatar damotu
Tatar damotu (lat. Leonurus tataricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Tükcüklü damotu
Beşpaycıqlı damotu (lat. Leonurus quinquelobatus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Yapon damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Təbriz namusu (roman)
Təbriz namusu — Fərman Kərimzadənin tarixi romanı == Məzmun == “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir. == Nəşr == Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir. == İstinadlar == == Həmçinin oxu == Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79 == Xarici keçidlər == "Təbriz namusu (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib.
Təbriz namusu (Fərman Kərimzadə)
Təbriz namusu — Fərman Kərimzadənin tarixi romanı == Məzmun == “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir. == Nəşr == Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir. == İstinadlar == == Həmçinin oxu == Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79 == Xarici keçidlər == "Təbriz namusu (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib.