Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevim Arbana
Sevim Arbana (1951) — Albaniya qadın hüquqları müdafiəçisi və "Alban Qadınlarına Faydalı" və "Sülh və Anlaşma üçün Qadın Körpüsü" adlı qeyri-hökumət təşkilatlarının təsisçisi. == Həyatı == Sevim Arbana 1951-ci ildə anadan olub. Sevimin atası Albaniyadakı Azadlıq Ordusunun üzvü kimi İkinci Dünya müharibəsində almanlara qarşı vuruşub. O, müharibədən sonra anti-kommunist Qanunçuluq Partiyasına qoşulmuş və nəticədə "xalq düşməni" kimi damğalanaraq Ənvər Xocanın hakimiyyəti dövründə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Atasının siyasi baxışlarına görə Arbananın ailəsi Albaniya hökuməti tərəfindən daim təqiblərə məruz qalırdı; bununla da Sevimin Tirana şəhərində yerləşən İncəsənət Məktəbində təhsilini başa vurmaqla bağlı çətinliyi yaranmışdı. 1991-ci ildə Arbana Kosovoda keçirilən bir forumda özünün qadın hüquqları təşkilatlarının aldığı maliyyə çatışmazlığına etiraz edərkən Serbiya polisi tərəfindən həbs olunmuşdu. Bundan əlavə, Sevim Arbana əvvəllər MJAFT! (azərb. Bəsdir!‎) hərəkatında iştirak etmiş Tirana meri Eryon Veliay ilə birgə çalışmışdı. Arbana onu qadın hüquqlarını dəstəkləmədiyinə görə tənqid etmiş və Veliayın həmin vəzifəyə seçilməsindən sonra onunla əməkdaşlığını dayandırmışdı.
Mariana mariana
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Barbata
Barbata (it. Barbata) — İtaliyanın Lombardiya bölgəsinin, Berqamo əyalətində yerləşən kommuna . 31 dekabr 2004-cü il tarixinə görə sahəsi 8.0 km², əhalisi 628 nəfərdir. Kommunanın hamiləri müqəddəs Peter və Pauldur. Şəhər Bayramı 29 iyunda qeyd olunur. == Coğrafiyası == Milandan təxminən 50 km şərqdə və Bergamodan 25 km cənub-şərqdə yerləşir. Barbata aşağıdakı kommunalarla həmsərhəddir: Anteniate, Kamizano, Kovo, İsso, Fontanella və Kasaletto di Sopra .
Bardana
Atpıtrağı (lat. Arctium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Barzana
Bartsana (it. Barzana) — İtaliyanın Lombardiya bölgəsində Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 1562 nəfər, əhali sıxlığı 781 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24030. Telefon kodu — 035.
Daranaq
DARANAQ — Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində — "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Darbxanə
Darbxanə, Osmanlı Dövlətində pul kəsilən yer. Darbxanənin tarixi qədimlərə söykənir. Osmanlı Dövlətində ilk pul Osman Qazi zamanında düzəldiyi məlum olursa da, harada buraxıldığı bilinmir. Məlum olan ilk Osmanlı darbxanəsi, Orxan Qazi zamanında pulların qoyulduğu Bursa darbxanəsidir. Sonralar Səlcuqlular dövründə olduğu kimi, Osmanlı Türkləri də, bir çox yerlərdə xüsusən qızıl, gümüş və mis yataqlarının yerləşdiyi ərazilərdə darbxanələr qurdular. 1453-cü ildə İstanbulun fəthi ilə birlikdə Fateh Sultan Mehmet, pul üçün ayrı-ayrı darbxanələr qurdurdu. Pulcuq basılan yerə pul darbxanəsi deyilirdi. Osmanlı Dövlətinin, başda İstanbul olmaqla Bursa, Ədirnə, Amasiya Ayasuluğ, Üsküb, Belqrad, Serez, Diyarbəkir, Hələb, Bağdad, Tripoli, Əlcəzair, Tunis, Misir, Bosnasarayı və Tiflis şəhərlərində darbxanələri vardır. Sultan III Mustafa dövründən etibarən Misir, Tripoli, Tunis və Əlcəzair xaricindəki darbxanələr ləğv edildi. Darbxanə əvvəlcə saray xaricində Bəyazid ilə Koska arasında Simkeşxanə Xanda ikən, sonradan sarayın birinci həyətinə və indiki yerinə köçürülüb.
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Haryana
Haryana (hind. हरियाणा; pənc. ਹਰਿਆਣਾ; ing. Haryana) — Hindistanın şimalında ştat. Paytaxtı Çandiqarh (inzibati olaraq Haryananın bir hissəsi deyil, ayrıca birlik ərazisidir), ən böyük şəhəri Fəridabaddır. Əhali 25 353 081 nəfərdir (ştatlar arasında 17-ci yer; 2011-ci ilin məlumatları). Haryana 1966-cı ildə Pəncab ştatından ayrı ştata çevrildi. İndiyə qədər Çandiqarh şəhəri eyni vaxtda iki ştatın paytaxtıdır: Pəncab və Haryana. Hind dilindən tərcümə olunan "haryana" "Allahın məskəni" deməkdir: "Hari" Tanrı Vişnunun adlarından biridir, "ayana" - "ev" deməkdir.
Karxana
Karxana - tikinti məhsulları (qum, daş, çınqıl, gil, üzlük daşlar) potensial-münbit süxurlar və faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthində və altında (şaxta) qazılmış müxtəlif forma və ölçüyə malik çökəkliklərdir. == Karxananın bağlanması == Müəyyən ərazidə olan faydalı qazıntıların istehsal ehtiyatının tükənməsi ilə əlaqədar və ya ətraf ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə istismarı dayandırılmış yataqdır. == Karxana sahəsi == Yatağın açıq üsulla işlənməsi və istismarı zamanı əmələ gələn örtük və qarışıq süxurların yerləşdirilməsi üçün ayrılmış sahədir.
Larkana
Larkan — Pakistanın Sind vilayətinin cənubunda yerləşən şəhər. Zülfüqar Əli Bhutto, bu şəhərdə anadan olmuşdur. Pakistanın keçmiş baş naziri, sui-qəsd nəticəsində qətlə yetirilən Bənazir Bhutto əslən bu şəhərdən idi.
Sardana
Sardana və yaxud sardans (kat.sardanes)-kataloniyalıların milli rəqsi olub. Rəqs yallı xarakteri daşıyır. Rəqs edənlər cərgəyə düzülüb əl-ələ tutaraq musiqi sədaları altında müəyyən rəqs hərəkətləri ifa edirlər. Sardananın harda və nə zaman yaranması tarixi dəqiq məlum deyil. Məlumdur ki, bu rəqs XVII –ci əsrdən məşhurdur. Sardana kataloniyalıların milli ruhunu əks etdirir. Bu rəqs həm də “etiraz rəqsi” adlanır. Cünki bu rəqsi peşəkar rəqqaslar səhnədə, sadə insanlar isə meydanda ifa edir. Frankonun diktaturası zamanı sardana rəqsi rəsmi olaraq qadağan edilmişdi. Müasir zamanda bu rəqsin iki növü yayılmışdır.
Tarbena
Tarbena (isp. Tárbena) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Baxa ərazisinin 31.67 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahiya alinmasına görə əhali 801 nəfərə çatmışdır. Şəhər mərkəzdən 72 km məsafə uzaqlıqda yerləşir.
Vartana
Vartana — Kirovakan rayonunda kənd. == Tarixi == 27 noyabr 1988-ci ildə Kirovakan şəhərində at oynadan daşnak terror qrupu Vartana kəndinə soxulmuşdur. Daşnak Qazanstyan Samvelin terror qrupu Bayramov Qaranı (evindən çıxmadığına görə) vəhşicəsinə qətlə yetirmişlər. Lyova və Lendrum Xaçaturyan qardaşları Hüseynova Leylini əzabla qətlə yetirirlər. Vanesyan Samvelin terror qrupu İsgəndərov Mehralını, arvadı Xanımı və 17 yaşlı Alimi öldürülməzdən əvvəl Xanımı soyunduraraq ərinin gözləri qarşısında lüt-üryan rəqs etməyə məcbur etmişlər. Bundan sonra hər üçünü parça-parça doğramışlar. Qriqori Çavuşyanla Hamlet Qasparyanın terror qrupu 1924-cü il təvəllüdlü Əliyev Abdullanı öldürmüşlər. Evlərini tərk etmədiklərinə görə Məmmədov Süleyman Yosmedyan Surenin, Alıyev Əhmədi isə Vazgenin terror qrupu qətlə yetirmişdir. Terrorçu Zehranyan Suren Əliyeva Fatmanı «Niva» markalı minik maşınının təkərləri altına salıb əzmişdir. Beləliklə, kənd əhalisini ölümlə təhdit edərək doğma ev-eşiyini tərk etməyə məcbur etmişlər.
Xarvana
Xarvana — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,642 nəfər və 415 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan Türkcəsində danışırlar.
Çarxana
Çarxana (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Çarxana (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır. Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Darxan
Durban
Durban (afrik. Durban, Dyurban; ing. Durban; zulu eThekwini) — CAR-ın Yohannesburq və Keyptaundan sonra üçüncü ən böyük əhalisi olan şəhəri, turizm mərkəzi. == Tarixi == Arxeoloji tapıntılar göstərir ki, yüz min il bundan əvvəl mövcud Durban ətrafı koysan xalqlarına məxsus olan kiçik ovçular və yığıcılar tərəfindən məskunlaşmışdı. Bizim eranın ikinci minilliyin əvvəlində onlar şimaldan köç edən bantu tayfaları tərəfindən tamamilə məhv edildi. 1497-ci ildə Portuqaliya bir ekspedisiya bu yerləri ziyarət edərək, Vasko da Qamanın başçılığı altında Avropadan Hindistana bir dəniz yoluaxtarırdı. O, bu ərazini portuqalca "Natal" yəni "Milad" adlandırmışdır. 1824-cü ildə ilk dəfə "ağ əhali", yəni leytenant Frensis Faruell başçılıq etdiyi 25 ingilis Natal Körfəzinin şimal sahilində düşərgə saldılar. Müharibənin başlanğıcında Zulu qəbilələri tərəfindən məhv edilmək təhlükəsi altında idi, lakin sonra Faruell peyklərindən biri olan Henri Finnə göndərdi, Zulu başçısı Çukça döyüşdə aldığı yarasını müalicə etməklə yoldaşlıq edə bildi. 23 iyun 1835-ci ildə daha 35 kolonist buraya gəlib rəsmi olaraq burada məskunlaşdı.
Avena barbata subsp. barbata
Avena barbata (lat. Avena barbata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agadiriana B.R.Baum & G.Fedak Avena alba var. barbata (Link) Maire & Weiller Avena alba var. hirtula (Lag.) Emb. & Maire Avena alba var. wiestii (Steud.) Maire & Weiller Avena almeriensis Gand. Avena atheranthera C.Presl Avena atlantica B.R.Baum & G.Fedak Avena barbata subsp. atheranthera (J.Presl) Roche Afonso Avena barbata subsp. barbata barbata Avena barbata var.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.