DARVAZA

сущ. ворота (широкий вход или проезд, запираемый створами). Darvazanı açmaq отворить ворота, darvazaya doğru addımlamaq направляться к воротам, darvazanın ağzında durmaq стоять у ворот, dəmir darvaza железные ворота
DARÜŞŞƏFA
DARVAZAÇI
OBASTAN VİKİ
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Qızıl darvaza boğazı
Qızıl darvaza boğazı (ing. Golden Gate) Qızıl darvaza boğazı San-Fransisko körfəzini Sakit okeanını birləşdirir. Boğazın uzunluğu 8 km , eni isə 1,5 – 3 km arasında dəyişir. Boğazın şimal hissəsinin sahili Martin bölgəsinə ,cənub hissəsi isə San Fransisko şəhərinin ərasisinə düşür. 1937-ci ildə boğazın üzərində <<Qızıl darvaza>> körpüsü tikilmişdir. Körpünün uzunluğu 1281 m təşkil edir. Bu boğazdan çox sayda gəmilər üzərək keçirlər. Belə ki, ABŞ-nin qərb sahillərində yerləşən ən əsas liman Oklend limanıdır. Boğazın ətrafında ilk məskunlaşmalar hindular tərəfindən həyata keçirilmişdir. Bura ilk ayaq basan avropalılar isə 1776-cı ildə ispanlar olmuşdur.
Qızıl darvaza (Vladimir)
Qızıl darvaza — Vladimir şəhərində yerləşən qədim rus memarlığının abidəsi. YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Onlar 1164-cü ildə knyazlığın paytaxtını Suzdaldan Vladimirə köçürən Vladimir knyazı Andrey Boqolyubskinin rəhbərliyi altında tikilib. Qızıl darvaza müdafiə quruluşu və zəfər tağı kimi istifadə edilmişdir. Şəhərin ən zəngin knyazlıq-boyar hissəsinin (Noviy qorod) əsas girişini bəzədilər. == Tarixi == Alim N. N. Voronin və sənətşünas A. İ. Skvortsovun fikrincə, darvazalar knyazlıq sənətkarları tərəfindən tikilmişdir. Bunu xüsusilə ağ daş bloklardan birində inşaatçının qoyduğu knyazlıq işarəsi sübut edir. Bina Vladimir-Suzdal memarlığında geniş istifadə olunan yarımdaş hörgü texnikası ilə tikilmişdir. Güclü yarımdairəvi tonozla örtülmüş keçid tağının ciddi nisbətləri və yuxarıdakı kiçik kilsənin xüsusi zərifliyi binaya öz təyinatına uyğun əzəmətli bir xarakter verirdi. darvazanın qoyulma tarixi 1158-ci ilə təsadüf edir, tikintinin sonu 1164-cü ildə, Rizpojenskayanın darvazadan yuxarı kilsəsinin təqdis edildiyi vaxtdır.
Brandenburq darvazası
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Famaqusta darvazası
Famaqusta darvazası (türk. Mağusa Kapısı) — Nikosiya şəhərində Venesiya dövründə tikilmiş üç darvazadan biri. == Tarixi == Darvaza 1567–1570-ci illərdə venesiyalı memar Culio Savornyano tərəfindən dizayn edilmişdir. Onun adından darvaza "Porta Culiana" adlandırılmışdır. Qapı şəhər istehkamlarında tunel yaradır, tağın mərkəzi hissəsindəki okulusla işıqlandırılır. Darvazanın hər iki tərəfində iki otaq var. 1981-ci ildə geniş restavrasiya işlərindən sonra darvaza mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir; burada sərgilər, debatlar və konsertlər təşkil olunur.
Gəncə Darvazaları
Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır. == Tarixi == IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır.
Kara darvazası (boğaz)
Kara Darvazası boğazı (rus. Карские Ворота) - Yeni Torpaq adasını Vayqaç adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 33 km, eni 50 km, dərinliyi 7 m-dən şərqdə isə 230 m arasında dəyişir. Boğazda temperatur yay ayları 13,5 S, orta illik isə 0,9 S təşkil edir. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bununla belə Qolstrim cərəyanının təsiri ilə bəzən qışda belə buzla örtülmür. Boğazın qərbində Peçora dənizinin cənub-şərqi ilə əhatələnir. Boğaz öz yerləşməsinə görə Yeni Torpaq arxipelaqının cənubunda yerləşir və Şimal Buzlu okeanından keçən Şimal dəniz yolunun bir qolunu təşkil edir.
Moskva Triumfal Darvazası
Moskva Triumfal Darvazası (rus. Московские Триумфальные ворота) – 1834-1838-ci illərdə V. P. Stasovun layihəsi əsasında Rusiya-Osmanlı müharibəsinin (1828-1829) qələbə ilə nəticələnməsi şərəfinə Sankt-Peterburqda inşa edilmiş triumfal arkadır. Abidə Moskovski və Liqovski prospektlərinin arasında yerləşən Moskva darvazası meydanında yerləşir. 1936-cı ildə Moskva darvazası şəhər mərkəzinin cənuba, Hökumət Evi qarşısındakı Moskva meydanına köçürülməsi məqsədilə Moskva darvazasının demontaj olunmasına başlanmışdır. Bu layihə çərçivəsində Moskva darvazasının yerində planlaşdırılan parkın salınması nəzərdə tutulmuşdu. 1959-1960-cı illərdə darvaza tarixi-memarlıq abidəsi kimi 1936-cı ilin layihəsi əsasında əvvəlki yerində bərpa olunmuşdur (memarlar E. N. Petrova və İ. Q. Kaptsyuq). 1965-ci ildə Moskva darvazası qarşısındakı meydana Moskva meydanı adı verilmişdir. 1968-ci ildə isə meydanın tarixi adı bərpa olunaraq Moskva darvazası meydanı adlandırılmışdır. 1961-ci ildə inşa edilmiş və vestibülü meydanda yerləşən metro stansiyası da “Moskva darvazası” adlanır. Гусаров А.Ю. Памятники воинской славы Петербурга.
Murad darvazası
Murad darvazası — Şirvanşahlar saray kompleksinin orta həyətinin Şərq divarında yerləşən böyük portal. Murad darvazası Şirvanşahlar saray kompleksi ərazisində XVI əsrə aid olan yeganə tikilidir. Darvaza portalının yuxarı çərçivəsində olan iki medalyon arasındakı kitabədə onun "994-cü ildə (miladi 1585–1586) böyük və ədalətli Sultan III Muradın dövründə" memar Əmirşah Təbrizi tərəfindən inşa edilməsi göstərilib. Portal öz xarakteri etibarilə Divanxana və Şirvanşahlar türbəsinin portallarına oxşasa da, həm işlənmə keyfiyyəti, həm də bəzəyi baxımından onlardan geri qalır. 1576-cı ildə I Şah Təhmasibin ölümündən sonra Səfəvi taxtına onun varisi II Şah İsmayıl keçir. II İsmayıl 1555-ci ildə bağlanmış Amasiya müqaviləsinin şərtlərinə əməl etməyərək Osmanlı əmirlərini öz tərəfinə çəkməyə çalışır. Buna görə də Osmanlı sultanı III Murad Van bəylərbəyinə bölgədə sabitliyin təmin edilməsini tapşırır. Səfəvilərin Luristan valisinin Osmanlılara sığınması ilə münasibətlər daha da gərginləşir. 1578-ci ildə gənc şah II İsmayılın zəhərlənərək öldürülməsindən sonra Səfəvilər sarayında taxt uğrunda mübarizə başlayır. Ölkənin belə mürəkkəb siyasi vəziyyətində Sultan III Murad Səfəvilərə qarşı müharibə elan edir.
Olxon darvazası
Olxon darvazası boğazı (rus. Ольхонские Ворота) - Baykal gölü ərazisində Olxon adasını materikdən ayırır. Sahilləri dik və sıldırımlıdır. Burada körfəzlər və buxtalar vardır. Boğazda güclü axınlar baş verir. Dalğaların hündürlüyü 5 m-ə çatır. Qışda boğaz donur və burada çatlar əmələ gəlir. Saxyurt kəndindən adaya bərə fəaliyyət göstərir. 2005-ci ildə boğazın altı ilə yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Uzunluğu 8 km, eni dar yerdə 1 km təşkil edir.
Split darvazası
Split darvazası boğazı (xorv. Splitska vrata) - Adriatik dənizi akvatoriyasında yerləşən Dalmaçiya adalarına daxil olan Şolta adasını Braj adasından ayırır. Uzunluğu 1,9 km, eni 800 metr təşkil edir. Adını yaxınlıqdakı Split şəhərinin adından götürmüşdür.
İştar darvazası
İştar darvazası (ərəb. بوابة عشتار‎) —Babilistanda daxili şəhərin səkkizinci darvazası. İştar darvazası tərəflər üzrə nəhəng divarlarla məhdudlanmış və yarımdairəvi qövsü təşkil edir, hansı ki, divarlar boyu davam edir. Darvaza İştar ilahəsinə həsr olunmuş və kərpicdən tikilmişdir, açıq-mavi, sarı, ağ və qara şirlə örtülmüşdür. Darvazanın divarlarında və Nümayiş Yollarında təbiiyə çox yaxın olan pozalarda heyvanları təsvir edən qeyri-adi gözəllik barelyeflərdə göstərilmişdir. Kənar divarlarda təxminən şirlərin 120-yə yaxın barelyefi mövcuddur. Qapıların divarları bir sıra sirruşey və öküz təsvirləri ilə örtülmüşdür. Qapılarda heyvanların təxminən 575 təsviri vardır. Darvazanın dam və qapıları sidr ağacından istehsal olunmuşdur. Yeni ilin bayram edildiyi gündə bu tağdan Allahların surəti olan heykəllər keçirilərək nümayiş etdirilirdi.
Şəhər darvazası (Valetta)
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir. Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi. Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.
Şəhər darvazası (Valletta)
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir. Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi. Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.
Fatimə darvazası
Fatimə darvazası və ya Yaxşı hasar keçidi — Livan və İsrail arasında keçmiş sərhəd keçidi. Livan tərəfdə Kəfr-Kilə kəndinə yaxın, İsrail tərəfdə isə Metuladan qərbdədir. Keçid 1982–2000-ci illərdə Cənubi Livan münaqişəsinin sonunda İsrailin Livandan çəkilməsindən sonra bağlanmışdır. Bura 2000-ci ilin yayından bəri Livandan İsrailə çoxlu antiisrail nümayişləri və transsərhəd daş atma meydanı olmuşdur.

Digər lüğətlərdə