Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dvallar
Dvallar — Böyük Qafqazın hər iki tərəfində yaşamış qədim Qafqaz xalqı. == Məskunlaşma == Böyük Plini və Ptolemeyə görə, dvallar "Keravan dağları" (Qafqaz dağlarının şimal təpələri) və "Ra" çayı (Volqa) arasında yerləşən ərazidə yaşayırdılar. Ptolemey dvalları tuskların və didurların qonşuları adlandırmışdır. Plini dvalların Qafqaz darvazalarından kənarda, Qurda dağlarında svanlara qonşu olaraq, yəni "Kartlis tsxovreba"da müəyyən edilən tarixi Dvaletidə yaşadıqlarını yazmışdır. Belə ki, bu və digər qədim mənbələr dvalların təxminən Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində, Dəryal dərəsindən bir qədər qərbdə yaşadıqlarını qeyd etmişdilər. == İstinadlar == == Xarici keçidlər == З. Н. Ванеев. К вопросу о двалах Arxiv surəti 2 sentyabr 2014 tarixindən Wayback Machine saytında З. Н. Ванеев. К вопросу о двалах. Территория Двалетии Arxiv surəti 2 sentyabr 2014 tarixindən Wayback Machine saytında З. Н. Ванеев. К вопросу о двалах.
Otto Vallax
Otto Vallax (alm. Otto Wallach‎; 27 mart 1847, Köniqsberq — 26 fevral 1931, Göttingen) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1910). Köniqsberqdə (indiki Kalininqrad, Rusiya) (1847-1931) anadan olmuş, alman üzvi kimyaçısı Vallax Otto 1869-cu ildə Gettingen Universitetini bitirmişdir. 1870- ci ildə Boan Universitetində işləmişdir. 1876- cı ildə professor elmi adı almışdır. Kimyanın və kimya texnologiyasının inkişafı sahəsindəki nailiyyətlərinə, eyni zamanda alitsiklik birləşmələrin sintezi və tədqiqi üzrə həyata keçirdiyi kompleks işlərinə görə 1910- cu ildə alimə Nobel mükafatı verilmişdir. Otto Vallax 26 fevral 1931-ci ildə vəfat edib.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.