Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Delfin
Delfinlər (lat. Delphinidae) və ya Yunisbalıqları — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi == Delfinlər cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdirlər. Diri bala doğurlar. Hamiləlik müddəti 10–18 ay arasında dəyişir. Dişi delfin adətən uzunluğu 50–60 sm olan bir bala doğur və balasının qayğısına həssaslıqla qalır. Onlar 20–30 ilə qədər yaşayırlar. Delfinlər doğum anından etibarən balalarının qayğısına qalırlar. Doğuşdan əvvəl delfinin hərəkətləri yavaşıyır.
Duayen
Duayen (fr. doyen — usta, ağsaqqal) — diplomatik korpusun rəhbəri, diplomatik təsnifata və konkret ölkədə akkreditə olunduğu müddətə görə daha yüksək olan diplomatik nümayəndə. Bir çox katolik ölkələrində diplomatik korpusun duayeni Papanın diplomatik nümayəndəsi, Afrikanın bir sıra keçmiş koloniyalarında isə keçmiş metropoliyanın səfiridir. Duayen yalnız yüksək təsnifatdan olan diplomatik nümayəndə ola bilər — səfir və ya Papa nunsisi (bəzi katolik ölkələrində — akkreditasiya vaxtından asılı olmayaraq yalnız bir nunsi, Toqoda — yalnız Almaniyanın səfiri, Burkina Fasoda — yalnız Afrika ölkələrinin səfirlərindən biri). Duayenin fəaliyyətinə, məsələn, həmkarlarına yerli diplomatik adət-ənənələrlə bağlı təlimatlandırma daxildir. Diplomatik korpusda eyni təsnifatdan olan nümayəndəlik rəhbərlərinin daha üstün olması onların öz funksiyalarını yerinə yetirməyə daxil olma tarixi və saatı ilə müəyyən edilir (müasir təcrübədə bu an etimadnamələrin təqdim edilməsi vaxtından hesablanır).
Edafon
Edafon — torpaq orqanizmlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Qrafen
Qrafen — karbonun çoxatomlu təbəqəsi. Bu material özünün unikal keyfiyyətləri ilə fərqlənir. Qrafen yer kürəsində ən möhkəm material hesab olunur. Bundan başqa o elektrik cərəyanını keçirir və şəffaflığı ilə diqqəti çəkir. Şəffaflıq xüsusiyyətinə görə bir sıra materialların, məsələn, sensor displeylərin yaradılması üçün əvəzsizdir. Belə hesab edilir ki, qrafenin tezliklə elektronika sənayesində geniş tətbiqinə başlanacaq. Rus alimləri Konstantin Novselov və Andrey Qeym qrafen yaradılması üçün apardıqları elmi işlərinə görə 2010-cu ildə Fizika sahəsində Nobel mükafatına layiq görülüblər. == Sintez == Karbonun təbii allotrop modifikasiyası olan qrafitin izole olunmuş təbəqəsi qrafen adlanır. Qrafit qədim zamanlardan məlum olsa da və müxtəlif məqsədlərlə çox geniş istifadə olunsa da, bu mineralı təşkil edən təbəqələri bir-birindən ayırmaq yalnız son illərdə mümkün olmuşdur. İlk dəfə 2004-cü ildə K. S. Novoselov və A. K. Geim mexaniki üsulla qrafen təbəqəsini qrafitdən ayırmağa müvəffəq olmuş və onun elektrik və optiki xassələrini tədqiq etmişlər.
Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866 və ya 1866, Bratislava – 30 mart 1934 və ya 1934, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. == Əsərləri == Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Acacia deanei
Acacia deanei (lat. Acacia deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia decurrens var.
Astragalus deanei
Astragalus deanei (lat. Astragalus deanei) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Bulbophyllum dearei
Bulbophyllum dearei (lat. Bulbophyllum dearei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dearei növü Qərbi Malayziyadan Filippinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum dearei A.H.Kent Bulbophyllum godseffianum Weathers Bulbophyllum punctatum Ridl. Bulbophyllum reticosum Ridl. Phyllorchis dearei (Rchb. f.) Kuntze Phyllorkis dearei (Rchb.f.) Kuntze Sarcopodium dearei Rchb.f.
Delfan şəhristanı
Dilfan şəhristanı — İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nurabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,385 nəfər və 29,257 ailədən ibarət idi.
Delfin (bürc)
Delfin (lat. Delphinus) — göyün şimal yarımkürəsində bürc.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Demyen Şazel
Damyen Şazel (19 yanvar 1985[…], Providens[d]) Fransız-Amerikalı rejissor, film istehsalçısı və ssenarist, Whiplash (2014), La La Land (2016) və First Man (2018) filmləri ilə tanınır.
Denden-qu
Denden məbədi (電電宮, Denden-qu) – Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur. == Tarixi == Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur. Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir. Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir. Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır.1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir. Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır. Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir. == Xüsusiyyətlər == Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir. Məbəd kompüter mühəndisləri, proqramçılar, telefon xidməti provayderləri arasında populyardır.
Denden məbədi

Denden stadionu
Denden stadionu (ing. Denden Stadium) — Eritreyanın Əsməra şəhərində stadion. Tamaşaçı tutumu 10,000 nəfərdir. 1968-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Eucalyptus deanei
Eucalyptus deanei (lat. Eucalyptus deanei) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Passiflora diaden
Marakuya (lat. Passiflora edulis) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Passiflora diaden Vell. Passiflora edulis f. edulis Passiflora edulis var. pomifera (M. Roem.) Mast. Passiflora edulis var. rubricaulis (Jacq.) Mast. Passiflora gratissima A. St.-Hil. Passiflora incarnata L. Passiflora iodocarpa Barb.
Phyllorchis dearei
Bulbophyllum dearei (lat. Bulbophyllum dearei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dearei növü Qərbi Malayziyadan Filippinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum dearei A.H.Kent Bulbophyllum godseffianum Weathers Bulbophyllum punctatum Ridl. Bulbophyllum reticosum Ridl. Phyllorchis dearei (Rchb. f.) Kuntze Phyllorkis dearei (Rchb.f.) Kuntze Sarcopodium dearei Rchb.f.
Phyllorkis dearei

Qara delfin
Qara delfin (rus. Чёрный дельфин) — ömürlük həbs cəzası almış məhkumların saxlanıldığı xüsusi rejimli islahedici koloniya. Rusiyanın Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən koloniyada əsasən qatillər, adamyeyənlər, terrorçular və digər təhlükəli canilər saxlanılır. Hazırda cəzaçəkmə müəssisəsində təxminən 863 dustaq saxlanılır. == Haqqında == Qara delfin koloniyasının adına tarixdə ilk dəfə 1745-ci ildə rast gəlinir. Adını binanın girişində məhkumlar tərəfindən inşa edilən qara delfin heykəlindən götürən, Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir.Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da məhbus başına ən az beş cinayət deməkdir.Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar.Bağça gəzintisi də yenə, belləri bükülmüş və başları üzərində ən az 3 gözətçi ilə reallaşır. 24 saat davamlı nəzarət altında olan məhkumların günboyu yataqlarında oturmalarına və ya uzanmalarına icazə yoxdur.
Racosperma deanei
Acacia deanei (lat. Acacia deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia decurrens var.
Sarcopodium dearei
Bulbophyllum dearei (lat. Bulbophyllum dearei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dearei növü Qərbi Malayziyadan Filippinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum dearei A.H.Kent Bulbophyllum godseffianum Weathers Bulbophyllum punctatum Ridl. Bulbophyllum reticosum Ridl. Phyllorchis dearei (Rchb. f.) Kuntze Phyllorkis dearei (Rchb.f.) Kuntze Sarcopodium dearei Rchb.f.
Uzunburun delfin
Uzunburun delfin (lat. Stenella longirostris) — elədə böyük olmayan tropik delfin. Dünya okeanının tropiklər arası ərazisində yayılmışlar. == Təsnifat == Bu növün 4 yarımnövü məlumdur. Ancaq başqa yarımnövlərin olması istisna deyildir. Onlar arasında ibritlərin olması istisna deyildir. == Təsviri == Rəngi boz və ya tünd rənglərdə olur. Ölçü baxımından öz cinsinin digər növlərindən elədə böyük deyildir. == Həyat tərzi == Nadir halda qrup təşkil edirlər. Akrobatik tullanışlar edirlər.
Zolaqlı delfin
Zolaqlı delfin və ya Zolaqlı prodelfin(lat. Stenella coeruleoalba) — kifayət qədər araşdırılmayan, kiçik bir delfin növü. Əsasən Dünya okeanının bütün mülayim və tropik qurşaqlarında yayılmışdır. Təsnifatı mübahisə doğurur. 1999-cu ildə DNT analizləri onların müxtəlif delfin növləri arasında oxşarlıqlar müəyyən etmişlər == Təsviri == Əsasən balıq, kril, osminoqlarla qidalanırlar. Yan zolaqlarına görə fərqlənirlər. Əvvəllər ovlanma səbəbi ilə sayları azalırdı. Hazırda isə torlar və okean sullarının kirlənməsindən əziyyət çəkirlər. == İstinadlar == == Xarici keçidlər == ARKive — images and movies of the striped dolphin (Stenella coeruleoalba) Arxivləşdirilib 2006-03-22 at the Wayback Machine Whale and Dolphin Conservation Society Whale Trackers — An online documentary series about whales, dolphins and porpoises.
İridiş delfin
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). == Xüsusiyyətləri == Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. == Yayılması == Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. == Həyat tərzi == Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Dəfnə
Dəfnə ağacı (lat. Laurus) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və qərbi Zaqafqaziyada rast gəlinir. == Növləri == Laurus azorica (Seub.) Franco Laurus chinensis Blume Nəcib dəfnə ağacı (Laurus nobilis L.) == İstinadlar == Dəfnə:The Plant List saytında takson barədə məlumat.
Dəkkən sultanlıqları
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad. Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar. 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur.Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
Dəkkən yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.