Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dean Martin
Din Martin (ing. Dean Martin; əsl adı Dino Pol Kroçetti, ing. Dino Paul Crocetti; 7 iyun 1917[…], Styubenvill[d], Ohayo – 25 dekabr 1995[…], Beverli-Hillz, Kaliforniya) — italyan əsilli Amerika müğənnisi, aktyor, prodüser, teleulduz və komik. "Kul-cazın kralı" ləqəbini daşıyan Din Martin bir sıra mahnıların əsas ifaçısı kimi məşhurluq qazanmışdır. Onların arasında "Memories Are Made of This," "That's Amore," "Everybody Loves Somebody," "You're Nobody till Somebody Loves You," "Sway," "Volare," və "Ain't That a Kick in the Head?" mahnıları xüsusi yer tutur. Martin 40-dan artıq filmdə rol almışdır.
Acacia deanei
Acacia deanei (lat. Acacia deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia decurrens var.
Acacia deanei subsp. paucijuga
Acacia deanei (lat. Acacia deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia decurrens var.
Acacia decurrens var. deanei
Acacia deanei (lat. Acacia deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia decurrens var.
Astragalus deanei
Astragalus deanei (lat. Astragalus deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astragalus vaseyi var. deanei (Rydb.) Jeps. Phaca deanei Rydb.
Eucalyptus deanei
Eucalyptus deanei (lat. Eucalyptus deanei) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus saligna var.
Racosperma deanei
Acacia deanei (lat. Acacia deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Acacia decurrens var.
Astragalus vaseyi var. deanei
Astragalus deanei (lat. Astragalus deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astragalus vaseyi var. deanei (Rydb.) Jeps. Phaca deanei Rydb.
Phaca deanei
Astragalus deanei (lat. Astragalus deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astragalus vaseyi var. deanei (Rydb.) Jeps. Phaca deanei Rydb.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Dian
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Soyad Sun Dan — Çini təmsil edən bədii gimnast. Digər Dan dili — Danimarkanın dövlət dili.
DEA
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Ferens Deak
Ferens Deak (mac. Deák Ferenc; 17 oktyabr 1803[…], Şöytör[d], Habsburq monarxiyası – 28 yanvar 1876, Budapeşt) — Macarıstan dövlət xadimi və ölkəsinin ilk ədliyyə naziri. == Həyatı == Ferens Deak Macarıstanın cənub-qərbindəki Zala əyalətində Söjtör şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Ferens Deak de Kexida (1761-1808), hüquqşünas və torpaq sahibi idi. O həm də Kapornak rayonunun baş hakimi olmuşdur. Anası isə xanım Ersebet Sibrik (1768-1803) idi. Ferens Deak ali təhsilini hüquq ixtisası üzrə tamamladıqdan sonra ardıcıl olaraq vəkil və notarius vəzifələrində çalışmışdır. 1833-cü ildə ilk dəfə siyasi həyata atılan Deak artıq 1850-ci illərdə Macarıstan siyasətində ən mühüm şəxsiyyətlərindən biri idi. == Siyasi fəaliyyəti == 1836-cı ildə Deak senzorların icazəsi olmadan dəstəklədiyi məsələlər haqqında məqalə yazdı və yayımladı. Bu məqalə onun adının əhəmiyyətli dairələrdə daha da məşhurlaşmasına gətirib çıxardı.
Jean Dubuffet
Jean Philippe Arthur Dubuffet (31 iyul 1901[…], Havr – 12 may 1985[…], VI arondisman) — XX əsr Fransa rəssamı və heykəltəraşı. == Həyatı == O, Fransanın Havr şəhərində dünyaya gəlmiş və 1918-ci ildə Academie Julian-da rəssamlıq oxumaq üçün Parisə köçmüşdür.Lakin,6 ay sonra sənətin maddi mənfəət gətirdiyinə inanmayaraq,öz-özünü inkişaf etdirmək məqsədilə məktəbdən ayrılmış,ata sənəti olan şərab ticarəti ilə məşğul olmuşdur.1930-cu illərdə yenidən rəssamlığa geri dönmüş,yenə tərk etmiş və 1944-cü ildə öz əl işlərindən ibarət sərgi ilə geri dönmüşdür və sürrealizmə yaxınlaşmışdır. 1948-ci ildə Dubuffet,Breton və Tapie "Art Brut"u yaratmışlar.Bu sənətçilərin məqsədi məhbus,ruhi xəstə,uşaqların və həvəskarların əl işlərini ortaya çıxarmaq idi.Dubuffet çətinliklə də olsa 10000 əl işi yığmağa nail olur."Qadın vücudları"(1950),"Kəpənək qanadlarından kiçik rəsmlər"(1953),"Etibarsız həyatın kiçik heykəlləri"(1954),"fenomenlər"(1958),"Urlup"(1967) və Dubuffetin rəsmi "Caz-band" bu sərgiyə daxil idi. Art İnformel cərəyanının rəssamlarının baxışlarına uyğun olaraq,Jean Debuffet hesab edirdi ki,uşaqların sadəlövh rəsmləri,həvəskarların və ruhi xəstələrin rəsmləri həqiqəti professionalların rəsmlərindən daha çox ifadə edir. Rəssamın əsərləri kənardan tez-tez gülüş doğurmasına baxmayaraq Jean Dubuffet 20-ci əsrin ən avtoritet və ən məşhur rəssamlarından sayılır.Onun əsərləri dünyanın ən böyük muzeylərində nümayiş olunub. 1975-ci ildə o, Parisdə "Dubuffet Fondu"nun əsasını qoymuşdur. Jean Dubuffet 1985-ci il 12 mayda Parisdə vəfat etmişdir.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896[…], Nevşatel[d] – 16 sentyabr 1980[…], Cenevrə) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof.
Mr.Bean
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Ritsu Doan
Ritsu Doan (堂安律, Dōan Ritsu, 16 iyun 1998-ci ildə Amaqasakidə anadan olub) — Yaponiyalı futbolçu. Hal-hazırda Cey Liqa Diviziya 1 təmsilçilərindən olan Qamba Osaka klubunda yarımmüdafiəçi kimi çıxış edir. Sonuncu dəyişiklik: 31 May 2017 1 Yaponiya Superkuboku və Suruqa Bank Çempionatı görüşləri daxildir.
Sean Boswell
Sean Bosvel — Forsaj franşizasından Lukas Blekin canlandırdığı uydurma personaj. Şon anası ilə Amerikada yaşayan 17 yaşlı orta məktəb şagirdidir. Şon küçə yarışlarına görə daim polis tərəfindən saxlanılır və onlar daim anası xanım Bosvellə köçməli olurlar. Nəhayət, anası Şonu atasının yaşadığı Tokioya göndərmək qərarına gəlir. Burada məskunlaşan Şon məktəbə başlayır və burada da küçə yarışlarına qatılır. Məktəbdə gördüyü özü kimi Qaycinə aşiq olan Şon buna görə də Tokioda Yakuza liderinin qardaşı oğlu Takaşi ilə düşmən olur. Takaşinin yaxın dostu Han Lue Şonla dost olur, ona drift etməyi öyrədir və müəllimlik edir. Daha sonra Şon atasının evindən ayrılıb Han Luenin qarajında məskunlaşır. Burada olarkən Takaşinin qaraja daxil olması nəticəsində, Tokio küçələrəndi avtomobilli qaçdı-tutdu başlayır və Han ölür. Hanın ölümündən sonra Şon Hanın oğurladığı pulu Takaşinin əmisi Kamata götürür və Takaşi ilə yarışmaq üçün icazə istəyir.
Studio Deen
Studio Deen Co., Ltd. (株式会社スタジオディーン, Kabushiki gaisha Sutajio Dīn, bəzən "Studio DEEN") — Yaponiya animasiya studiyası. Sunrise animasiya studiyasının qurulmasından 3 il sonra — 1975-ci ildə Sunrise studiyasının üzvləri tərəfindən qurulmuşdur. Nakagami, Yoshikatsu et al. "You're Under Arrest: Full Throttle". (December 2007) Newtype USA. pp. 48–49.
Dyan krallığı
Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien) - e.ə. IV—e.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar. Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş. == Ümumi məlumat == Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə.
Dead Oceans
Dead Oceans — 2007-ci ildə ABŞ-də yaradılmış müstəqil musiqi şirkəti.
Deyan Saviçeviç
Deyan Saviçeviç (15 sentyabr 1966, Podqoritsa) — Yuqoslaviyalı keçmiş futbolçu. Əsasən Hücumameyilli yarımüdafiəçi və vinger kimi çıxış edib. Hal hazırda Monteneqro Futbol Federasiyasının prezdientidir. Sviçeviç 1990-cı illərdə dünyanın ən yaxşı oyunçularından biri hesab olunurdu və bütün zamanların ən böyük Monteneqro və Yuqoslaviya futbolçularından biri kimi qəbul edilir. "Milan" klubunda oynadığı müddətdə İtaliya idman mətbuatı ona Il Genio (Dahi) ləqəbi vermişdi. == Karyerası == Titoqrad dəmir yolu nəqliyyatı dövlət şirkətinin işçisi atası Vladimir Saviçeviç və eyni şirkətin inzibati işçisi olan anası Voyislava "Voyka" Dyuroviçin ailəsində anadan olub. Deyan 15 yaşında, doğma şəhərinin "OFK Titograd" klubuna qoşulur. O, kluba qoşulduğu zaman demək olar ki, peşəkar futbol standartlarına görə kifayət qədər gec hesab olunurdu. Ancaq onun, Balkan ölkələrində "mali fudbal" kimi tanınan futzalda oyun təcrübəsi var idi. Belə ki, yeniyetmə olan Saviçeviç, yaşadığı məhəllədəki yaşayış binalarının bütün blokunun adını daşıyan "Tehnohemija" adlı kişilərdən ibarət futzal komandasında oynayırdı.
Bella Deyn
Bella Deyn (8 yanvar 1988, Berlin) — Əsl adı İzabel Knispel olan alman aktrisa. Karyerasında qazandığı uğurların əsasını TV seriallar təşkil edir. Baş rol aldığı Troya: Şəhərin süqutu serialındakı Troyalı Yelena obrazı ilə daha çox məşhurlaşıb. == Bioqrafiyası == Dayne Berlində anadan olub. 2004-cü ildə 16 yaşında "Miss Şərqi Almaniya" gözəllik müsabiqəsində iştirak edib. 2006-cı ildə isə hələ məktəbdə oxuyarkən "Miss Almaniya" müsabiqəsinə qatılıb və qalibi olub.
Deman ekspedisiyası
Deman ekspedisiyası — 1908-ci ildə Rusiya İmperator Ordusu tərəfindən həyata keçirilmiş hərbi yürüş. Yürüşün məqsədi Şahsevən tayfalarının sərhəd bölgələrindəki kənd və postlara hücumlarının qarşısını almaq idi. == Zəmin == Türk tayfası olan Şahsevənlər İranın Azərbaycan əyalətində, onunla həmsərhəd olan Lənkəran, Cavad və Bakı qəzalarında yaşamaqda idilər. 1828-ci ildə Qacarlarla ruslar arasında imzalanmış Türkmənçay müqaviləsinə əsasən Şahsevənlərin ənənəvi köç etdikləri Muğan düzənliyi Rusiya hakimiyyəti altına verildi. Lakin Şahsevənlərə qışda özlərinin ənənəvi qışlaqlarına köçüb yaşamalarına da icazə verilmişdi. Tez-tez yaşanan sərhəd münaqişələri və soyğunçuluq nəticəsində Rusiya şahsevənlərin bu hüququnu 1884-cü ildə qadağan etdi. Bu addım da şahsevənlərin rus sərhədi boyunca yağma və hücumlarla məşğul olmasının qarşısını ala bilmədi. Bu proses 1905-ci ildə İranda Məşrutə hərəkatının başlaması ilə birlikdə daha da artmağa başladı. Şahsevənlərin nən güclü tirələrindən birinin xabı olan Məmməhqulu xan Alarski rusların Deman kəndindəki sərhəd-mühafizə postunun yaxınlığında bir bölgəni ələ keçirdi və orada Təzəqala adlı kənd saldırdı. Bundan əlavə olaraq, Məmmədqulu xan Alarskinin döyüşçüləri Şimali Azərbaycan ərazisindəki Perşambel camaatlığının kəndlərini yağmalayır, onların mal-qarasını oğurlayırdılar.
Jean Pinet
Jean Pinet (13 sentyabr 1929, Tuluza) — fransız aviasiya mühəndisi; Keçmiş Concorde sınaq pilotu olaraq, 1969-cu ilin oktyabr ayının əvvəlində Konkordu səsdən yuxarı sürətə çxıaran ilk insan idi .
Billie Jean
Billie Jean — Maykl Ceksonun dance-pop/R&B janrlarında olan mahnısı. Müğənninin altıncı solo albomu olan Thriller-ə daxil olan mahnının mətninin və musiqisinin müəllifi o özü, prodüseri isə Kuinsi Consdur. İlk olaraq Consun bəyənmədiyi mahnı haqqında o, və Cekson fərqli düşüncələrə malik idilər. Mahnı daha çox original bass xətti və Ceksonun vokal ifası ilə yadda qalmışdır. Mahnı səs mühəndisi Brüs Svidien tərəfindən ikinci yeni versiyasının hazırlanmasından sonra 91 dəfə yenidən işlənmişdir. "The Girl Is Mine" sinqlının və "Thriller" albomunun qazandığı böyük uğurdan sonra, "Billie Jean" sinqlı 2 yanvar 1983-cü ildə, albomnan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Həm ABŞ-də, həm də dünyada çox böyük uğur qazanan mahnı, 1983-cü ilin ən çox satılan sinqllarından biri olmaqla, eyni zamanda həm ABŞ-də, həm də BK-da hit paradlara daxil olmuşdur. Digər ölkələrdə də böyük uğur qazanan mahnı, İspaniya və İsveçrədə birinciliyə qədər yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveç və İsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi irəliləyə bilmişdir. Mahnıya, 1989-cu ildə Recording Industry Association of America (RIAA) tərəfindən platinium sertifikat verilmişdir. İki Grammy Awards, bir American Music Award kimi bir çox müxtəlif mükafatlar alan mahnı, maraqlı musiqisi və diqqətçəkən klipi ilə "Thriller" albomunun bütün zamanların ən çox satılan musiqi albomu olmasına təkan vermişdir.
Daan Maynqheer
Daan Maynqheer (13 aprel 1993 – 28 mart 2016, Ayaçço) — Belçikalı velosiped yarışçısı. Maynqheer 2016 Kriterium İnternəşinl turnirinin birinci mərhələsi zamanı ürək ağrılarından əziyyət çəkdiyi üçün iki gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişmişdir.
Dead Island
Dead Island (ing. Dead Island, azərb. Ölü Ada‎) — Techland tərəfindən hazırlanan və Deep Silver firmasının PC, Xbox 360 və Playstation 3 üçün 6 sentyabr 2011-ci il tarixində nəşr etdirilən açıq dünya aksiyon oyunudur. Bir virus səbəbiylə zombilərə çevrilən insanlara qarşı mübarizə apardığınız oyunda özünüzü tapança və tüfəng xaricində kürək, beysbol çubuğu, bıçaq kimi alətlərlə qorumağa çalışırsınız. Ayrıca oyunda öz silahlarınızı da hazırlaya bilər və inkişaf etdirə bilərsiniz. Oyunda hadisələr Banoi adasından baş verməkdədir.
Dena şəhristanı
Dena şəhristanı (farsca:شهرستان دنا) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sisəxt şəhəridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 53,034 nəfər və 11,117 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Dəfn
Dəfn — vəfat etmiş şəxsin torpağa basdırılma prosesi. Dəfn adətləri, xalqlara, mədəniyyətlərə və dövrlərə əsasən müxtəlif olmuşdur. Hər bir dövrün, xalqın özünə məxsus müxtəlif dəfn adətləri vardır.
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Dəfn (Mikelancelo)
Dəfn İtalyan İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri olan Mikelancelo Buonarrotiyə aid olan və təxminən 1500-1501 illərə aid Məsihin dəfn mərasiminin yarımçıq qalmış rəsm əsəridir. Tablo hal-hazırda London Milli Qalereyasında saxlanılır. 1981-ci ildə aşkar edilmiş sənədlərə görə Mikelanceloya Romadakı SantAgostino kilsəsinin panel rəsmini çəkmək tapşırıldı, lakin rəssam sonda aldığı bütün əmək haqqını geri qaytarmışdır. Dəqiq olmasa da görülən iş, ehtimal ki, dəfn idi və Mikelancelonun Florensiyaya qayıtması ilə yarımçıq qalmışdır. Panelin ortasında İsa qəbirə tərəf hərəkət edir. İsanın arxasında saqqalı qoca öz məzarını İsaya verən Aramatyalı Yusifdir. Sol tərəfdəki uzun narıncı paltar geyən adam ehtimal ki, Həvari Yuhənnadır, onun yanında diz çökən isə Mariya Maqdalenadır. Sağdakı iki nəfər isə qeyri-məlumdur. Digər hazır olmayan fiqur isə ehtimal olunur ki, Məryəmdir.
Dəran (Culfa)
Dəran (fars. داران‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 947 nəfər yaşayır (320 ailə).