Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Delator
Delator — Qədim Romada prokuror və ya donosçu. Cinayət hüququ və fiskal iddialar məsələlərində donosçunun rolu adekvat polis qüvvəsi və ya dövlət ittihamçısı olmayan Roma cəmiyyətində asayişin qorunması üçün müstəsna əhəmiyyət kəsb edirdi. Mükafatlar vətəndaşlar üçün pul mükafatları və ictimai təriflərdən tutmuş kölələrə azadlıq və əcnəbilər üçün vətəndaşlığa qədər dəyişirdi.Donosçuluq imperiya dövründə gəlirli, lakin nüfuzsuz bir peşə oldu. Bundan sui-istifadə edənlər "infamia" (bir çox vətəndaş hüquqlarının itirilməsi), damğalanmaq, şallaqlanmaq və ya sürgünlə cəzalandırılırdı. Onların fəaliyyəti imperatora, xüsusən də tabeliyində olanlara etibar etməyən və ya maliyyə vəsaitinə ehtiyacı olan biri üçün müstəsna faydalı ola bildiyinə görə, bəzi delatorlar cəzadan qurtula bilmiş və hətta siyasi hakimiyyət əldə etmişdilər.
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Habrobracon hebetor
Habrobracon hebetor (lat. Habrobracon hebetor) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin brakonidlər fəsiləsinin habrobracon cinsinə aid heyvan növü. == Xarici quruluşu == Parazitin döş hissəsi qonur-qaramtıl olub, üst tərəfdən qırmızımtıl-sarımtıl rəngdədir. Bədəninin uzunluğu 3,5–4 mm-dir. Bığcıqları qara olub, dişilərdə 16-17 buğumlu, erkəklərdə isə 20-25 buğumludur. == Həyat tərzi == Abşeron ərazisində yaşıllıqlara zərərverən yarpaq və tumurcuq fırfıralarının, qızılgül yarpaqbükəninin, qızılqarın kəpənəyin, tək ipəksarıyanın, valehedici gözəlçənin və Ağ Amerika kəpənəyinin tırtıllarında parazitlik edir. Bəzək bitkiləri sahələrində, xüsusilə Bakı şəhərində, Mərdəkan qəsəbəsində və ətraf kəndlərdə salınmış yaşıllıq sahələrində yayılaraq, zərərvericilərin sayının azalma-sında böyük təsərrüfat əhəmiyyətinə malik rol oynayır. Aparılan hesablamalara görə zərərvericilərin tırtıllarının 15-20% -i Bracon hebetor paraziti ilə yoluxmuş olur. Parazitin bioekologiyasına və sahibi yoluxdurmasına dair Naxçıvan bölgəsində tədqiqat işləri aparmış Zəkəriyyə Məmmədov Bracon hebetor parazitinin meyvə zərərvericilərini yüksək dərəcədə yoluxdurmasını nəzərə alıb, onun bioloji mübarizədə istifadə edilməsini təklif etmişdir. Müəllif, parazitin (laboratoriya şəraitində) cənub anbar odlucası üzərində çoxaldılması və meyvə bağlarına buraxılması yollarını göstərmişdir.
Denni DeVito
Daniel Maykl "Denni" De Vito-oğul (ing. Daniel Michael DeVito Jr.; 17 noyabr 1944, Eşberi-Park, ABŞ) — amerikalı aktyor, ssenarist, prodüser və rejissordur. == Həyatı == Denni De Vito 1944-cü ildə ABŞ-də italyan əsilli ailədə anadan olmuşdur. Onun ilk sənəti bərbər olub. De Vito "Uilfred Bərbər Akademiyası"nı bitirmişdir. Film karyerası 1971-ci ildən başlayır. Denni De Vito ilk uğurunu "Ququ quşu yuvasının üzərindən uçarkən" filmində qazanır. 1984-cü ildə çəkilən "Daş ilə roman" filmindən sonra məşhurlaşır. 1985-ci ildən başlayaraq komediya filmlərində çəkilməyə başlayır. 1992-ci ildə öz kinokampaniyasını yaradır ("Jersey Films" kompaniyası).
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Dəstor
Dəstor — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Dəstor Astara rayonunun Asxanakoran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçıların ehtimalına görə, oykonim kəndin ilk sakinlərinin Zərdüşt dininə mənsubiyyəti ilə əlaqədardır və fars dilindəki dəstor (calma, əmmamə) sözündəndir. Əslində, toponim Dəstor coğrafi adının yerli tələffüz formasıdır. == Etimologiyası == Coğrafi ad talış dilində Dasthore sözündən olub «əl daşı dəyirmanı» mənasındadır.