Debit

vahid zamanda təbi, yaxud süni mənbələrdən (qazma quyusu, adi quyu və s.) alınan maye və ya qaz həcmi. Mayenin D.-i m3/san, yaxud m3/sat, m3/gün-lə hesablanır. Neft quyularının D.-ə nəzarət etmək üçün istismar zamanı D.-in dəyişməsini göstərən əyrilər qurulur. Bu əyrilərlə neft ehtiyatının sənaye kateqoriyası təyin edilir. Əyrilər metodu müəyən vaxt ərzində neft hasilatının statistik hesabatına əsaslanır. Riyazi hesablamalar vasitəsilə D.-in zamandan asılılıq əyrisinə əsasən quyular qrupunun və bütövlükdə layın neft ehtiyatının hesablanmasının əsasını təşkil edən D.-in azalma əmsalı müəyən edilir.
Çökmə süxurlar
Dehidrogenləşdirmə
OBASTAN VİKİ
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Debit kartı

Digər lüğətlərdə

-еват-(ый) нату́жливый отмета́ние преувели́ченно присуди́ть расстри́чь весть наме́ренность радиотелеско́п ру́бщик шалу́нья шестидне́вка куйта суслить шилатони Balthazar effaré fitfully icky mistook sanguiferous slack suit sweetie подоснова стиральный