Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Debono
Con Debono — Maltanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Rebun adası
Rebun adası (yap. 礼文島) — Vakkanai şəhərinin qərbdə, Hokkaydo adasının şimal-qərb sahilindən təxminən 45 km məsafədə, Yapon dənizində yerləşən vulkanik ada. Yaponiyanın, Hokkaydo prefekturası, Soya dairəsi, Rebun qəzasına daxildir. Adanın sahəsi 81,33 km²-dir. Uzunluğu 29 km, eni isə 8 km-ə bərabərdir. Adanın adı Aynu dilində işlənən Rep-un sözündən götürülmüşdür. Mənası açıq dəniz adası deməkdir. == Coğrafiya == Vulkanik mənşəlli adadır. Sahil qayalıqlarında andezit-bazaltların sütunlu hissələrinə tez-tez rast gəlinir. Rişiri adasından Rebun boğazı ilə ayrılır.
Cozef Debone Qrex
Cozef Debone Qrex (17 sentyabr 1939, Malta) — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, maltalı parlamentar. == Həyatı == Qrex 1939-cu il sentyabrın 17-də anadan olub. Malta Nümayəndələr Palatasının üzvüdür. 1958-ci ildə Malta Əmək Partiyasında katib və partiyanın bir neçə qolunun rəhbəri kimi fəaliyyətə başlayıb. 1959-ci ildə Əmək Briqadasının əsasını qoyanlardan biri olub. 1967-ci gənclər katibi, 1969-cu ildə partiya işləri üzrə sədr müavini seçilib. 1971-ci ildə Malta parlamentinə seçilib. O zamandan deputatdır. 1983-cü ildə Maltanın maliyyə və investisiya naziri, 1996-cı ildə nəqliyyat və limanlar naziri olub. 2003-2008-ci illərdə Malta beynəlxalq aeroportu və ölkə təhlükəsizliyi üzrə kölgə naziri kimi fəaliyyət göstərib.
Debüt
Debüt (fr. début) Debüt — incəsənət xadiminin geniş ictimaiyyətə ilk tanınması. Debüt — şahmat partiyasının başlanğıcı. Debüt — Azərbaycanda rok qrup.
Dəhük
Dəhük — İraqın Dəhuk mühafəzəsində şəhər. Əhalisi 300,000-dir. Dəclə çayı üzərində yerləşir.
Təbuk
Tabuk, (ərəb. تبوك‎,Tabūk) Ərəbistan yarımadasının şimal-qərbində Səudiyyə Ərəbistanıın Tabuk bölgəsinin mərkəzi şəhəridir == Tarix == Başqa məlum olan adları: Tebuk, Tebûk, Tabûk, Gabûk. Tebük, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin dövründə Mədinə şəhərinin şimalında, Mədinə şəhəri ilə Şam şəhəri arasındakı yolun üzərində yerləşən bir qəsəbə idi. Tabuk ətrafında, Hicri təqviminə ilə Rəcəb, Qriqori təqvimi ilə 630-cu ilin Sentyabr ayında Məhəmməd peyğəmbər buraya Tabuk seferi etmişdir. Quranın Tövbə surəsinin ilk 29-cu ayətində bu səfər haqqına məlumat verilmişdir. === Osmanlı dövrü === Tabuk şəhəri Osmanlı İmperiyası dövründə İstanbuldan Məkkəyə gələn yolun və Hicaz dəmiryolunun üzərində bir dayanacaq rolu oynayırdı. Tabuk (Âsî Hurma) şəhərinə Nürəddin Şəhid tərəfindən kiçik bir qala tikdirilmişdir.. Mehməd Ədip Əfəndi "Nehcet'ül-Menâzil" adında kitabında o dövürdə Tabuk şəhərinin Âsî Hurma adlandırıldığını yazmışdır.. == İqlimi == Tabuk şəhəri yayları isti, qışları isə mülayim olan bir çöl iqliminə malikdir. İstilik yay aylarında 27-46 °C, qış aylarında isə 4-18 °C arasında dəyişir.
Sokolski debütü
Sokolski debütü — Şahmat termini Bu debütü tədqiq edən və dəfələrlə işlədən Belorusiya şahmatçısının şərəfinə adlandırılmışdır.
"Debüt" studiyası
"Debüt" studiyası — == Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Kinofilmlərin ideya-bədii səviyyəsini daha da yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını möhkəmləndirmək tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1986-cı il 26 fevral tarixli, 13 nömrəli qərarına müvafiq olaraq, ASSR Nazirlər Sovetinin 1987-ci il 20 fevral tarixli 53r nömrəli sərəncamı ilə kinostudiya nəzdində "Debüt" eksperimental-gənclik yaradıcılıq studiyası yaradıldı. Studiyanın rəhbəri Eldar Quliyev, baş redaktoru Eldəniz Quliyev, direktoru isə Davud Zöhrabov təyin olundu. O vaxtlar "Mosfilm" və "Gürcüstanfilm" kinostudiyalarında artıq belə tipli studiyalar mövcud idi, lakin bizim debüt, təkcə rejissorların deyil, həm də rəssamların, aktyorların, ssenaristlərin, operatorların debütüdür. Burada təkcə bədii deyil, sənədli, xronikal, eksperiment, cizgi filmləri də çəkilirdi. (A. Kazımzadə, Bizim Azərbaycanfilm, Bakı 2004, səh 318). Debüt studiyasını o vaxtlar kinoalmanaxlar üçün çəkilən qısametrajlı bədii filmlər-kinonovellalar əvəz edirdi. Belə yaradıcılıq sınağından uğurla keçən gənc rejissora sonradan böyük ekran üçün tammetrajlı bədii rilm çəkməyə icazə verilirdi. Debütdə çəkilən bəzi filmlər: "Ata" (Ayaz Salayev), "Torpaq" (Vaqif Azəryar), "Dünən, Bu gün və…" (R. Əliyev) sənədli, "Düşüncə" (N. Nərimanbəyova) animasiya, "Son Tamaşa", "Bizim Bakı Teatrı", "Bizim Nəsibə Xanım", "Haqqın Dərgahı", "Səhnədə Keçən Həyat", "Qonaq-qaralı Ev" sifariş filmləri istehsal olunub.
Debüt (qrup)
Debüt (rus. Дебют) — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1988-1991-ci illər arasında Azərbaycanda fəaliyyət göstərmiş pop-rok janrında ifa edən qrupun ifaları ruscadır. == Qrupun tarixi == Qrup 1988-ci ildə gitarist Rasim Qasımov tərəfindən Sumqayıt şəhərində yaradılmışdır. == Üzvləri == Daur Kusov - vokal Eqor Dervoed - zərb alətləri Rasim Qasım - gitarist İqor Tixonov - zərb alətləri Elçin Sadıqov - bass-gitar == Hazırda qrup == Qrup üzvləri hazırda Rusiyada - Moskva şəhərində yaşayırlar. Bunlardan Eqor Dervoed Qorki Park rus rok qrupunun prodüsseridir. == Diskoqrafiya == Я иду по большой аллее Вот и всё Белый снег Сумгаит Забудь печаль Призрак == İstinadlar == ↑ "ФЕНИКС литературный клуб: Eqor Dervoed". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
Debüt (şahmat)
Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir. Debüt üç növə bölünür: açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1... e5); yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1... e5 gedişindən başqa istənilən gedişi edə bilərlər); bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər). == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 9.
Dəhuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dəhuk mühafazası

Dəhuk mühafəzası

Dəhuk mühafəzəsi

Səbuk Təkin
Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı. == Həyatı == 942-ci ildə Qəznə şəhərində anadan olmuşdu . 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl Üməra və Vəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu. == Hakimiyyəti == 977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edib onu vergi verməyə məcbur etdi.
Təbuk səfəri
Təbuk yürüşü — Təbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. == Təbuk yürüşünün səbəbi == İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Təbuk yürüşü

Berd debütü (şahmat)
Berd debütü — Şahmat termini Praktikaya tətbiq edən İngiltərə ustasının şərəfinə adlandırılmışdır.
Fil debütü (şahmat)
Fil debütü — şahmat termini. İlk dəfə olaraq XV-XVI əsr ispan şahmatçısı Lusenin traktatında və Gettin əlyazmalarında təsadüf edilir .
Nimtsoviç debütü (şahmat)
Nimtsoviç debütü — Şahmat termini Qrossmeyster A. Nimtsoviç tərəfindən XX əsrin 20-ci illərində praktikada tətbiq edilmişdir.
Ponsiani debütü (şahmat)
Ponsiani debütü — Şahmat termini İlk dəfə XVIII əsrdə italyan nəzəriyyəçisi tətbiq etmişdir.
Reti debütü (şahmat)
Reti debütü — Şahmat termini Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır.
Vəzir piyadalarının debütü
Vəzir piyadalarının debütü — Şahmat termini Debüt sistemlərinin ümumi adı. Burada ağlar c2-c4 gedişindən imtina edirlər.