Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Denyoy-le-Min
Denöy-le-Min (fr. Deneuille-les-Mines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şərqi Monlüson kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03097. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 339 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 208 nəfərin (15-64 yaş arasında) 155 nəfəri iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 74.5%, 1999-cu ildə 69.3%). Fəal 155 nəfərdən 140 nəfər (69 kişi və 71 qadın), 15 nəfər işsiz (8 kişi və 7 qadın) idi. Aktiv olmayan 3 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Denyoy-le-Şantel
Denöy-le-Şantel (fr. Deneuille-lès-Chantelle, oks. Denuelha de Chantela) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03096. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 62 yaş arasında (15-64 yaş arasında) 47 nəfər iqtisadi cəhətdən, 15 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.8%, 1999-cu ildə 66.1%). Fəal olan 47 nəfərdən 40 nəfər (21 kişi və 19 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Denyıl- Henri Kenoulierin portreti
Denyıl- Henri Kenoulierin portreti (İspan.Retrato de Daniel-Henry Kahnweiler) — 1910-cu ilin Pablo Pikasso tərəfindən yağlı boya kətan rəssamlığının analitik kubizm üslubunda yaradılan rəsm əsəri. Əsər 1910-cı ildə Çikaqo İncəsənt İnustutunda tamamlandı.Sənət əsərinin ölçüləri 100.5 sm × 73 sm-dir. = Açıqlama = Rəssam Fransadaki sənət qalereyasının sahibi olan Denyıl- Henri Kenoulieri təsvir edir. 1948-ci ildə Qilbert V.Çepman tərəfindən Çarlz B.Gudspidin xatirəsinə Çikaqo İncəsənt İnustutuna hədiyyə edildi. = Qəbulu = The Guardian jurnalının incəsənət tənqidcisi olan Canıtın Cons əsəri "Yəqin ki, hazırda Londonda göstərilən müasir incəsənətin ən yaxşı əsəri." şəklində adlandırdı.
DKNY
DKNY (ing. Donna Karan New York) — Mərkəzi ofisi Nyu-Yorkda yerləşən moda evi və brend. Yaradıcısı amerikalı modelyer-dizayner və sahibkar Donna Karandır. == Tarixi == 1984-cü ildə Donna Karan tərəfindən yaradılmışdır. == Fəaliyyəti == Bu brend özündə sadə biçimi, zərifliyi və rahatlığı birləşdirir. Şirkətin əsas xətti qadın geyimləri və aksessuarlardan ibarətdir. Brend geyim, ayaqqabı, çanta, alt paltarı, ev əşyaları, bəzək əşyaları, şərflər, əlcəklər, qayışlar, interyer əşyaları, parfümeriya və kosmetika istehsalı ilə məşğul olur. Moda evi dəb həftələrində mütəmadi olaraq öz kolleksiyalarını nümayiş etdirir. Bu illər ərzində eleqant, klassik və modern üslubun xüsusiyyətlərini özündə birləşdirən marka qadınların hörmətini və sevgisini qazanmağa nail olub. Moda evinin məşhur müştəriləri arasında Demi Mur, Barbara Streyzand, Bill Klinton, Cennifer Lopez və sairləri var.
Demy
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Dena
Dena, İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir.Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Dena şəhristanı
Dena şəhristanı (farsca:شهرستان دنا) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sisəxt şəhəridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 53,034 nəfər və 11,117 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Deni Didro
Deni Didro (5 oktyabr 1713[…], Lanqr[d][…] – 31 iyul 1784[…], Paris) — görkəmli Fransa maarifçisi, filosof və yazıçısı, ensiklopedist. == Həyatı == Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro (1713–1784) sənətkar ailəsində doğulmuşdur. D. Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi.
Deni Mukvege
Deni Mukvege (fr. Denis Mukengere Mukwege;) 1 mart 1955[…], Bukavu) — Konqolu ginekoloq və Əllincilər (ing. Pentecostalism) pastorudur. Silahlı üsyançılar tərəfindən təcavüzə uğramış qadınların müalicəsi ilə məşğul olduğu Bukavudakı Panzi Xəstəxanasını qurdu və orada işləyir.2018-ci ildə Mukveqe və İraqlı hüquq müdafiəçisi Nadiya Murad ilə "cinsi zorakılığın müharibə və silahlı qarşıdurma silahı olaraq istifadəsinə son qoyulması istiqamətində ki səylərinə görə" Nobel sülh mükafatına layiq görüldü.Deninin Konqo münaqişəsi qurbanları üçün ədalət tələb etməsinə davam etməsi, həyatına və Panzi xəstəxanasına qarşı təhdid almasına səbəb oldu. Bu ölüm təhdidlərini əsasən Deninin öz ölkəsi,Ruanda və Uqanda da daxil olmaqla bu ölkələrdəki sosial media platformalarından alırdı. Bildirildiyinə görə, təhdidlər Deninin BMT-nin on illik hesabatında adı hallanan cinayətkarların beynəlxalq məhkəməyə çıxarılması üçün artan çağırışlarından sonra ortaya çıxdı. 2012-ci ildə Mukveqenin həyatına edilən sui-qəsd cəhdi, nəticədə onun və ailəsinin təhlükəsizliyi ilə əlaqədar olaraq ölkəni tərk etməsi ilə nəticələndi. Mukvege, İkinci Konqo müharibəsindən bəri təcavüz qurbanı olan minlərlə qadını 17 saatlıq iş günləri ilə gündə on əməliyyata girirdi. The Globe and Mail in nəşrinə görə, Mukveqe "çox güman ki, təcavüz xəsarətlərinin bərpası üzrə dünyanın aparıcı mütəxəssisi" dir. 2013-cü ildə "Müharibə dövründə cinsi zorakılıqdan sağ çıxan qadınları sağaltmaqda və bunun səbəbləri haqqında danışmaqda göstərdiyi cəsarətli əməyinə görə" Doğru Yaşam mükafatına layiq görülmüşdür.
Deni Mukveqe
Deni Mukvege (fr. Denis Mukengere Mukwege;) 1 mart 1955[…], Bukavu) — Konqolu ginekoloq və Əllincilər (ing. Pentecostalism) pastorudur. Silahlı üsyançılar tərəfindən təcavüzə uğramış qadınların müalicəsi ilə məşğul olduğu Bukavudakı Panzi Xəstəxanasını qurdu və orada işləyir.2018-ci ildə Mukveqe və İraqlı hüquq müdafiəçisi Nadiya Murad ilə "cinsi zorakılığın müharibə və silahlı qarşıdurma silahı olaraq istifadəsinə son qoyulması istiqamətində ki səylərinə görə" Nobel sülh mükafatına layiq görüldü.Deninin Konqo münaqişəsi qurbanları üçün ədalət tələb etməsinə davam etməsi, həyatına və Panzi xəstəxanasına qarşı təhdid almasına səbəb oldu. Bu ölüm təhdidlərini əsasən Deninin öz ölkəsi,Ruanda və Uqanda da daxil olmaqla bu ölkələrdəki sosial media platformalarından alırdı. Bildirildiyinə görə, təhdidlər Deninin BMT-nin on illik hesabatında adı hallanan cinayətkarların beynəlxalq məhkəməyə çıxarılması üçün artan çağırışlarından sonra ortaya çıxdı. 2012-ci ildə Mukveqenin həyatına edilən sui-qəsd cəhdi, nəticədə onun və ailəsinin təhlükəsizliyi ilə əlaqədar olaraq ölkəni tərk etməsi ilə nəticələndi. Mukvege, İkinci Konqo müharibəsindən bəri təcavüz qurbanı olan minlərlə qadını 17 saatlıq iş günləri ilə gündə on əməliyyata girirdi. The Globe and Mail in nəşrinə görə, Mukveqe "çox güman ki, təcavüz xəsarətlərinin bərpası üzrə dünyanın aparıcı mütəxəssisi" dir. 2013-cü ildə "Müharibə dövründə cinsi zorakılıqdan sağ çıxan qadınları sağaltmaqda və bunun səbəbləri haqqında danışmaqda göstərdiyi cəsarətli əməyinə görə" Doğru Yaşam mükafatına layiq görülmüşdür.
Deni Papen
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.
Deni Qaysumov
Deni Qaysumov (d. 6 fevral 1968, Şali, Çeçenistan) — çeçen əsilli sabiq Azərbaycan futbolçusu. == Həyatı == 6 fevral 1968-ci ildə Şalidə anadan olmuşdur. == Karyera statistikası == === Millidə === Azərbaycan milli futbol komandasının heyətində 23 oyun keçirmişdir.
Jan Deni
Jan Deni (fr. Jean Deny; 24 iyul 1879 - 5 noyabr 1963) — fransız türkoloqu. == Həyatı == Jan Deni 1879-cu ildə anadan olmuşdur. Uşaqlıq illərini Ukraynada keçirmiş Jan Deni atasının fransız dili müəllimi olduğu Odessada Richelieu liseyini və Parisdə Louis le Grand liseyini bitirdikdən sonra eyni zamanda həm Paris hüquq fakültəsində, həm də École des Langues Orientalesdə (ərəbcə, farsca və rusca) oxumuşdur. Təhsilini bitirdikdən sonra Fransa Xarici İşlər Nazirliyində çalışmış və 1908-ci ilədək Fransanın Beyrut, Kudüs, Suriya və Maraş konsulluqlarında işləmişdir. Barbier ue Meynardm ölümündən sonra École des Langues Orientales müdiri Paul Boyer tərəfindən türk dili müəllimi vəzifəsinə təyin edilmiş (1908), iki il sonra da professor elmi dərəcəsini qazanmışdır (1910). 1914-cü ildə əsgər olaraq müharibəyə getmiş, 1915-ci ildə Şərq birliklərində tərcüməçi təyin olunmuşdur. 25 aprel 1915-ci ildə Çanaqqalə müharibəsində iştirak etmişdir. Sarılıq xəstəliyinə tutulduğu üçün 30 sentyabrda Selanik və daha sonra Makedoniyada Florinaya göndərilmişdir. I Dünya müharibəsində iştirak edən Deny türk dili ilə bağlı tədqiqatlarını da davam etdirmişdir.
Ronda Dent
Ronda Paige Dent (18 avqust 1978) — Kanadalı aktrisa.
Sen-Deni
Sen-Deni — Reyunyon adasının mərkəzi. Sen-Deni tolerant bir şəhərdir. Burada məscidlər və kilsələr qonşuluqda yerləşir. Adaya müxtəlif dövrlərdə ərəblər, portuqallar və fransızlar sahiblik ediblər. Hazırda burada müxtəlif dinlərə ibadət edən davranış qaydaları, adət-ənənələrinə görə tamamilə fərqlənən insanlar yaşayırlar. Şəhərin botanika bağında dünyanın ən müxtəlif yerlərindən gətirilmiş 50-dən çox növ ağac əkilib. Şəhərdə tarix və təbiətşünaslıq muzeyi fəaliyyət göstərir ki, burada ekzotik fauna növləri sərgilənir.
Anila Denay
Anila Denay (alb. Anila Denaj; 18 sentyabr 1973, Tirana) — Alban siyasətçisi və dövlət xadimi. Albaniya Sosialist Partiyası Rəyasət Heyətinin, 2021-ci ildən Albaniya Milli Assambleyasının üzvü. Albaniyanın keçmiş maliyyə və iqtisadiyyat naziri (2019–2021). == Bioqrafiya == 18 sentyabr 1973-cü ildə Tiranada anadan olub. 1995-ci ildə Tirana Universitetini bitirib, burada maliyyə və bank menecmenti üzrə təhsil alıb. O, 12 il "ProCredit Holding" və "Internationale Projekt Consult" şirkətlərində çalışıb, əvvəlcə FEFAD Bankda, sonra adı dəyişdirilərək ProCredit Bankda olub və burada bankın baş direktorunun müavini vəzifəsində çalışıb. Salvador, Boliviya, Ekvador, Rumıniya və Mozambikdə ProCredit Group banklarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2013-cü ilin oktyabr ayından 2015-ci ilin yanvar ayına kimi Maliyyə Nazirliyində Baş direktor vəzifəsində çalışıb, əsas fəaliyyəti Maliyyə, Qanunvericilik və Dövlət Əmlakının İdarə Edilməsi Departamenti, İnformasiya Texnologiyaları Departamenti, İnzibati və İnsan Resursları Departamentində əməliyyatlara nəzarət edib. Üç il Elektron və Poçt Rabitə Təşkilatının (AKEP) idarə heyətinin üzvü olub.
Demy (müğənni)
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Deno (proqram)
Deno — V8 mühərriki və Rust proqramlaşdırma dilinə əsaslanan JavaScript, TypeScript və WebAssembly üçün işləmə mühiti. Deno Node.js-nin yaradıcı olan Rayan Dal tərəfindən ortaq şəkildə yaradılmışdır.Deno ayrıca paket meneceri tələb etmək yerinə özü həm işləmə mühiti, həm də paket meneceri rolunu tək bir çalışdırılan proqramda icra edir. == Tarixi == Deno JSConf EU 2018 konfransında Rayan Dal tərəfindən "Node.js haqqında təəssüf etdiyim 10 şey" adlı çıxışında elan edildi. Protocol Buffers kimi serializasiya vasitələrindən istifadə edərək mesajların ötürülməsi yolu ilə sistem çağırışlarının bağlanmasına (ing. system call bindings) nail olmaq və girişə nəzarət etmək üçün əmr sətrində parametrlər təmin etmək məqsədi daşıyan Deno prototipini təqdim etdi.Deno ilk dəfə Go dilində yazılmışdı və imtiyazlı (Go, sistem çağırışı icazəsi ilə) və imtiyazsız (V8) tərəflər arasında serializasiya üçün Protocol Buffers istifadə edirdi. İkiqat iş mühiti və tullantı toplama ilə bağlı narahatlıqlar səbəbindən Go Rust ilə əvəz olundu. Tokio libuv-un yerinə hadisələrlə idarə olunan asinxron platforma olaraq təqdim edildi və FlatBuffers daha sürətli, "zero-copy" serializasiya və deserializasiya üçün qəbul edildi. Lakin 2019-cu ilin aprel ayında seriallaşdırmanın əhəmiyyətli əlavə xərclərini ölçən testlər yayımlandıqdan sonra FlatBuffers 2019-cu ilin avqust ayında silindi.2018-ci ilin noyabr ayında geniş alətlər və utilitlər təqdim etmək üçün Go-nun standart kitabxanası əsasında modelləşdirilmiş standart kitabxana Node.js-nin paket ağacının çox böyüməsi problemini qismən həll etdi.Deno 1.0 rəsmi olaraq 13 may 2020-ci ildə yayımlandı.Cloudflare Workers-dən ilhamlanan Deno Deploy 23 iyun 2021-ci ildə yayımlandı. 4 may 2022-ci ildə yayımlanan Beta 4-də idarəetmə paneli təkmilləşdirilib və hesablaşma funksiyalarını əlavə edilib. Deno Deploy-un ümumi əlçatanlılığı 2022-ci ilin üçüncü rübü üçün nəzərdə tutulub.Deno Fresh, client tərəfinə sıfır JavaScript göndərən Deno üçün yeni tam stack veb freymorku, 1.0 28 iyun 2022-ci ildə yayımlandı.
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi.Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Den-Hoorn
Hoornte və ya De Hoorn Şimali Hollandiya əyalətinin Teksel bələdiyyəsi nəzdində yerləşən kənd. Den-Helder şəhərindən 9 km şimalda yerləşir. 2001-ci ildə kəndin əhalisi 443 nəfər olmuşdur.
Den Berd
Den Berd (ing. Dan Byrd; 20 noyabr 1985, Marietta[d], Corciya) — amerika aktyoru. == Həyatı == Den Berd 20 noyabr 1985-ci ildə ABŞ-nin Corciya ştatında anadan olub. Aktyorluq yaşamına 14 yaşından başlayıb. 1999-cu ildə "1 may" adlı filmə çəkilib.Tərəf-müqabili Sandra Bullok kimi məşhur aktrisa olub. 2016-cı ildə Loren Li Simitlə ailə qurub.
Den Braun
Den Braun (ing. Dan Brown, 22 iyun 1964[…], Ekseter[d], Nyu-Hempşir) — amerikan yazıçı, jurnalist və musiqiçisidir. Den Braun əsas sujet xətti simvolizm və gizli cəmiyyətlər olan Rəqəmsal qala, Mələklər və iblislər, Da Vinçi şifrəsi, Yalan nöqtəsi, İtirilmiş simvol, Cəhənnəm, Başlanğıc (ing. Origin (2017) kimi bestsellerlərin müəllifidir. Onun birinci romanı olan Rəqəmsal qala ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə həsr olunmuşdur. == Həyatı == Den Braun, 22 iyun 1964-cü ildə ABŞ, Nyu Hempşir ştatı, Ekseter şəhərində anadan olub. Den riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası-professor Riçard Braun Fillips-Ekseter akademiyasında riyaziyyat müəllimi olub. Professor Riçard Braunun yazdığı dərs vəsaiti ilə indi də ABŞ orta məktəblərində dərs keçirlər. Anası-Konstansiya Braun həmin təhsil müəasisəsində müsiqi dərsi deyib.
Den Burq
Den Burq Şimali Hollandiya əyalətində yerləşən şəhərcik. Teksel bələdiyyəsi tabeçiliyində olan ən böyük şəhərdir. Tarixi mərkəz kimi şöhrət qazanmışdır. Şəhərin böyük meydanında hər həftəsonu yarmarkalar təşkil olunur. Bütün bunlara rəğmən, Den Burq adanın ən az turist cəlb edən bölgəsidir. 2001-ci il statistikasına istinadən şəhərdə 6.160 nəfər yaşayır. 1.47 min km2 ərazidə təxminən 2.645 yaşayış məntəqəsi mövcuddur. Şəhər Niderland Ali Dəniz Tədqiqatları İnstitutuna ev sahibliyi edir. Şəhərin Kogerstraat küçəsində süni dil olan Esperantonun şərəfinə abidə ucaldılmışdır.
Den Fyurriqal
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. == Həyatı == Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Den Simmons
Den Simmons (4 aprel 1948[…], Peoriya[d], İllinoys və ya ABŞ) — amerikan elmi-fantastik və qorxu yazıçısı.Simmons'un qarışıq janrda yazdığı "Kali mahnısı" (1985) Dünya Fantaziya Mükafatını qazanıb.
Den Stivens
Daniel Conatan Stivens (ing. Daniel Jonathan Stevens; 10 oktyabr 1982, Kroydon, London) — ingilis aktyorudur. O ilk dəfə ITV-nin tanınmış Daunton monastrı (2010-2012) dram serialındakı Metyu Krouli roluna görə beynəlxalq tanınma qazanı. O həmçinin Qonaq (2014) triller filmində Devid, Muzeydə gecə: Məzarın sirri (2014) macəra filmində ser Lancelot, Disneyin Gözəl və bədheybət (2017) filmində Bədheybət/Şahzadə, Marşall (2017) bioqrafiq dramda Lorin Uillis, Miladı icad edən (2017) bioqrafik dramında Çarlz Dikkens və Avroviziya Mahnı Müsabiqəsi: Alovun hekayəsi (2020) filmində rusiyalı təmsilçi Aleksandr Lemtov rolunu ifa edib. 2017-19-cu illərdə FX-in Legion serialinda Devid Heller roluna çəkildi. 2018-ci ildə Netflix-in qorxu-trilleri Apostol filmində rol aldı. == Həyatı == Stivens anadan olanda hər ikisi müəllim olan valideynlər tərəfindən övladlığa götürülüb və Uelsdə və İngiltərənin cənub-şərqində böyüyüb. Onun 1984-cü il təvəllüdlü Ceyson Endrü Stevens adlı bioloji kiçik qardaşıda müxtəlif valideynlər tərəfindən övladlığa götürülüb. Stivens Kentdəki müstəqil məktəb olan Tonbridge məktəbində təqaüdlə təhsil alıb. Orada müəllimi, yazıçı Conatan Smit ilə Makbet-də baş rol üçün dinləmələrdən sonra dramla maraqlandı.
Den Syaopin
Den Syaopin (çin. 鄧小平; d. 22 avqust 1904, Sıçuan, Çin imperiyası — 19 fevral 1997, Pekin, Çin) — Çin Kommunist Partiyası Hərbi Şurasının sədri (1976-1989).