DƏNG

dəng eləmək (etmək) (bəzən “başını”, “baş-beynini”, “qulağını” sözləri ilə) – çox və bərk danışmaqla, qışqırmaqla, səs-küy salmaqla bezikdirmək, adamın başını, qulaqlarını yormaq; baş-qulaq aparmaq.
Dəng eləmişdi xalqı sədayi-nəvaların. Q.Zakir.
Sən də çox başımı dəng eyləmə, doldur çubuğu; Mən behişt istəmirəm, aləmə elan olsun! M.Möcüz.

// Bıqdırmaq, narahat etmək, zəhləsini aparmaq. Yarın fikri, xəyalı; Məni gecə dəng edər.
Sarı Aşıq; dəng olmaq (bəzən “qulaq” sözü ilə) – səsdənküydən və s.-dən qulaqları batmaq, başı yorulmaq, təngə gəlmək, üzülmək. Səs-küydən, qışqırıqdan dəng olduq.
– Bilməm nə görübdür bizim oğlan oxumaqdan; Dəng oldu qulağım. M.Ə.Sabir.

Etimologiya

  • DƏNG Əsli zəng kimi olub. Mənası “qulağa düşən səs” deməkdir. “Beynimi dəng ele­­mə” deyirik. (Bəşir Əhmədov
DƏNG₂
DƏNGƏNƏ
OBASTAN VİKİ
Yuxarı Dəngüz (Bükan)
Yuxarı Dəngüz (fars. دنگوزعليا‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (24 ailə).

Digər lüğətlərdə